MyPassion
Facebook ABŞ-dan kənarda yeni data mərkəzi yaradır..
3 Okt. 2016, 14:22 \ Baxılıb: 764 dəfə \

“Facebook” şirkəti ABŞ hüdudlarından kənarda növbəti data mərkəzi yaradır.

İKT.lent.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, foto və videoyazıların saxlanması və idarə edilməsi üzrə yeni mərkəz Danimarkada yerləşəcək. Mərkəzin ümumi sahəsi 184 min kvadrat metr olacaq. Odense şəhərində yaradılacaq mərkəzdə 1,2 min adam işlə təmin ediləcək.

Qeyd edək ki, “Facebook”un ABŞ xaricində ilk data mərkəzi 2013-cü ildə İsveçdə yaradılıb. (Foto yuxarıda.) Hazırda İrlandiyada da anoloji mərkəz inşa olunur.

Şərhlər (0)
Şərh bildir