MyPassion
Facebook barədə şok etiraflar: "Ora həbsxanadır"
1 İyul 2016, 11:55 \ Baxılıb: 718 dəfə \

"Ora sanki həbsxanadır. Facebook-da çalışmağa başlamazdan əvvəl oxumuşdum ki, bu sosial şəbəkənin banisi və sahibi Mark Zukerberq işçiləri ilə çox qaba, kobud davranır, xüsusilə də qadınları alçaldır, hamını onun əmrlərini sözsüz və şəksiz yerinə yetirməyə vadar edir. Orada işləməyə başlayanda anladım ki, hər şey deyiləndən daha da pisdir. Facebook-dakı ab-hava sanki Şimali Koreyadakı diktaturadır".
Azgoogle.Org bildirir ki, bu sözlər Facebook-un reklam departamentinin sabiq meneceri Antonio Qarsiya Martinesin "'Chaos Monkeys: Obscene Fortune and Random Failure in Silicon Valley" ("Xaos meymunları: Silikon vadisində tərbiyəsiz bəxt və təsadüfi imtina") kitabındandır.
Martinesin sözlərinə görə, Facebook-da çalışan qadınlara "mümkün qədər mühafizəkar, başqalarının diqqətini cəlb etməyəcək geyim"ləri seçmək tapşırılıb.
Antonio Qarsiya Martines iki il əvvəl Facebook-dan kənarlaşdırılıb.
"Facebook-da çalışanlar sanki konslagerdədirlər. Hamı izlənir, hamı nəzarət altındadır. Hətta messencer və elektron poçtla yazışmalarımız belə, gizli şəkildə oxunur. Facebook-dakı daxili təhlükəsizlik xidməti hamını və hər zaman kontrolda saxlamağa çalışır. Bu xidmət "The Sec" adlanır", - Martines yazıb.
Onun sözlərinə görə, Facebook-un ən məşhur menecerlərindən biri Çamat Paliaptiya demişdi: "Siz burada işləyirsinizsə, hüquqlarınızı və ambisiyalarınızı unudun. Hamınız yalnız Facebook-un maraqlarına xidmət etməlisiniz".

Facebook-da əməkdaşlardan biri yeni servis barədə profilində fikrini bölüşən ikimi Zukerberq ona xidməti poçtla məktub yollayaraq yazmışdı: "Zəhmət olmasa, istefa verin!"

Mark Zukerberqin çalışdığı böyük "open space"də giriş qapısının üzərinə yazılıb: "Mənə yalnız yaxşı xəbərlər gətirin". Yəni Zukerberq əməkdaşlarının nəzərinə çatdırmaq istəyir ki, problemlər və çətinliklər onu qətiyyən maraqlandırmır.

Şərhlər (0)
Şərh bildir