MyPassion
Facebookda hesabı necə silirlər?
15 Okt. 2016, 22:25 \ Baxılıb: 1755 dəfə \

Facebookda hesab silmə əməliyyatı üçün bir çox üsullar var. Bu məqaləmizdə Facebook hesabını qalıcı olaraq necə silmək haqqında yazmışıq. Meqale.Net sizə addım-addım Facebook hesab silmə əməliyyatını təqdim edir.

Facebook hesab silmə əməliyyatı üçün Facebookda təlimatlar vardır. Ancaq bu təlimatları tətbiq etdikdə belə facebook hesabı qalıcı olaraq silinmir. Lakin bildirək ki, başa saldığımız bu əməliyyatdan sonra heç bir məlumatınız geri qayıtmayacaq.

Hesab silmə əməliyyatına keçmədən öncə ediləcəklər

Hesabınızı silmədən öncə şəkillərinizi, məlumatlarınızı, qeydlərinizi və nə varsa götürməyi tövsiyyə edirik. Bu əməliyyatın "Facebook hesab dondurma" olmadığını, Facebook hesabının qalıcı olaraq silinməsi olduğunu bir daha ifadə edirik.

Facebook hesab silmə əməliyyatı necə edilir?

ADDIM 1: Facebooka giriş edin, Az dilini seçin və aşağıdakı linkə daxil olun:
Hesabı silmək üçün bura bas

ADDIM 2: Facebook hesab silmə səhifəsindən "Hesabımı sil" seçiminə tklayın.


ADDIM 3: Facebook şifrənizi və təhlükəsizlik kodunu daxil edərək "Ok" sözünü vurun.
Yuxarıdakı əməliyyatları tamamladıqdan sonra hesabınız silinəcək. Lakin hesab silmə əməliyyatını geri qaytarmaq istəsəz cəmi 14 gün vaxt verilir. Yəni, 14 gün ərzində hesabınıza daxil olsanız, hesab silmə istəyo avtomatik olaraq ləğv ediləcək, silinməyəcək.

Teknolojioku.com

Şərhlər (0)
Şərh bildir