MyPassion
Facebook"da təhlükə! Şifrələrinizi dəyişin..
22 İyun 2016, 17:51 \ Baxılıb: 689 dəfə \

Facebook-un son vaxtlar hacker-lər ilə başı bəladadır. Təhlükəsizlik mütəxəssisləri Facebook-da ciddi bir boşluq tapıblar.

Təhlükəsizlik mütəxəssisləri facebook-da olan ciddi bir boşluğu ortaya çıxarıblar. Məşhur pirat birliyi olan Devcore-dan olan Oranfe Tsai kod adlı biri, sosial media nəhəngi olan facebook-un serverlərinə bir arxa qapı açıb. Script təməlli olan pis məqsədli proqramın nə dərəcədə işləyib, işləməməsi məlum olmasa da facebook serverlərində çox ciddi bir boşluğun olduğunu ortaya çıxarır. Əgər bu hücum həqiqətən uğurlu alınıbsa Devcore üzvləri, facebook işçilərinin şəxsi məlumatlarını əldə edib, hətta onların virtual konfranslarına qoşularaq facebook toplantılarında iştirak ediblər. Hələ ki, sözü gedən komandanın istifadəçilərin məlumatlarını ələ keçirib keçirmədiyi məlum deyil. Lakin kiber təhlükəsizlik mütəxəssisləri profil şifrələrinin dəyişilməsini məsləhət görürlər.

Mənbə: Technote.az

Şərhlər (0)
Şərh bildir