MyPassion
Faiz
9 İyun 2016, 23:31 \ Baxılıb: 1116 dəfə \

Faiz — ədədin yüzdə bir hissəsi, "%" ilə işarə olunur.
Riyaziyyatın mühüm anlayışlarından biri də faizdir. Sözün özü mənşəcə latın sözü olub (pro centum), mənası “yüzün hissəsi” deməkdir. 1885-ci ildə Parisdə Matye de la Porta “Kommersiya hesabına rəhbərlik” kitabını nəşr edir. Həmin kitabda faiz hissəsindən danışılır ki, bu da “cto” kimi işlənirdi (cento-nun qısaldılmış forması) və nəşriyyatçı çap xətası nəticəsində bu sözü “%” kimi yazmışdır. O zamandan da faiz işarəsi kimi bu cür istifadə olunmağa başlanılmışdı.

Tapılması
• Ədədin faizini tapmaq üçün onu 100%-ə bölüb, verilən faizə vurmaq lazımdır.
• Faizə görə ədədi tapmaq üçün alınmış ədədi 100%-ə vurub, verilən faizə bölmək lazımdır.
• Bir ədədin digərinin neçə faizi olduğunu tapmaq üçün birinci ədədi ikinciyə bölüb, 100%-ə vurmaq lazımdır.
• Onluq kəsri faizlə ifadə etmək üçün onu 100%-ə vururlar:
0,35 = 0,35 • 100% = 35%; 2,3 = 2,3 • 100% = 230% və s.

Faizi onluq kəsrlə və ya ədədlə ifadə etmək üçün onu 100-ə bölmək lazımdır. Məsələn:
5% = 5 : 100 = 0,05;
2,7 = 2,7 : 100 = 0,27;
6700 = 6700 : 100 = 67

Şərhlər (0)
Şərh bildir