MyPassion
Fincanın rəngi dadına təsir edir
30 Okt. 2016, 11:09 \ Baxılıb: 1218 dəfə \

Oksford universitetinin elm adamlarının apardığı araşdırma, qabın, tərkibinin dadı necə dəyişdiyini bir daha nümayiş etdirdi.

Meqale.net deyerler.org -a istinadən bildirir ki, elm adamları 57 könüllüyə ağ, krem, qırmızı və narıncı rəngli fincanlarda isti şokolad verdilər.
İştirakçılar narıncı və ardından krem rəngli fincanlarda olan isti şokoladın daha ləzzətli olduğunu söylədilər.
Tədqiqatçılardan Betina Piqueras-Fiszman, qabların yemək və içkilərin dadı və ətiri kimi bəzi xüsusiyyətlərini dəyişdirdiyini bildirib.

Elm adamları sarı şüşələrdə olan qazlı içkilərin limon dadını artırdığını, mavi kimi soyuq rənglərin hərarəti azaltdığını, çəhrayı rəngli şüşələrin isə, içkinin ya da qidanın daha şirin olduğu təəssüratı yaratdığını vurğulayıblar.
Araşdırma yeni və maraqlı bir məlumatı insanlara çatdırdı. Yaxın günlərdə əlavə məlumatların verilməsi də gözlənilir.

Şərhlər (2)
  • MyPassion

    Raul
    20 İyul 2018, 14:59 - [cavab]

    Hamsı cefengiyatdı inanmayın bele şeylere
  • MyPassion

    adsiz
    21 Okt. 2017, 21:04 - [cavab]

    hecgim yazmir eee
Şərh bildir