MyPassion
Galaxy Folder 2 bu dəfə çox tez sızdı!
3 Sent 2016, 19:08 \ Baxılıb: 1216 dəfə \

Samsungun qapaqlı telefonunun yeni versiyası, son sızıntıyla və dəqiq fotoşəkillərlə özünü yaxşıca göstərdi!

Samsungun keçən il bazara çıxardığı qapaqlı telefon Galaxy Folder-ın yenilənmiş versiyası olan Galaxy Folder 2-dən sızıntılar gəlməyə davam edir. Yalnız Çində satılacağı bildirilən telefonun bu dəfə rəsmi mətbuat vizualları internetə sızdırıldı. Galaxy Folder 2'nin 3,8 düymlük bir ekran, 1,4GHz Qualcomm prosessor, 2GB RAM və 8GB yaddaş sahəsiylə gəlməsi gözlənilir. Arxa tərəfində 8 megapiksellik bir kameraya yer verən cihaz, selfie'lər üçün 5 megapiksellik bir kameranı uyğun bilmişdir. 2.000mAh batareya gücünə sahib olan telefon əməliyyat sistemi olaraq Android 6.0.1 Marshmallow işlədir.

Telefon, Çinin sertifikatlaşdırma mərhələlərindən biri olan TENAA-nı keçdiyindən Çində satışa təqdim edilməsi uzun zaman almayacaq. Bununla birlikdə Samsung, hələ yeni telefonuyla əlaqədar hər hansı bir rəsmi şərh etmədiyindən qiymətiylə əlaqədar bir şey deyə bilmirik.







* Meqale.Net-in Haberler.com-a istinadı ilə.

Şərhlər (0)
Şərh bildir