MyPassion
Gələcəyin peşələri
12 Sent 2016, 15:26 \ Baxılıb: 1180 dəfə \

Texnologiyanın sürətlə inkişaf etməsi insan həyatını asanlaşdırmaqla bərabər, bir çox dəyişikliklərə də səbəb olur. Keçmişdə uzun vaxta reallaşdırdığımız işləri indi bir neçə dəqiqəyə həll edirik, çox asanlıqla məlumat əldə edə bilirik.

Sənaye inqilabından sonra bir çox yeni işlər ortaya çıxıb və bu peşələr XIX əsrdən XX əsrin ortalarına qədər iş həyatının önəmli yerlərini tutmuşdur. Ancaq son 50 il içində istehsal toplumundan məlumat toplumuna keçməklə bərabər iş sayında, texnoloji istehsalatda, elmdə texnologiyanın yayılması keçmişə nisbətdə daha sürətlə inkişaf edib. Bu inkişaflar insan həyatına da təsir edir, onu dəyişdirir, yeni peşələrin ortaya çıxmasına səbəb olur.

Bəs gələcəyin peşələri hansılardır? Məqalə.Net Lent.az-a istinadən gələcəyin peşələrini yazır.

İnformasiya mütəxəssisi:
İnformasiya qaynaqlarının inkişaf etməsi nəticəsində onları sinifləndirmək, idarə etmək və istifadə olunacaq hala gətirmək lazım olur. İnformasiya mütəxəssisləri təşkilatların rəqabət şəraitini, müştəri məmnuniyyətini, müştəri artımını sinifləndirir. Statistika, riyaziyyat və kompüter kimi fakültələri oxuyanlar informasiya mütəxəssisi kimi işləyə bilərlər.

Genetika məsləhətçisi:
Sonsuzluq və genetik qüsurlar getdikcə artır. Genetika məsləhətçiləri ailələrin və fərdlərin genetik qüsurlarını araşdırır, diaqnoz qoyur və təkrarlanan qüsurları aradan qaldırır. Biologiya və genetika sahəsində oxuyanlar genetika məsləhətçisi ola bilərlər.

Davamiyyət mütəxəssisi:
Ekoloji problemlərin aradan götürülməsinə və yeni enerji qaynaqlarının istifadə edilməsinə ehtiyac duyulur. Davamiyyət mütəxəssisləri istifadə olunan enerji, kənd təsərrüfatı, nəqliyyat kimi sahələrdə ortaya çıxan problemlərin həlli və qarşısının alınması üçün şirkətlərə, fərdlərə, təşkilatlara məsləhətçilik edirlər. Əkinçilik, ekologiya, biologiya kimi sahələrdə oxuyaraq davamiyyət mütəxəssisi işləmək olar.

Biometrik texnik: Təhlükəsizlik sahəsində cinayətkarların təsbit edilməsində sürət və asanlaşdırmanın əhəmiyyəti artır. Biometrik texniklər də hər fərdin sahib olduğu barmaq izi, səs kimi özəllikləri analiz edir. Kompüter mühəndisliyində oxumaqla biometrik texnik olmaq mümkündür.
Əlavə reallıq mühəndisi: Fərdlərin təşkilatların obyektləri və yerləri bütün ölçüləri ilə görmək, onları müşahidə etmək ehtiyacı günü gündən artır. Əlavə reallıq mühəndisləri istifadəçilərin ehtiyacları olan obyektləri göründüyündən ayırd edilməyəcək bir şəkildə virtual səhnəyə köçürülməsini reallaşdırırlar. Elektrik və kompüter mühəndisliyi oxuyanlar əlavə reallıq mühəndisi işləyə bilərlər.

Kiber təhlükəsizlik mütəxəssisi:
Virtual hücumların qarşısının alınması ehtiyacı getdikcə artır. Kiber təhlükəsizlik mütəxəssisləri meydana gələn virtual hücumlara qarşı fərdlərin, firmaların və qurumların məlumatlarının təhlükəsizliyini təmin edir. Riyaziyyat, kompüter, proqram bilənlər kiber təhlükəsizlik mütəxəssisi ola bilərlər.

Bioinformatik:
Bioloji məlumatların sürətli və doğru bir şəkildə idarə edilməsi, istifadə olunacaq hala gəlməsi getdikcə önəm daşıyır. Bioinformatiklər kompüter və biologiya ilə bağlı məlumatları birləşdirərək bioinformatik vasitələrin ən təsirli şəkildə istifadə olunması üçün interfeyslər və yeni proqramlar inkişaf etdirir. Biologiya, fizika və kompüter sahəsində oxuyaraq bioinformatik olmaq olar.

Pilot:
Hava nəqliyyatının sürətlə inkişaf etməsi və getdikcə daha da yayılması təcrübəli pilotlara ehtiyac yaradır. Pilot, təyyarə mühəndisliyi sahəsində oxuyaraq pilot işləmək olar.

Şərhlər (0)
Şərh bildir