MyPassion
Google-un Yeni Telefon Modelləri
2 Sent 2016, 14:55 \ Baxılıb: 1130 dəfə \

Nexus telefonlarının aqibəti bilindi. Ortaya çıxan məlumatlara əsasən Nexus markalı telefonlar yerinə Google PixelPixel XL adlı iki yeni ağıllı telefon gəlir.

Bir neçə gün əvvəl Nexus markasına əlvida deyiləcəyi xəbəri yayılmışdı. İndi isə bu mövzunun aqibəti bilindi.

Ortaya çıxan məlumatlara görə, daha əvvəllər bizim, Nexus Marlin və Nexus Sailfish olaraq bildiyimiz yeni modellər oktyabrın 4-də yeni adlar ilə təqdim ediləcək.

Google Pixel və Google Pixel XL adı ilə tanıdılacaq telefonlar ilə birlikdə, artıq Nexus markası tarixə qarışacaq.



5 inç ekran ölçüsü olan Pixel biraz daha ucuz qiymətə olsa da, 5.5 inç ekran ilə gələn Pixel XL isə daha premium bir smartfon olacaq.

HTC tərəfindən istehsal edilən bu iki telefon, birbaşa olaraq Google adı ilə satılacaq.
4 Oktyabrda reallaşdırılacaq təqdimat mərasimində bu telefonlar ilə yanaşı, Google Home Assistant , 4K dəstəkli Chromecast kimi yeni texnologiyalar da tədqim ediləcək.

Yeni Chromecast böyük ehtimalla Chromecast Plus və ya Chromecast Ultra adları ilə təqdim ediləcək.


* Meqale.net-in Technote.az-a istinadı ilə.

Şərhlər (1)
Şərh bildir