MyPassion
Göz altı qırışlarını yox edəcək Maska!
23 Okt. 2016, 11:14 \ Baxılıb: 1162 dəfə \

Gözlərin altı daha həssas dəriyə malik olduğu üçün vaxtından əvvəl qırışır.
Meqale.net atv.az-a istinadən bu cür qırışların qarşısını alan bir neçə maska təqdim edir:
 
Portağal maskası
 
1 yumurta sarısı
1 x.q zeytun yağı
2 x.q portağal suyu
1 ç.q  bal
 
Hazırlanması:
Portağalın şirəsini sıxın. Yumurta sarısını balla ovun, sonra yaxşı qarışdırın. Daha sonra sıxdığınız portağal şirəsini və zeytun yağını əlavə edin. Gözlərinizin ətrafına çəkin.
10-15 dəqiqə maskanı saxlayın ,  sonra istifadə olunmamış (təzə )sabunla üzünüzü yuyun.


Yerkökü maskası
 
1 kök
2 x.q kartof nişastası
1 yumurta sarısı
 
Hazırlanması:
Kökü blendrdə xırdalayın və ya sürtkəcin xırda gözündən keçirin. Yerkökü kütləsinə yumurta sarısını və kartof nişastasını əlavə edin.
Quru dəriyə sahib olanlar isə 1 ç.q zeytun yağıda əlavə edə bilərlər. Hazır maskanı gözlərin ətrafına vurun. 20 dəqiqə saxladıqdan sonra ilıq suyla yuyun.

Şərhlər (0)
Şərh bildir