MyPassion
Gözlənilməz oldu: Samsung Galaxy Wide təqdim olundu
6 İyul 2016, 22:25 \ Baxılıb: 753 dəfə \

Samsung növbəti ağıllı telefonunu təqdim etdi, qiyməti və xüsusiyyətləri xəbərimizdə.

Yəqin ki, Samsung da daxil olmaqla hamının fikiri avqust ayında təqdim olunacaq Samsung-un ənənəvi flaqman modeli olan Note 7-dədir. Buna baxmayaraq, Cənubi Koreyalı istehsalçı smartfonların istehsalına davam etməkdədir. Note 7 gözlənilən bir zamanda Galaxy Wide modeli təqdim olunaraq, satışa çıxdı.



Galaxy Wide modeli gücün Snapdragon 410 setindən alacaq. Bir müddət əvvələ qayıtsaq bu CPU orta səviyyəli telefonlar üçün ideal olsa da , artıq qeyd edə bilərik ki, bu model müasir texnologiyalara ayaq uyduracaq gücdə deyil. Qrafik oynadıcı olaraq isə Snapdragon 410 setinin yanında Adreno 306 yer alır. 16 GB daxili yaddaşa sahib olan Samsung -un yeni modelinin ekran ölçüsü 5.5 düyümdür və HD keyfiyyətə malikdir. 13 meqapiksellik arxa, 5 meapiksellik ön kameraya sahib olan Wide modeli qutudan Android Marshmallow əməliyyat sistemi ilə çıxır. Enerji tutumu isə nə az nə çox 3000 mAh -dir. Hal hazırda Cənubu Kareya-da 275$ qiymətə satışa çıxan Galaxy Wide yaxın zamanda Avropaya və ölkəmizə də gələ bilər.

Technote

Şərhlər (0)
Şərh bildir