MyPassion
Güllər içində (QƏZƏL)
13 Noy 2016, 11:06 \ Baxılıb: 8157 dəfə \

Gördüm o gözəl çöhrəni al tüllər içində,
Sandım ki, qızıl gül görürəm güllər içində.

Sünbüllərin ətri xoş olur bağda, çəməndə,
Yox saçlarının bənzəri sünbüllər içində,

İllər dolanır, hüsnünə təsir edə bilmir,
Sən qəlbə yatan ay kimisən illər içində.

Dünyada gözəl çoxsa da, lakin sənə bənzər
Bir nazlı gözəl görməmişəm ellər içində.

Mir Mehdi vüsal həsrətini qəlbinə salmış,
Yar, qoyma onun qəlbini nisgillər içində.

- Mir Mehdi Seyidzadə
Meqale.net

Bənzər məqalələr
Şərhlər (58)
Şərh bildir