MyPassion
Hackerlər iş başında. Bu dəfə hədəf Google-ın icraçı direktoru olub
27 İyun 2016, 21:02 \ Baxılıb: 681 dəfə \

Hackerlər məşhur insanların müxtəlif sosial şəbəkələrdəki hesablarını təqid etməkdə davam edirlər. Həmin şəxslər öz hesablarını etibarlı şifrələr və ikifaktorlu avtorizasiya funksiyası ilə qorumadıqları üçün hackerlər onları sadə bir şəkildə oğurlaya bilirlər. Hackerlərin növbəti qurbanı Google şirkətinin icraçı direktoru Sundar Pichai olub. Belə ki, onun Quora adlı servisdəki hesabı sındırılıb. Görünür Pichai-nin Quora servisindəki hesabını bir neçə müddət öncə Mark Zuckerberg-in Twitter hesabını oğurlamış OurMine hacker qruplaşması oğurlayıb. Hackerlərin verdikləri məlumata əsasən onlar bu işi məşhur insanların hesablarının nə dərəcədə qorunduqları haqqında məlumatı həmin şəxslərə təqdim etmək üçün görürlər. Pichai-nin hesabına gəldikdə isə OurMine qeyd edib ki, hackerlər Quora servisindəki zəif nöqtənin hesabına icraçı direjtorun hesabını ələ keçiriblər. Pichai-nin Quora hesabı Twitter hesabı ilə sinxronlaşdırılmış vəziyyətdə olduğu üçün hackerlər onun adından Twitter hesabındakı 508.000 izləyiciyə sındırılma haqqında məlumat veriblər. Hal-hazırda Quora üzərindən Twitter-də paylaşılmış bütün tweetlər pozulub.

Mənbə: Technote.az

Şərhlər (0)
Şərh bildir