MyPassion
Hackerlər külli miqdarda hesabı ələ keçiriblər
13 İyul 2016, 20:55 \ Baxılıb: 1000 dəfə \

CSO Online şirkətinin təhlükəsizlik üzrə mütəxəssisləri bildiriblər ki, hackerlər 40 milyon iCloud hesabını ələ keçiriblər. Məlumatlar kənar resursların sındırılması nəticəsində əldə olunub. Bir çox istifadəçilər "Find my iPhone”"Find my iPad” funksiyaları sayəsində Apple cihazlarının deaktiv olunması haqqında sosial şəbəkələrdə şikayətlərini bildiriblər. Daha sonra istifadəçilər rus dilində qəribə mesaj alıblar. Mesajda hackerlər cihazların aktiv olunması üçün müəyyən vəsait tələb etdiklərini qeyd ediblər. Bəzi mesajlarda isə əlaqə üçün xüsusi mail ünvanı qeyd olunub. İlk əvvəl bu hadisə yalnız bəzi istifadəçilərin başına gəlib. Lakin, daha sonra istifadəçilərin sayı getdikcə artıb. Mütəxəssislər güman edirlər ki, hackerlər bir və ya bir neçə böyük internet servislərin məlumat bazalarını ələ keçiriblər. İlk öncə o istifadəçilər diqqətli olmalıdırlar. Hansıların ki, iCloud şifrələri digər internet servislərdəki (Facebook, LinkedIn, Tumblr, MySpace və s.) şifrələr ilə üst-üstə düşür. Əgər siz iCloud şifrənizə bənzər digər bir şifrəni kənar internet servislərdə istifadə etdiyinizi xatırlamırsınızsa onda şifrəni dəyişməyi tövsiyyə edirik. Belə ki, sözügedən istifadəçilərin iPhone və iPad cihazlarının uzaqdan deaktiv edilmə riski böyükdür. IOS-də şifrəni Apple ID-nin ayarlarında dəyişmək mümkündür.


Technote

Şərhlər (0)
Şərh bildir