MyPassion
Hakerlər ümumi interneti məhv edə bilər!
12 Noy 2016, 22:09 \ Baxılıb: 1363 dəfə \

Hakerlər hər an ümumdünya internet şəbəkəsini sıradan çıxara bilər.

Meqale.net-in Lent.az və “Tech Today” nəşrinə istinadən məlumatına görə, onun nə zaman dərhal bərpa ediləcəyi bilinəcəyi isə məlum deyil.

Kibertəhlükəsizlik üzrə mütəxəssis Bryus Şnayderin fikrincə, belə bir şey baş versə, onun nəticələri çox ağrılı olacaq. Tam sındırılma baş verdiyi halda, minimum bütün onlayn servislər, veb-saytlar və elektron poçtlar söndürüləcək. Mütəxəssisin sözlərinə görə, naməlum hakerlər artıq iki ildir ki, bunu öyrənir və buna bənzəri etmək istəyirlər.

B.Şnayder müxtəlif internet şirkətlərindəki anonim mənbələrə istinad edir. Bunu birinci dərəcəli rabitə operatorları da, köklü DNS-serverlər də edə bilər ki, bundan sonra sadəcə olaraq qlobal internet olmayacaq.

Şnayder həmçinin bildirib ki, bu işlə kimin məşğul olduğu məlum deyil, çünki onlar mütəmadi olaraq bunu gizlədirlər. Təxmini olaraq belə bir irimiqyaslı layihənin arxasında böyük ölkələr dura bilər.

Şərhlər (0)
Şərh bildir