MyPassion
Hamımıza maraqlı gələn suallar və cavabları
15 İyul 2016, 18:20 \ Baxılıb: 1907 dəfə \

Qəpiklərin Kənarı Niyə Hamar Olmur?
- Kağız icad olunana qədər pullar qızıl, gümüş və digər metallardan hazırlanırdı. Həmin dövrdə dələduzlar pulların kənarlarını qazıyaraq müəyyən qədər qiymətli metal əldə edər və pulu yenidən istifadə edərdilər. Pulların zədələndiyini anlayan tacirlər isə onu qəbul etməzdilər. Beləcə, bütün pullar avam əhalinin əlində qalardı. Problemi həll etmək üçün qəpiklərin kənarları tırtıllı edilməyə başlandı. Tırtıllar sayəsində pulun kənarının qazındığı dərhal müəyyən olunurdu və kənarı qazılmış pulu heç kim qəbul etmirdi. Bu adət günümüzə qədər gəlib çatıb. Hazırda qəpiklərin tərkibində qiymətli metal olmasa da kənarlarında ya tırtıl, ya da bir yazı olur.

Atlar Ayaq Üstə Necə Yatırlar?

- Atlar uzun müddət yorulamadan və ya yatmadan ayaq üstə dayana, hətta belə bir vəziyyətdə yata da bilirlər. Araşdırmalara görə atlar ayaq üstə olarkən daha az enerji sərf etdikləri görə daha rahat olurlar. Digər tərəfdən atın bədəni böyük olduğuna görə yerə yatmış vəziyyətdə daha çətinliklə nəfəs alır. Buna görə də çox vaxt elə ayaq üstə mürgü vurur, həttə yatır.

Buludların Rəngi Yağışdan Əvvəl Niyə Bozarır?

- Buludlar üstünə düşən işığı əks etdirdiyinə görə ağ görünürlər. Yağış yağmazdan əvvəl buluddakı su damcıları böyüyür. Bu zaman buludun işığı əksetdirmə qabiliyyəti azalır. Buna görə də gələn işıq şüalarını əks etdirməyib udur. Nəticədə buludlar boz rəngdə görünür.

Burnumuz İyi Necə Qəbul Edir?

- İy, qoxu-əşyalardan buxarlanan kimyəvi zərrələr, yəni qaz halında olan qoxu molekullarıdır. Hər dəfə nəfəs alanda burnumuzdan içəri hava daxil olur.
Burnumuzun daxilində isə xüsusi sümüklər var. Onlar havanın bir qismini burun boşluğunun yuxarı hissəsinin selikli qişası üzərində yerləşən çöpəbənzər xüsusi qoxu hissəciklərinə ötürür. Beləcə nəfəs alarken hava ilə birlikdə gələn qoxu molekulları lazımi yerə çatmış olur. Biz də nəfəs alıb-verərkən hər cür qoxunu, iyi hiss edirik.

Quşları Niyə Cərəyan Vurmur?

- Bəzən quşlar yüksək elektrik naqillərinə qonub orada oturur, amma onları cərəyan vurmur. Çünki elektrik naqillərinə qonan quşların torpaqla əlaqəsi yoxdur. Onlar elektrik cərəyanının torpağa çatması üçün vasitəçilik etmir. Ona görə də elektrik cərəyanı quşların bədənindən keçmədən naqillə hərəkətini davam etdirir. Quşlar da bütün günü elektrik naqillərinin üstündə dura bilirlər.

Şərhlər (0)
Şərh bildir