MyPassion
Hər gün göy soğan yeməyin faydaları
29 Okt. 2016, 14:24 \ Baxılıb: 1627 dəfə \

Göy soğanı təbii antiseptik və antibiotik adlandırmaq olar. Onun tərkibində olan bir çox faydalı maddələr mikrobları, virusları, göbələkləri öldürür, immun sistemini gücləndirir, iltihabı azaldır. Meqale.net saglamolun.az-a istinadən göy soğanın faydalarını sadalayır.
 
- Göy soğan C vitamini ilə zəngindir. C vitamini immun sisteminin fəaliyyətinə çox müsbət təsir edir,  soyuqdəymə və qripp xəstəliklərinin qarşısını alır. Soyuq fəsillərdə bu, xüsusilə vacibdir.
 
- Göy soğan fitonsidlərlə zəngindir. Fitonsidlər təbii antibiotiklərdir, onlar mikrobları öldürür, mikrobların çoxalmasının qarşısısnı alır.
 
- Göy soğanın tərkibində "kversetin" və "antosian" adlı maddələr var. Bu maddələr güclü şişəleyhinə təsirə malikdir.
 
- Göy soğanın tərkibində olan xüsusi maddə "allisin" damarların sağlamlığını qoruyur, damarları daha elastik edir, trombların əmələ gəlməsinin riskini azaldır.
 
- Göy soğan qanın tərkibini yaxşılaşdırır.
 
- Göy soğan sümüklərə və dişlərə müsbət təsir edir, damaqları möhkəmləndirir.
 
- Sinklə zəngin olan göy soğan kişi və qadın reproduktiv (dölyaratma) sistemlərinə olduqca müsbət təsir edir.

Şərhlər (0)
Şərh bildir