MyPassion
Hər saat təhlükəsizlik şifrəsini dəyişən bank kartı hazırlanıb!
11 Okt. 2016, 11:50 \ Baxılıb: 854 dəfə \

Son zamanlar bank kartları ilə bağlı internet fırıldaqçılıq vüsət alıb. Əksər banklar şübhəli əməliyyatların işarələnməsi yolu ilə fırıldaqçılarla mübarizə aparmağa çalışsalar da, bu sistem özünü doğrultmayıb.
Meqale.Net ict.az-a istinadən bildirir ki, techcult.ru saytının məlumatına görə Fransanın “Sosiete General” və “Groupe BPCE” bankları internet fırıldaqçılığın qarşısının alınması üçün hər saat təhlükəsizlik şifrəsini dəyişən yeni bank kartını istifadəyə veriblər. “Oberthur Technologies” şirkətinin hazırladığı “Motion Code” adlı sistem kart oğurlandıqda ondan istifadəni qeyri-mümkün edəcək.

Kredit kartının arxa hissəsində yerləşdirilmiş kiçik ekranda hər saat dəyişən təhlükəsizlik şifrəsi əks olunur. Ekran möhkəm sukeçirməz materialdan hazırlanıb və kartın qalınlığına uyğundur. Kart kiçik litium akkumulyator vasitəsilə enerji ilə doldurulur.

Yeni bank kartı yaxın zamanlarda Fransada əlçatan olacaq.

Şərhlər (0)
Şərh bildir