MyPassion
Həyatımızı necə idarə edək? Bu bizdən asılıdırmı?
6 İyul 2016, 18:21 \ Baxılıb: 867 dəfə \

Salam dostlar. Sizə bu dəfə böyük bir sirdən söhbət açacam. Bu sirr sayəsində siz həyatınızı idarə edə biləcəksiniz. Unutmayın, hər şey sizdən asılıdır. Alın yazısı zəif insanların bəhanəsidir. Çünki, insanalar daim öz zəif cəhətlərini gizləməyə çalışmışlar. Bacarmadıqda, işlərini düzgün bitirə bilmədikdə bunu alın yazısının üstünə atırlar. Bəzən də, təsəlli tapırlar özlərinə. Siz də belə insanlardan birisinizsə, yolu dəyişməyin vaxtıdır. Güclü insan olmağa çalışmaq lazımdır. Beyninizdə yaranan suallara cavab verməyə çalışacam...

Niyə uğur qazanmıram?
Bunun yeganə cavabı budur - siz heç uğur qazanmaq barədə düşünmüsünüzmü? Xeyr, siz sadəcə düşünmüsünüz ki, niyə uğur qazanmırsınız? Baxın, elə ilk səhviniz budur. Daim yaxşı düşünün. Bu nağıl deyil, nə də xəyali dəlilik. Bu qanundu, qaydadı. İnanmırsınızsa, açın Qurani-Kərimi oxuyun. Müqəddəs kitabda deyilir ki, dildə deyil, ilk öncə düşüncədə təmiz, saf olun. Yəni yaxşı düşünün. Əgər siz dinə inanmırsınızsa, o zaman açın fizika kitabını vərəqləyin - məşhur bir qayda - cəzbetmə qüvvəsi. Siz düşündüyünüzü cəzb edirsiniz. Siz niyə uğur qazanmadığınızı düşünür və bunu, yəni uğursuzluğu cəzb edirsiniz. Əgər, siz düşünürsünüzsə ki, uğur qazanacaqsınız - bu zaman uğuru cəlb edəcəksiniz. Yəni, hər şey sizdən asılıdır. Uğura yalnız inananlar çatır. İndidən başlayaraq, yaxşı düşünün, hər işdə xeyir axtarın. Sevmədiyiniz insanların yaxşı cəhətini görməyə başlayın, özünüz axara düşəcəksiniz.

Nəyə görə düşündüyümüz cəzb olunur?
Bu təbiətin qanunudur. Uyğun olanlar bir-birini cəzb edir. Məsələn, qalaktikalar bir-birilərini cəzb edir, planetlər bir-birinə təsir edir, günəs və digər ulduzlar cəmi planetləri cəzb edir. Planetlər (varsa) varlıqları cəzb edir, məsələn, yer kürəsi. Bir elementin özündən güclüsünü cəzn edə bilmə qabiliyyəti azdır. Planet günəşi cəzb edə bilməz, amma peykləri cəzb edir. İnsan da, öz istəklərini cəzb edə bilər, amma, peykləri cəzb edə bilməz. Bunu ilk anda anlamaq çətindir, amma anladıqdan sonra hər şey özü aydın olmağa başlayır. İnsan təbiətin bir hissəsi olduğu üçün onun qaydalarına tabe olmağa məcburdur.

Nəyə görə müsbət düşüncə də, mənfi düşüncə də cəzb olunur?
Əgər iki insan - biri yaxşı, biri pis olmaqla binanın başından atlansalar, hər ikisi qaydaya görə yerə çırpılacaqlar. Təbiət ayırd etmir, nə pisdir, nə yaxşı. Ayırd etmək sizə qalır. Qısacası, siz yaxşı insanın ölməməsi üçün ona qoruyucu kəmər bağlaya bilərsiniz. Bu zaman o yıxılmaz, yəni siz istədiyinizi cəzb etmiş olarsınız..


Məqalənin ardı olacaq...
Müəllif: Əli Rza ( millinet yazarı)

Şərhlər (0)
Şərh bildir