Hipnoz haqqında məlumatlar - siz də hipnoz altına düşə bilərsiniz!
19 İyun 2016, 17:47 \ Baxılıb: 897 dəfə \

1 . 19- cu əsrlərdə hipnoz ingilis cərrahı tərəfindən düşünülmüşdür . Hipnozun yaranma səbəbi isə əməliyyat zamanı xəstənin ağrı hiss etməməsi üçün idi .

2 . Çoxları elə düşünürlər ki , hipnoz ilə məşğul olan insanlar qeyri -adi bacarığa malikdirlər . Bu , cəfəngiyyatdı. Əslində isə bu insanlar sadəcə olaraq bu elmlə maraqlanır və dərinliklərinə varırlar . Hipnoz adama rahatlaşmağa və üzərindən psixoloji gərginliyi atmağa xidmət edir .

3 . Maraqlı fakt: insan hipnoz vəziyyətində olanda onun allergik reaksiyası itir. Belə nəticəyə gəlmək olar ki , allergiya insan şüurundan asılıdır.

4 . Əgər insan hipnoz vəziyyətinə düşmək istəmirsə , onu hipnoz etmək qeyri-mümkündür . Hipnoz olmaq üçün ən əsas istək və motivasiya lazımdır.

5 . Elə insanlar var ki , onlar təsir altına asanlıqla düşürlər. Məsələn belə insanları məşhur musiqiçi, rəssam olmalarna əmin etmək asandır .

6 . Avstraliyada hipnoz kursları çox geniş yayılmışdır . Bu kurslar əsasən zərgərlik mağazası və bank işçiləri üçün nəzərdə tutulmuşdur . Kursda onları oğurluq nəticəsində oğruları necə hipnoz etmənin yollarını öyrədirlər .

7 . Alimlər tərəfindən sübut olunmuşdur ki , hər bir insan hipnoz vəziyyətinə düşüb. İnsan gün ərzində 1 neçə dəfə qısamüddətli trans vəziyyətinə düşür . Bunun nəticəsində də bizim psixologiyamız özünü müxtəlif yüklənmələrdən qoruyur .

8 . Bütün dünyada hipnozu əsasən sakitləşdirci vasitə kimi istifadə edirlər . Hipnoz vasitəsi ilə depressiyanın müalicəsi isə 2 -ci yerdədi . 3 -cü yerdə isə alkoqoldan azad olmaq durur .

9 . Şou biznes ulduzları da hipnozu sınaqdan keçiriblər . Dryu Berimor hipnozun köməyi ilə narko - asılılıqdan azad olmağa çalışmışdı , "Black Eyed Peas " qrupunun solisti olan Ferci isə hipnozdan içki asılılığından azad olmaq üçün istifadə edib.

10 . Ən məşhur hipnoz təcrübəsi .
Böyük zala insanları yığırlar , pambıqdan bir hissə götürüb onu maye ilə isladırlar və xəbərdarlıq edirlər ki , pambıqdan birazdan xoş olmayan qoxu gələcək , kim ki bunu hiss etsə , əlini qaldırsın. Bir neçə dəqiqədən sonra birinci sırada əyləşən insanlar , sonra ikinci sıradakılar , daha sonra isə üçüncü sıradakılar əllərini qaldırırlar . Bəziləri özlərini pis hiss etdikləri üçün zaldan çıxardılırlar, zalda qalanlarsa burunlarını əlləri ilə tuturlar . Əslində isə pambıqdan heç bir qoxu gəlmirdi: bunu arzu etsəniz , təcrübədən də keçirə bilərsiniz.

Şərhlər (0)
Şərh bildir