MyPassion
İdman zalında dəbli və şıq görünməyin 10 qaydası
3 İyul 2016, 14:21 \ Baxılıb: 1062 dəfə \

Qış aylarında yaranan passivlik çəkinin sürətlı artmasına və sellülit probemlərinin yaranmasına səbəb olur. Ona görə də çalışın qüsursuz yay üçün idman zallarında vaxtı doğru keçirəsiniz. Amma daha dəbli və şıq!
Məqalə.Net sizə bu məsləhətlər 10 ədədini yazır:

NEONU SEÇİN
Paltar və aksesuarlarınızı nə qədər çox sevsəniz, idmana getməyi də bir o qədər çox istəyəcəksiniz. Zərif görünmək üçün qara geyinib özünü aldatmayın. Əksinə, neon və parlaq geyinərək həm səliqəli görünəcək, həm də zəifləməyə ehtiyacı olan bölgələrinizi rahat görəcəksiniz. Beləcə bədəninizi proposional arıqladacaqsınız.

SAÇLARA HƏRƏKƏT QATIN
Saçlarınızı sadə at quyruğu yığmaqdansa, daha enerjili və hərəkətli görüntüyə üstünlük verin. Məsələn, saçlarınız uzundursa, onları zərif şəkildə hörün və ya at quyruğu yığıb rəngli idman bantları taxın. Bu bantlar həm tərin tez qurumasına kömək edəcək, həm də saçların elektriklənməsinə mane olacaqdır.

MAKİYAJA DİQQƏT
İdman zalında diqqət yetirməniz vacib olan detallardan biri də makiyajdır. Yaxşı olar ki, burda siz sadə dodaq parıldadıcısı və tuşla kifayətlənəsiniz. Aydın gözlər sizdə özünəgüvənlilik və gümrahlıq yaradacaq.

YARAŞANI TAPIN
İdman zalı üçün qüsursuz şalvar axtarırsınız?
Bu halda dizdən aşağı lasin ideal seçim ola bilər. Amma daha çox idman üslubunda nəsə axtarırsınızsa, o zaman beli rezinli model seçin. Əgər çanaq və baldırlarınız eyni bərabərlikdədirsə, ispanyol ətəkli finkalara üstünlük verin.

ƏBƏDİ ÜSTÜNLÜK
Son model rəngli krosovkanızı çox bəyənə bilərsiniz. Amma ayaqlarınızın zərif görünməsini istəyirsinizsə, qara lasinlə qara krosovka daha məqsədə uyğun olar. Yeri gəlmişkən, ayaqqabının məşğul olduğunuz idman növünə uyğun olub-olmadığını da məşqçinizlə məsləhətləşin. İdman zalında ən uğurlu seçim isə "cross training" ya da aerobik ayaqqabılardır.

TƏMİZ CİDL
Üzünüzdə tonal kremlə məşq etsəniz, bu, tərləmı zamanı dəri liflərinin tıxanmasına səbəb olar. Belı olduğu halda dəridə sızanaqlar yarana bilər. Ona görə də hər zaman məşqdən əvvəl üzünüzü təmizləyin. Bunun isə ən praktik yolu idman çantasındakı makiyaj təmizləyən yaş dəsmallardır.

İDMAN BÜSTHALTERİ ALIN
Keydiyyətli idman büsthalteri sizi zalın ən şıq xanımına çevirə bilər. Əsas odur ki, siz üstünə geyinməyə doğru mayka və rəngi seçəsiniz. Seçdiyiniz büsthalterin sizi ağır idman hərəkətləri etdiyiniz zaman daim tutacağından əmin olun.

RƏNGARƏNG OLUN
Götürməkdən zövq alacağınız və içinə rahat yığa biləcəyiniz bir idman çantası alın. Belə bir çanta idmana getmək üçün sizdə həvəs yaradacaq. Onuda deyək ki, metalik tonlar və cizgili çantalar hər zaman dəbli görünür.

TƏRLƏMƏK OLMAZ
Üzünüzdən tər damcılarının axması heç də xoş deyil. Buna görə də boynunuzda hər zaman dəsmal olsa yaxşıdır. Proqramarası fasilələrdə tərinizi qurudun.

İKİ MAYKA GEYİNİN
Qarın və çanaqaltındakı sallanmalar sizi narahat edirsə, bir az boş maykalar geyinin. Onu da nəzərə alın ki, çox dar və çox gen geyimlər qadağandır.
Yeri gəlmişkən məşğələ zamanı siz iki maykada geyinə bilərsiz. Əsas qayda isə onlardan birinin nisbətən uzun və boş olmasıdır.

Məqalə.Net

Şərhlər (0)
Şərh bildir