MyPassion
İki məşhur antivirus şirkəti birləşib
8 İyul 2016, 13:19 \ Baxılıb: 734 dəfə \

Avast antivirusunu istehsal edən Çexiyanın məşhur Avast Software şirkəti öz rəqibi AVG Technologiesi alıb. AVG-nin baş ofisinin Hollandiya-da yerləşməsinə baxmayaraq o həmçinin Çexiya-dada təsis edilmişdir. Avast AVG-nin hər bir səhminə 25 dollar ödəyəcək. Müqavilənin ümumi dəyəri isə 1.3 milyard dollar təşkil edəcək. Birləşmək üçün vəsaiti Avast şirkəti Credit Suisse Securities, Jefferies və UBS Investment Bankı özündə birləşdirən konsorsiumdan əldə etmişdir. Müqavilənin əsas məqsədi McAfeeKaspersky kimi nəhənglər ilə uğurlu rəqabət aparmaq üçün məhsul və istifadə bazasının birləşdirilməsidir. Ümumilikdə isə Avst və AVG şirkətlərinin antiviruslarından 400 milyon insan istifadə edir.

Technote

Şərhlər (0)
Şərh bildir