Məqalə.Net — Milli Məqalə Portalı
25.02.2017 Saat: 15:18
#Maraqlı #Faydalı #Texnologiya #Elm və Təhsil #Mətbəx #Oyunlar #Musiqilər #Yumor #Şeirlər #Uşaq dünyası #Hekayələr #Tariximiz #Şəkillər #Tibb sahəsi #Proqramlar #Videolar

Uşaq dünyası » İştahasız uşaqlar üçün faydalı məsləhətlər



Uşaqları kiçik olan və hər yeməyi bəyənməyən körpələrin valideynləri, nahar vaxtı çox sıxıntı keçirirlər.
Sağlam, cəlbedici hesab etdiyimiz bütün ərzaqlardan dadlı yeməklər hazırlamaqlarına baxmayaraq, bu yeməklərin əksəriyyəti uşaqların kürsüsündən döşəməyə tökülür. Ən pisi isə odur ki, uşaqların bu hərəkətərini valideynlər ürəklərinə salır və bunu valideyn laqeydsizliyi kimi dəyərləndirirlər. Harda səhvə yol verilir? Bu uşaqlar niyə hər qidanı bəyənmirlər?

Körpələr niyə hər qidanı bəyənmir?
Hər qidanı bəyənməmək, körpəliyin bir hissəsidir. 1-3 yaş arası körpələrin bir çox qidalara əhəmiyyət verməməsinin inkişafi səbəbləri var. Bir il sürətli inkişafdan sonra (orta hesabla 1 yaşlı körpə öz doğum çəkisindən 3 dəfə artır), körpələrin çəkisi daha yavaş artmağa başlayır. Odur ki, təbii ki, onlar daha az qidaya ehtiyac duyur. Həmçinin körpələrin daim hərəkətdə olması da onların qida vərdişlərinə təsir edir. Gün ərzində az miqdarda qida atışdırmaq, bu məşğul kəşfçilər üçün tam doyumlu yemək yeməkdən daha yaxşıdır.

Bunu anlayan valideynin məqsədi, sadəcə, düzgün qidanı almaq, onu, qidalandırıcı maddələrini maksimum qoruyacaq şəkildə hazırlamaq (qaynatmaq yerinə buxara vermək, qızartmaq yerinə sobada bişirmək) və onu yaradıcı şəkildə onlara təqdim etməkdir. Qalanı isə uşaqlara qalır. Nə qədər yeyəcəkləri, nə vaxt yeyəcəkləri və ümumiyyətlə yeyib-yeməyəcəkləri onların məsuliyyətidir.

Körpələr hər dəfə bir qidanı yeməyi xoşlayır. Onlar bir gün yalnız meyvə, o biri gün isə yalnız tərəvəz yeyə bilərlər. Bu cür qidalanma vərdişləri körpənin əhval-ruhiyyəsinin dəyişkənliyi qədər normal olduğu üçün, körpənin bir gün yaxşı yeyib, o biri gün isə, demək olar ki, heç nə yeməməsi təəccüblü deyil. 1-3 yaşlı körpələrin gün ərzində 1000-1300 kaloriyə ehtiyacı var, lakin onlar heç də hər gün bu kalorini ödəyəcək qədər yemək yeməyə bilərlər. Ümumiyyətlə, körpələri gündəlik yox, həftəlik olaraq bəsləyici və balanslaşdırılmış şəkildə qidalandırmağa çalışmaq lazımdır.

Bu, o demək deyil ki, valideynlər körpələrini yaxşı yeməyə təşviq etməməli və sağlam qida vərdişlərini inkişaf etdirməli deyillər. Uşaqları yeməyə həvəsləndirmək və yemək zamanı yaşanan çətinlikləri azaltmaq üçün 17 üsul sizə təqdim edirik:

1. Müxtəlif növ qidalar təklif edin. Körpələr çoxlu müxtəlif yeməklər dadmağı xoşlayır. Odur ki, niyə də onlara "isveç masası" təklif etməyəsiniz? Buz qabı, keks qabı və ya bölmələrə malik hər hansı digər qabdan istifadə edin və içərisinə rəngarəng və bəsləyici "barmaq qidaları" (barmaqla yeyilə bilən) qoyun. Bu barmaq qidalarına iki yaşlı uşağın xoşuna gələcək məzəli adlar qoyun, məsələn:

- Alma ayı (nazik doğranmış alma)
- Bananlı təkərlər
- Brokkoli ağacları (buxara verilmiş brokkoli çiçəkcikləri)
- Yerkökü xəncərləri (bişmiş və nazik doğranmış yerkökü)
- Pendir inşaat daşları
- Yumurtalı gəmilər (qaynanmış bərk yumurtanın ağı)
- Kiçik halqalar (halqaşəkilli yarma)

Qidanı, körpənin asanlıqla əli çata biləcəyi bir yerə yerləşdirin. Körpə evin içində gəzişdikcə, dayana, otura, bir balaca "atışdıra" və sonra yenə gəzintisinə davam edə bilər. Bu cür yeməklərin ömrü 1 və ya 2 saatdır.

Bəsləyici məsləhət: Yaxşı qidalanma - Yaxşı davranış. Uşağın davranışları, adətən onun qidalanma vərdişləri ilə parallel olur. Valideynlər adətən diqqət yetirir ki, uşağın davranışı səhərin və ya günortanın sonuna yaxın pisləşir. Aradakı əlaqəyə fikir verin: uşaqlar yeməksiz qaldıqca, onların davranışı daha da pisləşir. Yemək atışdırmaq, qanda şəkərin enib-qalxmasını və xoşagəlməz davranışları azaldır.

2. Körpələr həmçinin barmaq qidalarını müxtəlif mayeşəkilli ərzaqlara (souslara) batırıb yeyə bilərlər.Qidaları batırmaq üçün aşağıdakıları istifadə edə bilərsiniz:

- Kəsmik
- Süzmə
- Qatıq
- Xama
- Kəsmik-pendir
- Püre şəklinə salınmış meyvələr və ya tərəvəzlər

Bunları həm alma, armud və ya bibər dilimlərinin, həm də tost edilmiş çörək və ya digər qidaların üstünə yaxmaq olar.

3. Uşaqlar nəyisə sürtməyi, daha doğru desək, yaxmağı sevirlər. Onlara, uşaq üçün nəzərdə tutulan yağ bıçağı ilə tost və ya adi çörəyin üzərinə yağ, pendir və meyvə püresini necə yaxmağı göstərin.

4. Yeməklərin üstünə nəsə qoyun. Uşaqlar bunu çox sevirlər. Bəsləyici, uşaqlara tanış qidaları - qatıq, kəsmik-pendir, tomat sousu, alma sousu və digər ərzaqları onların daha az sevdiyi qidaların üstünə qoymaqla, şıltaq balanızın menyusunu genişləndirə bilərsiniz.

5. İçizdirin. Əgər sizin uşağınız yeməkdən çox içməyi sevirsə, ümidsizliyə qapılmayın. Birlikdə smuzi hazırlayın. Süd (qatıq) və meyvə-tərəvəz, buğda rüşeymi, bal, bəhməz kimi əlavə qidalar çox sağlam yeməklərin əsası ola bilər. Bəs bunları çöplə içmək necə?

6. Doğrayın. Uşağın neçə dəfə yemək yeməsi, sizin o qidanı necə kəsməyinizdən asılıdır. Sendviçləri, fəsəliləri, vafliləri və pizzanı müxtəlif şəkillərdə kəsin.

7. Bağlama edin. Qidanın xarici görünüşü çox vacibdir. Yeni və fərqli bir qida üçün, niyə də uşağınızın oyuncaq qablarından istifadə etməyəsiniz? Yemək məsələsində uşaqlar gözlənilməyən və əcaib şeyləri sevir - plastik ölçü stəkanlarından tutmuş, dondurma qablarına qədər.

Siz, həmçinin qidaları kiçildə də bilərsiniz. Qidaları kiçik ölçülərdə təqdim edin və ya mümkündürsə, qidaları kiçik ölçüdə hazırlayın. Məsələn mini çörəklər, kiçik ev piroqları, toyuğun qoldibi və kiçik ev keksləri.

8. Tərəvəz alın. Tərəvəzləri körpələrə təqdim edərkən, yaradıcı olmaq lazımdır. Çünki ailələrdə uşaqların ən çox etiraz etdikləri qida tərəvəzlərdir. Uşaqların nə qədər tərəvəzə ehtiyacı var? Baxmayaraq ki, uşaqlara gün ərzində 3-5 dəfə tərəvəz təklif olunmalıdır, 5 yaşdan kiçik uşaqlar üçün, hər dəfə yalnız yaşlarının sayına uyğun sayda çay qaşığı ilə verilməlidir. Başqa sözlərlə, 2 yaşlı uşaq, gündə 3-5 dəfə 2 qaşıq tərəvəz yeməlidir. Odur ki, əgər sizin balanız tərəvəz sevərlərdən deyilsə, onda aşağıdakı hiylələrə əl atın:

Uşağınızla tərəvəz əkin. Şərait yaradın ki, uşağınız bitkilərin qayğısına qalsın, yetişmiş tərəvəzləri yığsın, yusun və hazırlasın. O, yetişdirməyə kömək elədiyi qidanı daha həvəslə yeyəcəkdir.

Doğranmış və ya rəndələnmiş tərəvəzləri onun sevimli yeməyinə qatın. Tərəvəzləri düyüyə, kənd pendirinə, kəsmik-pendirə, makarona qata bilərsiniz.

Tərəvəzləri, uşağın sevimli sousu altında gizlədin.

Tərəvəzlərdən kanape (kiçik buterbrodlar) kimi istifadə edin və onları sevimli sousa və ya digər qidaya batırın.

Kiçik peçenye kəsənlərdən istifadə edərək, tərəvəzləri maraqlı formalara salın.

Göyərtiləri buxara verin. Bu zaman onlar daha dadlı və bişməmiş halından daha şirin olur.

Tərəvəzlərdən incəsənət nümuməsi yaradın. Zeytunu doğrayaraq gözlər, pomidordan qulaqlar, göbələkdən burun, bibərdən bığ və s. düzəldərək rəngarəng təsvirlər hazırlayın. Yunan qabağı fəsəlilərindən əla üz düzəltmək olar. Belə ki, yaşıl noxudlar gözləri, yerkökü burunu və pendir isə saçları əvəz edə bilər.

9. Yaradıcı yeməklər hazırlayın. Məsələn, "ağacda pendir" adlı məşhur yemək (buxara verilmiş brokkoli çiçəklərinin üstünə ərinmiş pendir) buna bir misal ola bilər.

10. Paylaşın. Əgər uşağınız hər yeməyi bəyənmirsə, evə onunla eyni yaşda olan bir dostunu və ya "yeməyi sevdiyini" bildiyiniz nisbətən yaşda böyük bir uşaq dəvət edin. Uşağınız da həvəsə gəlib yeməyə başlayacaqdır. Bu məsələlərdə digər uşaqlar ona nümunə ola bilər.

11. Onların mədəsinin kiçik olduğunu nəzərə alın. Onlara yeməyi kiçik porsiyalarla verin. Onlara qidanı hansı ölçüdə verəcəyinizi bilmirsiniz? Baş barmaq və ya əl qaydasına riayət edin. Uşağın mədəsi təqribən onun yumruğu boydadır. Odur ki, boşqaba az miqdarda qida qoyun və uşağınız istədikcə əlavə edin. Bu cür qida planı daha uğurludur və həmçinin qanda şəkərin səviyyəsini sabitləşdirir, bu isə öz növbəsində əhval-ruhiyyə dəyişkənliyini azaldır. Əksər valideynlər bilir ki, ac uşaqlar adətən pis əhval-ruhiyyədə olurlar.

Həvəssiz uşağa "loxma" qaydasını tətbiq edin: "Bir loxma al, iki loxma..." (sizcə onu məcbur etmədən buna nə qədər davam edə bilərsiniz?). "Loxma" qaydası heç olmasa uşağınızın yeni qida dadmasına və ona qidalanmanı cüzi də olsa idarə etməyə imkan verir. Bacardığınız qədər şərait yaradın ki, uşağınız və onun iştahı öz axarı ilə hərəkət etsin. Lakin əgər uşağınızın yeməyi sizinlə eyni vaxtda yeməsini istəyirsinizsə, onun qəlyanaltılarını ən az yemək saatından 2 saat əvvələ salın.

12. Yemək əlçatan olsun. Soyuducunun aşağı rəfini uşağınızın müxtəlif sevimli, bəsləyici qidaları və içkiləri üçün ayırın. O yemək istəyəndə, onun üçün qapını açın və o özü seçsin. Bu taktika həmçinin uşaqlara ac olduqda yeməyə təşviq edir, qida ilə bağlı sağlam vərdişlərə yiyələnməkdə mühüm bir addımdır.

13. Sakit oturma strategiyalarından istifadə edin. Uşaqların ailə ilə bir masa ətrafında dinc otura bilməmələrinin bir səbəbi də, onların ayağının sallanmasıdır. Yemək yeyəndə hündür stulda oturmağa çalışın. İnsan təbii olaraq yerində qurdalanır və ayağa durub gəzmək istəyir. Uşaqlar, ayaqlarının yerə çatmasına mane olmayan, öz ölçülərinə uyğun stullarda daha uzunmüddətli oturub yemək yeyirlər.

14. Yemək saatlarının yerini dəyişin. Uşaqlar qəlvəaltı, nahar və şam yeməyi arasında fərqi o qədər də anlamırlar. Əgər, uşağınız səhər yeməyinə pizza və ya axşam yeməyinə meyvə və ya sıyıq yemək istəyirsə, eybi yoxdur - bu, ümumiyyətlə heç nə yeməməkdən yaxşıdır. Bu o demək deyil ki, siz onun ağzından çıxan hər bir sifarişi dərhal yerinə yetirməlisiniz. Lakin, bəzən uşağınızın öz menyusunu özü seçməsinə imkan verin.

15. Qoyun özləri yemək hazırlasınlar. Uşaqlar özləri bişirdiyi qidaları yeməyə həvəslidirlər, odur ki, mümkün olduqda, uşağa imkan verin ki, yeməyini özü hazırlasın. Peçenye kəsənlərdən istifadə edərək pendir, çörək, nazik ət dilimləri və ya bişmiş əriştələrdən müxtəlif fiqurlar kəsin.

16. Hər bir kalorini hesaba alın. Uşağınıza kiçik dozalarda, qidalandırıcı maddələrlə zəngin qidalar təklif edin. Bu, xüsusilə dovşanlar qədər fəal olan, lakin siçanlar qədər az yeyən uşaqlar üçün çox mühümdür.

16. Ziddiyyətləri nəzərə alın. Kiçik uşaqlar, hər gün fərqli çeşiddə və fərqli miqdarda qida yeyə bilərlər. Bu kaprizlər əsasən onların özünün müstəqillik məhfumuna malik olmaları ilə əlaqədardır və bu, öz təsirini məhz qidalanmada göstərir. Odur ki, əgər uşağınız bir gün ağzına kimi dolu boşqab yemək yeyib, növbəti gün isə demək olar ki, heç nə yeməsə, çərşənbə axşamı brokkolini sevərək yeyir, cümə axşamı isə ondan imtina edirsə, bir qidalanma zamanı özü yemək istəyir və növbəti dəfə sizin onu yedirmənizi istəyirsə, təəccüblənməyin.

17. Sakitləşin. Bəzən 2-3 yaş arası uşaqlar, qidanın hazırlanması da daxil olmaqla hər şey barədə öz fikirləri olur. Bu fikirlərə hazır olun. Öz fikrinə malik olan iki yaşlı uşağı nəyəsə inandırmaq o qədər da asan deyil. Yaxşısı budur, sendviçləri onun istədiyi kimi hazırlamağı öyrənin. Bunu, onun dikbaşlığı kimi qəbul etməyin. Uşaqlar özlərinin qurduqları aləmdə yaşayırlar. Bu aləmin qanunlarına zidd olan şeylər onlar üçün qəbuledilməzdir. Bu mərhələ də keçib gedəcəkdir.

*Atv.az-a istinadən.

loading...

Baxılıb: 204 dəfə.
Yazıldığı vaxt: 26 Sent 2016, 18:29

Şərhlər (0)




Həmçinin bax


Uşaqların təhsilə münasibətində valideynin rolu Uşaqların təhsilə münasibətində valideynin rolu
Uşaqlarda təhsilin doğumdan sonra başlamasıyla birlikdə, hər yaşda fərqli motor bacarıqlarının inkişafı psixoloji vəziyyətləri haqqında ipucu verir. Sevgi, şəfqət, empati, eyni zamanda qaydalar, sərhədlər və məsuliyyətləri gözəl bir ailə mühitində nizamlayıb dinc və xoşbəxt böyüm...
Körpələrin diş çıxarma əlamətləri Körpələrin diş çıxarma əlamətləri
Körpənin diş çıxması böyüdüyünün, inkişaf etdiyinin əlamətidir və valideynlərini xoşbəxt edər. Lakin, eyni vəziyyət körpəni narahat edərsə, iştahasız günlərə səbəb olarsa ailələr üçün çətinlik yaranar. Körpənin diş çı...
Uşağınız qaranlıqdan qorxursa Uşağınız qaranlıqdan qorxursa
Eger uşaq qaranlıq qorxusundan qurtula bilmirse, mütleq psixoloqa müraciet edilmeli ve problem aradan qaldırılmalıdır.Nedense, uşaqlar qaranlıqdan daha çox qorxurlar. Bezen onlara ele gelir ki, anaları yanında olmasa, heç ne ede bilmezler.Bu veziyyeti aradan qaldırmaq yolları...
Hər gördüyünü istəyən uşaqla necə davranaq? Hər gördüyünü istəyən uşaqla necə davranaq?
Çox valideynlərin şikayət etdiyi məsələlərdən biri də övladları ilə alış-verişə gedərkən bir sıra çətinliklərlə qarşılaşmalarıdır. Uşaqların valideynlərinə yaratdıqları çətinliklər əsasən aşağıdakılardır: - Gördüyü oyuncaqları almaları üç&uu...
Uşağa necə "yox" deyək? Uşağa necə "yox" deyək?
“Hər istəyi həyata keçməyən uşaq zaman keçdikcə başa düşür ki, həyatda insanın istədiyi hər şey olmur”. Uşaqlara düzgün olanı öyrətmək çox vacibdir. Çox zaman valideynlər uşaqlarına “yox” deməyi ya bacarmır, ya da o qəd...
Körpə 1 aylığında Körpə 1 aylığında
1 aylıq körpənin əsas mərhələləri Körpə 1 ayına çatanda baş verən dəyişikliklər böyük ola bilər, məsələn onlar "yeni doğulmuş" gö​rkəmini itirəcək və daha ayıq olmağa başlayacaqdır. Qapının zəngi çalındıqda reaksiya vermək kimi əlamətlər sizin k&ou...
Nə üçün uşağın boyu uzanmır Nə üçün uşağın boyu uzanmır
Valideynlərin əksər hissəsi uşaqlarının ucaboy olmasını istəyir. Lakin bu hər zaman mümkün olmur. [i]Uşağın boy atması nədən asılıdır?[/i] 1 . Uşağın boyu əsasən genlərdən asılıdır. Boyu kiçik olan valideynlərin uşaqları da əksər hallarda hündür olmur . 2 . İnsan...
Kök-banan püresi Kök-banan püresi
Məqalə.Net uşaqlar üçün hazırlanan kök-banan püresini sizə yazır: Lazım olanlar 1 / 2 kök, qaynadılmış 1 / 2 banan 1 şirin qaşığı keçi pendiri 1 ədəd qoz 1 çay qaşığı zeytun yağı Hazırlanması Bütün vəsaiti blenderdən keçirin....
Valideynlərin oxumalı olduğu 35 məsləhət Valideynlərin oxumalı olduğu 35 məsləhət
1. Uşağın suallarına səbrlə və doğru cavab verin. 2. Uşağın suallarını və dediklərini ciddi qəbul edin. 3. Uşağa məxsusi onun işləri üçün otaq və ya bir künc ayırın. 4. Uşağa öz işlərini və nailiyyətlərini nümayiş etdirmək üçün yer tapın. 5. Yarad...
Uşağınızı başa düşməyə çalışmalısınız Uşağınızı başa düşməyə çalışmalısınız
Sizcə uşağınızı kifayət qədər başa düşürsünüzmü? Halbuki, uşağınızı başa düşmək sizin onunla münasibətlərinizi nizamlamağa da kömək edə biər… Əgər valideyin hələdə uşağınıza qarşı “səhv mövqə tutmaqda” davam edirsə va ya ən ki&ccedi...
Körpə 7-9 aylığında Körpə 7-9 aylığında
7 - 9 -aylıq körpənin əsas mərhələləri Körpənizin hər şeyə marağının artması körpənin artan maraq ilə 7 -9 ayında gününüz ancaq onun təhlükədən qorunmasına sərf olunacaq . Onların şəxsiyyət inkişaf etdikcə , onlar yeməklər və oyuncaqlar kimi xoşladıqları şeyləri t...

←Geri qayıt


Reklam


Təsadüfi məqalələr

Kartoflu-pendirli zapekanka resepti Kartoflu-pendirli zapekanka resepti
1 İyul 2016, 17:33
Şokolad və küncütlü burfi Şokolad və küncütlü burfi
22 Sent 2016, 22:02
Wi-Fi və ekran özəlliyinə sahib idman ayaqqabıları təqdim edildi! VİDEO Wi-Fi və ekran özəlliyinə sahib idman ayaqqabıları təqdim edildi! VİDEO
18 Okt. 2016, 12:32
SpaceX raketi sınaq alovlanması anında partladı SpaceX raketi sınaq alovlanması anında partladı
13 Sent 2016, 22:15
Sara Xatun Sara Xatun
29 May 2016, 13:55
Facebook onlayn reklamın offlayn ziyaretçilerini ölçecek Facebook onlayn reklamın offlayn ziyaretçilerini ölçecek
2 İyul 2016, 01:06
Androidə rəqib olacaqdı, amma qrupu dağıtdılar. Androidə rəqib olacaqdı, amma qrupu dağıtdılar.
4 Fev. 2017, 12:02
Təyyarə enən kimi şəbəkəyə qoşulmaq təhlükəlidir XƏBƏRDARLIQ Təyyarə enən kimi şəbəkəyə qoşulmaq təhlükəlidir XƏBƏRDARLIQ
8 İyul 2016, 14:18
Həyatımızı necə idarə edək? Bu bizdən asılıdırmı? Həyatımızı necə idarə edək? Bu bizdən asılıdırmı?
6 İyul 2016, 18:21
Saç tökülməsi və kəpək əleyhinə RESEPT Saç tökülməsi və kəpək əleyhinə RESEPT
9 Noy 2016, 14:37
Tapançaya oxşar “iPhone” çexoluna görə güllələnə bilərdi Tapançaya oxşar “iPhone” çexoluna görə güllələnə bilərdi
8 İyul 2016, 16:24
Bu göbələklər qaraciyər çatışmazlığına səbəb olur XƏBƏRDARLIQ Bu göbələklər qaraciyər çatışmazlığına səbəb olur XƏBƏRDARLIQ
5 Noy 2016, 13:36
Instagram-ın ən çox bəyənilən şəxsi sizcə kimdir? Instagram-ın ən çox bəyənilən şəxsi sizcə kimdir?
2 Dek. 2016, 23:05
WhatsApp üçün çətin günlər WhatsApp üçün çətin günlər
20 Avq. 2016, 10:41
Səhər yuxudan gözəl saçlarla oyanın Səhər yuxudan gözəl saçlarla oyanın
4 Noy 2016, 17:35
Xəyal qurmağı bacarmaq özü bir istedaddır... - AFORİZMLƏR Xəyal qurmağı bacarmaq özü bir istedaddır... - AFORİZMLƏR
24 İyun 2016, 15:41
Alimlər ilk dəfə yerdən kənar həyat formasını meteoritdə aşkar ediblər Alimlər ilk dəfə yerdən kənar həyat formasını meteoritdə aşkar ediblər
10 Okt. 2016, 10:55
Dünyanın ən münasib qiymətli smartfonu bu həftə satışa çıxacaq Dünyanın ən münasib qiymətli smartfonu bu həftə satışa çıxacaq
27 İyun 2016, 20:20
Ürəyinizi qorumaq üçün məsləhətli 5 qida Ürəyinizi qorumaq üçün məsləhətli 5 qida
8 İyul 2016, 23:46
İşləyərkən mahnıya qulaq asmaq olmaz İşləyərkən mahnıya qulaq asmaq olmaz
31 Avq. 2016, 14:25

Kateqoriyalardan

Maraqlı

Google CEO-sunun şəxsən cavab verdiyi 7 yaşındakı qızdan Google-a iş müraciəti (19 Fev. 2017, 21:36)
Dünya üzərində insan istehsalı olan obyektlərin ümumi çəkisi nə qədərdir? (10 Dek. 2016, 14:13)
Kolbasaya qatılanlar sizi şok edə bilər: peyin, milçək sürfəsi... (10 Dek. 2016, 00:36)
İŞİD-in saytına daxil olan fransa vətəndaşı problemlə üzləşib (3 Dek. 2016, 14:21)
Instagram-ın ən çox bəyənilən şəxsi sizcə kimdir? (2 Dek. 2016, 23:05)
iPhone 7 aldı və cihazda naməlum şəxsin fotolarını tapdı (19 Noy 2016, 18:14)
Selfi ilə bağlı ölümlər ən çox harda baş verir nə qədər insan həyatını itirir? (STATİSTİKA) (18 Noy 2016, 12:01)
Faydalı

Bu əşyaların son istifadə tarixini bilirsiniz? (19 Fev. 2017, 21:45)
Android cihazlar üçün 5 qızıl məsləhət (3 Yan. 2017, 01:27)
Dodağınıza uçuq çıxıb? Pambığı süddə isladın və.. (23 Dek. 2016, 02:02)
Duzlu suyun möcüzəsi! (11 Dek. 2016, 17:42)
Gözləri işıqlandırmaq və göz zəifliyinin qarşısını almaq üçün bu məşqi edin (5 Dek. 2016, 23:29)
Yarım saat soyuq havada gəzsəniz... SUPER FAYDALARI (4 Dek. 2016, 13:35)
Beyini aktivləşdirmək və qocalmaqdan qorumaq üçün hər gün 1 stəkan bunu için... (2 Dek. 2016, 17:37)
Texnologiya

"Microsoft"un yeni texnologiyası, proqramçıları işsiz qoya bilər (Dünən 20:22)
Androidə rəqib olacaqdı, amma qrupu dağıtdılar. (4 Fev. 2017, 12:02)
iPhoneda yeni mesajı gizləmə xüsusiyyəti VIDEO (14 Dek. 2016, 21:10)
Artıq telefonunuzu bir toxunuşla şarj edə biləcəksiniz (VİDEO) (13 Dek. 2016, 23:13)
Modemləri zombiyə çevirən zərərli proqram bütün dünyanın internetini kəsəcək gücdədir (12 Dek. 2016, 18:56)
10900 mAh batareyalı ağıllı telefon! (30 Noy 2016, 22:12)
Fransada uçan taksilər istifadə olunacaq! (27 Noy 2016, 19:38)
Elm və Təhsil

NASA yüksək radiasiya yayan yeni qalaktika kəşf etdi! (1 Yan. 2017, 11:08)
Sutkada 25 saat nə zaman olacaq? (9 Dek. 2016, 16:14)
Alimlər mal ətinin əvəzləyicisini tapıblar! (21 Noy 2016, 18:13)
Qadınların yaddaşı kişilərdən daha güclüdür (11 Noy 2016, 20:19)
Alkoqolizmin dərmanı kəşf olundu! (9 Noy 2016, 14:33)
Delfinlər haqqında inanılmaz və maraqlı yeni fakt ortaya çıxıb! (4 Noy 2016, 17:46)
Sol və Sağ beyin birlikdə çalışarsa nə olar? (31 Okt. 2016, 09:06)
Mətbəx

Sevgilinizə bu yeməkləri bişirin - RESEPT (13 Fev. 2017, 22:26)
10 dəqiqəyə əlüstü hazır olan BALLI PEÇENYELƏR (13 Noy 2016, 18:12)
Göbələkli blinçik necə hazırlanır? (1 Noy 2016, 01:31)
Şokoladlı gavalı mürəbbəsi (23 Okt. 2016, 14:29)
Ətlə lavaş piroqu (23 Okt. 2016, 14:25)
Zebra naxışlı keks resepti (21 Okt. 2016, 15:50)
Bulqur şorbası resepti (21 Okt. 2016, 15:29)
Oyunlar

GTA V-də kimsəsiz evin yaxınlığında kəşf edilən ürküdücü sirr ortaya çıxarıldı! (1 Noy 2016, 21:04)
Hacker olmaq üçün super oyun: Hackers (23 Sent 2016, 11:42)
Forza Horizon 3 nəhayət tamamlandı! (31 Avq. 2016, 12:08)
2016-cı ilin ən yaxşı oyunları açıqlandı (29 Avq. 2016, 00:39)
WWE Immortals oyunu yüklə (26 Avq. 2016, 17:27)
Cross fire (27 İyun 2016, 18:21)
Zombie Objective (21 İyun 2016, 16:26)
Musiqilər

Mursel - Melek 2016 (5 İyun 2016, 16:49)
Vasif Azimov - Cani Yanar 2015(ft Deniz) (30 May 2016, 20:51)
Yumor

Ronaldonu belə görməmisiniz! - GÜLÜŞ VAXTI (10 İyul 2016, 19:00)
Nisbilik nəzəriyyəsi - QISA VƏ YUMORİSTKİK İZAH (3 İyul 2016, 13:30)
Yalnız qadınlar anlayacaq :) - YUMOR (20 İyun 2016, 00:01)
Məşhurlar və atlar (18 İyun 2016, 00:40)
Qeybətcil arvadların proqnozu)) (5 İyun 2016, 20:42)
Xanım Tapmadığı üçün Məzuniyyət Gecəsinə Pişiklə Gələn Oğlan (28 May 2016, 14:36)
Şeirlər

Mənə Baxdın (qəzəl) (20 Noy 2016, 12:40)
Sevgi Dəmidir (qəzəl) (20 Noy 2016, 12:21)
Güllər içində (QƏZƏL) (13 Noy 2016, 11:06)
Buludlar (şeir) (25 Okt. 2016, 16:44)
Ən yeni statuslar (mənalı) (19 Sent 2016, 23:54)
Yeni statuslar (19 Sent 2016, 10:39)
Sevilənlər seviləcək.. (16 Sent 2016, 18:37)
Uşaq dünyası

Uşaqların təhsilə münasibətində valideynin rolu (14 Okt. 2016, 23:54)
Körpələrin diş çıxarma əlamətləri (27 Sent 2016, 20:22)
İştahasız uşaqlar üçün faydalı məsləhətlər (26 Sent 2016, 18:29)
Uşağınız qaranlıqdan qorxursa (13 Avq. 2016, 22:55)
Hər gördüyünü istəyən uşaqla necə davranaq? (1 İyul 2016, 00:36)
Uşağa necə "yox" deyək? (28 İyun 2016, 22:45)
Körpə 1 aylığında (22 İyun 2016, 18:09)
Hekayələr

Xoşbəxt pişik (16 Okt. 2016, 11:49)
Nabokovun Sərnişin hekayəsi (26 Sent 2016, 13:58)
Bir işin dəlisi olmaq.. (3 İyul 2016, 14:39)
Eynşteyn və sürücüsü (3 İyul 2016, 13:23)
"Axmaq" şagird - HEKAYƏ (2 İyul 2016, 19:54)
Üç sual-Lev Tolstoy (1 İyul 2016, 00:51)
Kim yaradırsa, oda yaddaşlarda qalır, Nazim Hikmət kimi! (19 İyun 2016, 15:58)
Tariximiz

Azərbaycanlı ANALARIN yaraşığı - Kəlağayı - TARİXİMİZ (19 İyun 2016, 22:03)
Milli təfəkkür tərzimiz olan xalça (17 İyun 2016, 19:17)
Azərbaycan tarı (17 İyun 2016, 18:50)
Tarixdə Şah İsmayıl anasını öldürübmü? (1 İyun 2016, 16:27)
Mübariz İbrahimov (30 May 2016, 00:47)
Azərbaycanın Milli Qəhrəmanları (30 May 2016, 00:39)
Sara Xatun (29 May 2016, 13:55)
Şəkillər

Bu fotolar ən yaxşı ordu fotoları seçildi (26 Okt. 2016, 19:08)
Instagramın "Ən qəribə" fotoqrafçısı (24 Okt. 2016, 19:13)
Sosial şəbəkələr futbol klubu olsa idi formaları necə olardı? (22 Okt. 2016, 21:40)
Yaponların hazırladıqları qeyri-adi çətirlərə baxın (16 Okt. 2016, 12:06)
Cizgi film qəhrəmanlarının real həyatda şəkilləri (28 Sent 2016, 19:19)
Qəlb isidən SSRİ həyatının təsvir edən Natürmort rəsmlər (3 Sent 2016, 23:20)
Dırnaq boyası ilə çəkilmiş əsrarəngiz şəkillər (30 Avq. 2016, 19:01)
Tibb sahəsi

Baş ağrısının 7 qeyri-adi səbəbləri (19 Dek. 2016, 18:52)
Bədənimizdə yaşayan bakterilər bizi xərçəngdən qoruyur.. (11 Noy 2016, 12:20)
Xərçəng xəstəliyinin sağalmama səbəbi müəyyən edildi (8 Noy 2016, 23:49)
Bu göbələklər qaraciyər çatışmazlığına səbəb olur XƏBƏRDARLIQ (5 Noy 2016, 13:36)
İnsan xasiyyətinin onun sağlamlığına qoyduğu təsirlər! (24 Okt. 2016, 12:59)
Artıq çəki beyninizi zəiflədir! (19 Okt. 2016, 17:49)
Dişlərin müalicəsi üçün yeni üsul tapıldı (17 Okt. 2016, 19:26)
Proqramlar

"Necə və hansı proqramla?" dediyimiz 6 suala cavab (3 Yan. 2017, 01:37)
Adobe Photoshop Fix: Android üçün təqdim olundu! (4 Noy 2016, 23:17)
Artıq Whatsapp-da VİDEOZƏNG-lər belə edə biləcəksiniz! (yüklə) (27 Okt. 2016, 15:53)
Play Store-da tapa bilməyəcəyiniz ən yaxşı APKlar (19 Okt. 2016, 18:34)
Android cihazı ilə edə biləcəyiniz 3 maraqlı şey (16 Okt. 2016, 21:34)
Facebookda hesabı necə silirlər? (15 Okt. 2016, 22:25)
Kompüterlər üçün nəhayət Instagram istifadəyə verildi (14 Okt. 2016, 20:09)
Videolar

iPhone 7-nin timsahın dişlərinə qurban verərək dözümlülüyünü yoxladı (VİDEO) (25 Dek. 2016, 13:44)
2016-cı ilin ən maraqlı hadisələrini 2 dəqiqəlik videoda əks etdirdilər (17 Dek. 2016, 23:02)
Nüvə bombasının partlamasının fəsadları (VİDEO) (10 Noy 2016, 16:35)
Qolları olmayan qız hər işi görür, inanılmaz bacarıqlarına baxın VIDEO (3 Noy 2016, 21:08)
Alyaskada yaşayan bu canlı hər kəsin diqqətini cəlb edib (Video) (2 Noy 2016, 15:22)
Adrenalin sevənlərə VİDEO (17 Sent 2016, 23:44)
30 il bundan əvvəl kosmonavtlar kosmosda necə əylənirdilər? VİDEO (7 Sent 2016, 22:29)

Bizi Facebookla izlə!

Ana səhifə
Saytda axtar
Haqqımızda
Bizimlə əlaqə
Joshgunpro.com
Reklam ver
Saytın xəritəsi
Meqale.Net — 2016 ©
* Materiallardan istifadə zamanı istinad mütləqdir!