MyPassion
Kim yaradırsa, oda yaddaşlarda qalır, Nazim Hikmət kimi!
19 İyun 2016, 15:58 \ Baxılıb: 1831 dəfə \

Əhvalat məşhur Türk ədibi Nazim Hikmətin başına gəlmiş bir hadisədir və böyük bir ehtimalla Bursa Həbsxanasında yaşanmışdır .

O dövrün Ədliyyə Nazirliyindən bir müfəttiş həbsxanaya təftişə gəlir . Bir neçə günlük bir yoxlamadan sonra , həbsxana müdirinin otağında oturarkən müdirə:
- Nazım də buradaymış. Çağır görək , necə biridir - deyir.

Həbsxana müdiri təlimat verir, Nazimi müdirin otağına gətirirlər .
Müfəttiş , həbsxana müdirinin kreslosuna oturmuş vəziyyətdə qapıdan girən Nazimi təpədən dırnağa çoxbilmiş bir rəftarla süzərək:
- Demək Nazim Hikmət sənsən?

Nazim isə ayaq üstə dayanmaqdadır . Oturmaq üçün bir yer də göstərilməyib. Müfəttiş bir iki şey daha soruşur. Nazim ayaq üstə cavab verir və müfəttiş Nazımə eyni çoxbilmiş rəftarla:
- Gedə bilərsiniz

Nazim qapıdan çıxarkən dayanır və müfəttişə dönərək:
- Ömər Xəyyam adını eşitmisinizmi?" deyə soruşur. Müfəttiş anında cavab verir: " Kim bilməz ki , Xəyyamı kim tanımaz ki?

Nazim davam edir:
- Xəyyamın zamanında İran hökmdarı kim idi , bilirsinizmi ?
Müfəttiş çaşqın qalır . Nazımin nə etməyə çalışdığını anlaya bilmir. Nazim eyni ciddiliklə danışmağa davam edir : "Görürsünüz , bir sənətkarı xatırladınız , amma hökmdarı xatırlamadınız "

Yaxşıca çaşan müfəttişin gözlərinə baxan Nazim: " İllər sonra məni dünya xatırlayacaq , amma dövrün Ədliyyə Nazirini və sizi kimsə xatırlamayacaq" deyir və müfəttişin cavabını gözləmədən otağı tərk edir .
Müfəttiş etdiyi səhvi anlayır , Nazimi geri çağırmağa çalışır . Amma iş işdən keçmişdi artıq , Nazim çağırışa cavab vermədən yoluna davam edir . . .

Bənzər məqalələr
Şərhlər (0)
Şərh bildir