MyPassion
Körpə 1 aylığında
22 İyun 2016, 18:09 \ Baxılıb: 2094 dəfə \

1 aylıq körpənin əsas mərhələləri

Körpə 1 ayına çatanda baş verən dəyişikliklər böyük ola bilər, məsələn onlar "yeni doğulmuş" gö​rkəmini itirəcək və daha ayıq olmağa başlayacaqdır. Qapının zəngi çalındıqda reaksiya vermək kimi əlamətlər sizin körpənizin əqli və fiziki cəhətdən inkişaf etməsini göstərir.

Qidalanmaya gəldikdə, körpənin südə olan iştahının bir qədər azaldığını görə bilərsiniz, lakin 6 həftəsində körpə sürətli böyümə mərhələsindən keçdiyi üçün bu, müvəqqəti yenidən arta bilər. İştahın artması ilə körpəniz onun böyüməsi üçün daha çox enerjiyə ehtiyacı olduğunu sizə göstərir. Qısa bir zamanda yedizdirmə tezliyini artırmağa hazır olun.

Sizin körpəniz indi qarnı üstündə uzanarkən başını yüngülcə qaldıra bilər. Onlarda doğularkən mövcud olan təbii əllə tutma refleksi gedərək güclənir və ovuclarına qoyulan hər şeyi avtomatik tuturlar.

Körpənin ağlaması və qığıldaması
Ağlamaq körpənin əsas ünsiyyət forması olaraq qalır, lakin körpəniz rahat və məmun olduğu zaman qığıldama və uğultu səsləri çıxara bilər. Bu da onların hansı səsləri və necə çıxara bilməsini araşdırma yoludur.

Körpənin gülməsi
Hətta bu kiçik yaşda, bəzi körpələr təbəssüm edə bilərlər. Böyüklər kimi, bütün üzlərini istifadə edərək güldükdə, onların həqiqətən güldüyünü yoxsa bunun təsadüfi üz hərəkəti olduğunu gözlərin parıldamasından anlaya bilərsiniz. Körpələr ancaq hazır olduqda təbəssüm edəcək - əgər bu bir müddət çəkərsə, bu, körpənin məyus olduğunu göstərmir, lakin siz qıdıqlamaq, qucaqlamaq və oynamaqla onları güldürməyə cəhd edə bilərsiniz. Körpəniz sizi təqlid edərək öyrənir, belə ki, nə qədər çox gülsəz , körpəniz də o qədər çox gülümsəyəcək.

Yeni doğulmuş körpənin görmə qabiliyyəti
Hələ olduqca məhdud olmasına baxmayaraq, körpənin görmə qabiliyyəti keyfiyyət və məsafə cəhətdən inkişaf edir. İnsan üzü - xüsusilə sizin üçünüz - hər hansı bir hərəkət edən obyekt ilə yanaşı, onun diqqətini ən çox cəlb edəcək.

Körpə ilə yaxınlıq qurmaq
Siz fiziki təmas vasitəsilə körpə ilə yaxınlığa zəmin yarada bilərsiniz. Körpəniz sizə yaxın olmağı sevir, ona görə, onların qolları və ayaqlarını hərəkət etdirin və körpə masajı​​ ilə onları sakitləşdirin. Yedizdirərkən körpənizi özünüzə yaxın saxlayın, çünki dəri təması və ya körpəni qucağa götürmək və yelləmək körpəyə sevildiyini hiss etdirəcək və aranızda güclü emosional bağ yaranacaq. Bir çox analar uşağı kifayət qədər yaxın saxladığı və anaya azad hərəkət imkanı verdiyi üçün kenquru və ya qucağa bağlama vasitələrini əvəzsiz hesab edir.

Şərhlər (0)
Şərh bildir