MyPassion
Kosmosda 6 ay insana necə təsir edir?
1 Sent 2016, 13:36 \ Baxılıb: 1049 dəfə \

İngiltərənin ilk rəsmi astronavtı Mayor Tim Peake Beynəlxalq Kosmos Stansiyasına çatdı.
6 ay kosmosda qalacaq olan köhnə hərbi pilot gəncləri elmi kəşflər öyrənmək məqsədiylə müxtəlif təcrübələr və layihələr həyata keçirəcək.

Bəs kosmosda keçən 6 ayın insan bədənindəki və ağılındakı təsirləri nələrən ibatət olur? İngiltərənin Kosmos Dairəsində Libby Jackson: "6 ay sürətlə keçər amma fiziki olaraq həmin adamlarda dəyişikliklər olacaq. Sümükləri və əzələləri zəifləyəcək. Bunlarla mübarizə aparmaq üçün hər gün 2 saat idmanla məşğul olmaları lazımdır. Yer üzünə geri dönəndə isə bədənin 6 ay müddətində yer çəkimi olmayan mühitdə olmağının bütün təsirlərindən xilas olması aşağı yuxarı bir il davam edəcək." Dedi.

Lakin, kosmosda 6 ay qalmağın təsirləri təkcə fiziki cəhətdən deyil. Jackson, kosmosdan dönən bütün astronavtların eyni şeyi söylədiklərini ifadə edir.
"İnsanı həqiqətən dəyişdirən şey, dünyanı oradan görmək olur. Gördüyümüz bütün fotoşəkillər, izlədiyimiz videolar bir yana, o görüntünü insan öz gözləriylə görmədən gerçək mənada danışa bilmir və bu da kosmos stansiyası qrupunda dərin təsir yaradır. Bunun Tim"də necə bir təsir yaratdığını da döndüklətində görəcəyik." deyir Libby Jackson.

Yer üzünü kosmosdan görmənin insanda yaratdığı təsirə, "quşbaxışı təsiri" deyilir. Köhnə astronavt Michael Lopez-Alegria, kosmosda olarkən görülənləri anlaqda böyük bir çətinlik çəkdiyini söyləyir. Lopez-Alegria, "Bütün insanlıq tarixinin yaşandığı yeri, orada, aşağıdan görmək böyük bir təsir yaradır. Bir gerçək olduğunu görmək... Planetin ölçülərindən əlavə insan varlığının da təsirlərini görürsünüz. Hava çirkliliyini, ətraf çirkliliyini, meşələrin itirilməsinə, bataqlıq sahələrin çox daha kiçilmiş olduğunu... Planetin nə qədər həssas olduğunu, ekoloji sistemin kövrək tarazlıqlarını daha yaxşı anlayırsınız. Ekosistem və onun davamlılığının nə cür əhəmiyyətli olduğunu daha yaxşı anlayırsınız." deyir.


* Məqalə.Net yazdı.

Şərhlər (0)
Şərh bildir