MyPassion
Mars şəraitində becərilmiş tərəvəzlərin vəziyyəti
8 İyul 2016, 01:34 \ Baxılıb: 752 dəfə \

Mars-a uçuş missiyasının hazırlanmasında iştirak edən hollandiyalı alimlər bildiriblər ki, hazırlıq çərçivəsində Mars mühitinin imitasiyası vəziyyətində becərilmiş tərəvəzlər qidalanmaq üçün əlverişli hala gəliblər. Mars mühitinə bənzər mühitdə tərəvəzlərin becərilməsi ilə Niderland-da yerləşən Vaqeninqen Universitetinin alimləri məşqul olublar. İlk məhsul siyahısına turp, noxud, çovdar və pomidor daxil idi. Güman olunur ki, planlaşdırılan Mars missiyası çərçivəsində kolonistlər özləri ilə hazır qida məhsullarından əlavə becərilməsi üçün nəzərdə tutulmuş bitkilər də aparacaqlar. Məhz buna görə NASA-da Mars mühitinə bənzər şərait yaradılıb. 2015-ci ildə yaradılmış süni Mars torpağından indiyənə kimi 10 dəfə məhsul yığımı olub. Lakin hələ də tam aydın deyildi ki, həmin məhsullar qida üçün yararlıdırlar yoxsa yox. Belə ki, onların tərkibində ağır metallar (kadmium, mis, qurğuşun) var idi. Yeni məhsul yığımından sonra alimlər bildiriblər ki, becərilmiş yeni tərəvəzlərdə ağır metalların izləri yoxdur və onlar qidalanmaq üçün əlverişlidirlər. Növbədə hələ 6 növ tərəvəzi də test etmək durur. Qeyd edək ki, NASA Mars-a ilk uçuşu növbəti 10-15 il ərzində planlaşdırır.

Technote

Şərhlər (0)
Şərh bildir