Məqalə.Net — Milli Məqalə Portalı
17.10.2017 Saat: 09:43
#Maraqlı #Faydalı #Texnologiya #Elm və Təhsil #Mətbəx #Oyunlar #Musiqilər #Yumor #Şeirlər #Uşaq dünyası #Hekayələr #Tariximiz #Şəkillər #Tibb sahəsi #Proqramlar #Videolar

Tariximiz » Milli təfəkkür tərzimiz olan xalça



Xalça Oğuz- türk ellərinin həyat tərzinin ayrılmaz hissəsi, tətbiqi sənət növünün zirvəsi, xalqın etik qaydalarının, estetik baxışlarının, yurda, torpağa, vətənə məhəbbət hisslərinin daşıyıcısıdır. Xalça milli kimliyimizdir. Onda xalqın, tayfanın, nəslin, ailənin tarixi, yaşam tərzi kodlaşdırılmışdır. Nəsillərdən bizə ərməğan olan bu əvəzedilməz irsi qiymətli sərvət kimi qoruyub saxlamalı, orada yazılan milli-mənəvi dəyərlərə sayğı ilə yanaşmalıyıq. Xalça eksperti Mark Dans deyir: “Hər bir Azərbaycan xalçası nadir incəsənət nümunəsidir. Sanki xalçaların üzərindəki simvollar, elementlər sənə öz hekayətlərini söyləyirlər”.

Köçəri həyatdan oturaq həyat tərzinə keçən babalarımız, nənələrimiz tarixi ilmə-ilmə xalçalara həkk etdi, məişətini, məşğuliyyətini, tarixini xalçalarda yaşatdı. Bunu 2500 il əvvələ aid edilən qədim Hun türklərinin, Oğuz ellərinin, ulu babalarının yaşadıqları Dağlıq Altaydakı Pazırık kurqanlarının birindən buzlaşmış halda tapılan, hazırda Sankt-Peterburqdakı Ermitaj Muzeyində nadir sərvət kimi saxlanılan xovlu xalça əyani sübut edir. Pazırık xalçası bitkin süjetli mükəmməl sənət nümunəsidir. Həmin xalçanın üzərində 24 ağac şəkli təsvir olunmuşdur. Bu da türklərin 24 boyunu — şəcərəsini əks etdirirdi. İnsan ana təbiətin ən ağıllı, yaradıcı balasıdır. Ona görə də insan bütün həyatı boyu ana təbiətdən öyrənir.

Eramızdan əvvəl 460-370-ci illərdə yaşamış yunan filosofu Demokritin dediyi kimi, biz toxuculuqda hörümçəklərin, ev tikməkdə qaranquşların, oxumaqda bülbüllərin şagirdləriyik. Elə toxuma texnikasının ilk “etalon”u kimi əcdadlarımız hörümçək torunu əsas götürmüşdülər. Azərbaycan poeziyasının dahilərindən Səməd Vurğunun çox qiymətli fikri var: “Üzərində tarixi qeyd, nəql və təsvir olan hər bir qədim daş vaxtı ilə yaşayıb-yaradan insanın donmuş ürəyidir, o, insan tarixinin odu və alovu içərisindən keçərək gözəl torpağımızı və tariximizi qoruyub saxlamış, əsrlər boyu elmin, mədəniyyətin və incəsənətin inkişafı üçün nəhəng və münbit zəmin yaratmışdır. Elə bir zəmin ki, onun üzərində biz hamımız doğulmuşuq, yaşayırıq, gələcək nəsillərin simasında həmin mədəniyyətin ən qabaqcıl ənənələrini yeni tarixi şəraitdə inkişaf etdirərək yaşayacağıq”. Buradakı “daş” sözü bütün mədəniyyət və incəsənət nümunələrimizə aid edilə bilər. Həmçinin xalçalara da. Əcdadlarımızın zəngin təxəyyülünün məhsulu olan xalçalar da nəsillərdən nəsillərə ötürülən ilmələrlə yazılmış mirasdır.


“Xalçanın öz dili var. O, yazıdır, əlifbadır, tarixdir. Azərbaycan xalçasının hər naxışının kökü, yolu bizə məlumdur” (Sabir Rüstəmxanlı).
Xalçanın dili çoxmənalı və zəngindir. Hər kəs onu dərk etdiyi kimi oxuyur. “Kim xalçanı oxuya bilsə, harada, hansı şəraitdə olursa olsun, izahları ilə, xalçanı oxumağı ilə ətrafdakıları valeh edə bilər. Xalça və onun naxışları insanın gen yaddaşıdır” (Şakir Qabıssanlı).
Ş.Qabıssanlı əsl pedaqoq kimi məsləhət görür ki, xalçaların əlifbasını, dilini bilmək, onu oxumaq üçün mifologiyaya, folklora, muğamlara və onların mahiyyətinə, xalq mahnılarının müdriklikdən doğulan kodlarına, bayatılara, Qobustan qayaüstü rəsmlərinin fəlsəfəsinə, xalça işarələrinə, nəhayət, gen yaddaşımıza vaqif olmaq lazımdır.
Doğrudan da, xalçanın dili varmı? O, hansı dildə danışır? Bizə nə demək istəyir? Bəli, xalçanın dili var. Bu dil ana dilimiz kimi zəngin və çox şirindir. Xalça onu anlayanla, öyüdünə və nəsihətinə əməl edənlə, onu doğması kimi əzizləyənlə, tumarlayanla şirin-şirin, mehriban-mehriban söhbət edir. Ona çox gizli mətləbləri anladır.
Ornament xalçanın dili, ayrı-ayrı bəzək elementləri, rənglər, rəmzlər isə bu dilin hərfləri, əlifbasıdır. Böyük xalçaçı rəssam Lətif Kərimov Azərbaycan xalçalarında 1300-dən çox naxış elementinin təhlilini vermişdir. Bu naxış elementlərinin hər birinin xalça üzərində öz yeri, işlədilmə məqamı var. Ornament xalqımızın etnogenezinin qədim əsasını qoruyub saxlayan qiymətli tarixdir, milli mədəniyyətin fenomenidir. Ornamentlərin texniki üsulları, rəng çalarları, naxışların adları xalqın yaranmasının, tarixi keçmişinin, zamanın müxtəlif dövrlərindəki etnik proseslərin təsviridir.
Xalçalardakı ornamentlərin hər birinin öz məna yükü, informasiya ötürmə üsulu var. Xalçalarımızda tez-tez rast gəlinən Günəş türk xalqlarının atasıdır. Oğuz xan (eramızdan 2800 il əvvəl yaşamış olduğu güman edilir) oğluna Günxan adı qoymuşdu, yakutlarda uşağa adı Günəş göndərirdi. Ağac tayfanın, nəslin kimliyinə işarə idi, şəcərə-nəsil ağacı mənasını daşıyırdı, müqəddəs sayılırdı. Qövs yeri, göyü, əkiz qardaşlığı bildirirdi. At göylərdən — Günəşdən yerə enmişdi, insanın dostu, sadiq köməkçisi, qəhrəmanın silahdaşı idi. Öküz dünyanın yaranışına, keçi yazın gəlişinə, qoç igidliyə, qurd dönməzliyə, əjdaha bolluğa işarə idi. Buta müqəddəs odun, alovun, həyatın, sevginin, ailə münasibətlərinin, vüsala yetmənin, xaç Günəşin, həm də yerin, göyün, insanın və o dünyanın rəmzi sayılırdı. Turan ellərinin igid oğulları türklərin 24 boyunun hər birinin öz damğası-tanınma nişanı olmuşdur ki, bu da xalçalarda öz əksini tapmışdır.

Xalçalarımızda rəng simvolikası da cox maraqlıdır. Qırmızı həyatı, göy səmanı və suyu, ağ həqiqəti və müdrikliyi, sarı kamilliyi, yaşıl cavanlığı və baharı simvolizə edir. Vurduğu ilmə ilə, toxuduğu xalça ilə qızların, gəlinlərin, nənələrin zövqünü, səliqə-sahmanını, ovqatını, xeyirxahlığını, mərhəmətini təyin etmək olardı. Xalq inanclarına görə xalçanı cırmaq, tullamaq olmazdı, o, evdə öz “əcəl”i ilə dünyasını dəyişməli idi. “Xalçam harada, yurdum orada” deyib babalarımız. Xalça torpaq, yurd kimi əziz və toxunulmaz idi.
Milli xüsusiyyətlərlə iqlim, torpaq-bitki örtüyü arasında sıx əlaqə çoxdan məlumdur. Ana təbiət həmişə xalqın mənəvi aləminin, təcrübəsinin, mentalitetinin, müqəddəratının formalaşmasında başlıca vasitə olmuşdur. Torpaq milli mənəvi ruhun daşıyıcısı və qoruyucusudur. Odlar diyarının xalçalarımız kimi rəngbərəng təbiəti əsl cənnət bağıdır — geniş düzənlikləri, zümrüd meşələri, bərəkətli çölləri, yaşıl dərələri, mavigözlü gölləri, çayları, büllur bulaqları, saf havası və xeyirxah insanları ilə. Hansısa bir müdrikin sözləri ilə desək, Azərbaycan Tanrının qüdrəti ilə yaradılmış bənzərsiz, nəfis bir xalçanı xatırladır. Lətif Kərimov xalça ornamentlərinin dili ilə Azərbaycanın xalça xəritəsini yaradan məşhur xalçaçı və müdrik insan kimi tarixə düşmüşdür. Ən azı Azərbaycan təbiəti və Azərbaycan xalçasının ömrü qədər yaşayacaqdır, xatırlanacaqdır. Xəritə deyəndə Azərbaycan nağıllarından bir örnək yadıma düşdü. S.Rüstəmxanlının çox dəyərli “Ömür kitabı”ndan oxumuşam: “Əsir düşmüş qız sevgilisinə özünü nişan vermək, şəhərin hansı tərəfinə, hansı zirzəmiyə atıldığını, burdan xilas yollarının hamısını xalçaya toxuyur. Sevgilisi də xalçanı görən kimi işin nə yerdə olduğunu başa düşür və “xalça xəritəsi” ona yol göstərir”. Xalça yol göstərəndir, himayəçidir, onu toxuyanın gizli sirlərinin kodlarını əks etdirən müdriklərin yazdığı kitabdır.
Xalça nəhəng və əzəmətli əsərdir, muğamatdır, simfoniyadır. Yeddi notun, göy qurşağının-yeddi rəngin birliyindən yaranan sənətdir. Xalça toxumaq isə nəhəng və məzmunlu simfoniyanı ifa etməkdir. Hərəkətlərin həmahəngliyi sanki nizami ordunun hərəkətlərini xatırladır. Tarzən Ramiz Quliyev deyir: “Muğamat səslərdən toxunmuş xalçadır”. Tədqiqatçı Z.Həmidov məşhur tarzənin fikrinə çox uğurlu əlavə edərək yazır ki, muğamat səslərdən toxunmuş xalça, xalçalar isə, ilmələrlə yazılmış milli təfəkkür tərzimiz və tariximizdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində milli-mənəvi dəyərlərin, mədəniyyətin, incəsənətin, eləcə də xalçaçılıq sənətinin inkişafına diqqət və qayğı günbəgün artır. Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin qorunmasında, beynəlxalq aləmdə tanıdılmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. Ölkəmizin tarixini, milli mənşəyini, mədəniyyətini özündə əks etdirən xalçaçılıq sənətinin dünyanın qeyri-maddi mədəni irsinin inciləri sırasına — UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilməsi dünyanı heyrətləndirən, vətənimizi şöhrətləndirən sənət növünün yüksək dəyərləndirilməsinin bariz nümunəsidir.

Mədəniyyət qəzeti
Eyzanat Osmanova
Azərbaycan Xalça Muzeyinin əməkdaşı

KayzenAz
Baxılıb: 1668 dəfə.
Yazıldığı vaxt: 17 İyun 2016, 19:17

Şərhlər (0)




Həmçinin bax


Azərbaycanlı ANALARIN yaraşığı - Kəlağayı - TARİXİMİZ Azərbaycanlı ANALARIN yaraşığı - Kəlağayı - TARİXİMİZ
Kəlağayı — ipək sapdan toxunmuş dördkünc formalı qadın baş örtüyüdür. Azərbaycanın qərb zonasında buna “çarqat”da deyilir. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı ra...
Azərbaycan tarı Azərbaycan tarı
[i]Oxu, tar, oxu tar!… Səsindən ən lətif şeirlər dinləyim, Oxu tar, bir qadar, Nəğməni su kimi alışan ruhuma çiləyim. Oxu tar! Səni kim unudar?[/i] Mikayıl Müşfiqin bu sətirləri Azərbaycan xalqının mədəniyyətində əvəzsiz yeri olan ecazkar musiqi aləti – tara ithaf olu...
Tarixdə Şah İsmayıl anasını öldürübmü? Tarixdə Şah İsmayıl anasını öldürübmü?
Əsrlərdir Şah İsmayıl və Yavuz Sultan Səlim mövzusu insanlar tərəfindən daim müzakirə və mübahisə predimeti olub. Çaldıran döyüşündən 502 il keçməsinə baxmayaraq, hələ də bəzi elm adamları tərəfindən bu “müharibə” davam edir. Hələ də he&cc...
Mübariz İbrahimov Mübariz İbrahimov
Mübariz İbrahimov Ağakərim  oğlu- 1988 ci il fevralın 7 de Biləsuvar rayonu Əliabad kəndində anadan olub.1994-cü il şəhid M.Piriyev adina Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub.11 il oxuduqdan sonra 2005 ci ildə orta məktəbi bitirib.Elə həmin il hərbi xidmətə cağrılıb.Xi...
Azərbaycanın Milli Qəhrəmanları Azərbaycanın Milli Qəhrəmanları
Azərbaycanın Milli Qəhrəman adına layiq görülmüş Şəhidlər siyahısını sizə təqdim edirik: 1. Akif Əkbərov 2. Aqil Quliyev 3. Aqil Məmmədov 4. Aqil Musayev 5. Albert Aqarunov 6. Alı Mustafayev 7. Allahverdi Bağırov 8. Anatoli Davidoviç 9. Araz Səlimov 10. Arif Qədiməl...
Sara Xatun Sara Xatun
Sara xatun — Azərbaycanın ilk diplomat qadını sayılan şəxsdir. O, Cəlaləddin Əli bəyin xatunu, Uzun Həsənin və Cahangir Mirzənin anası idi. Həyatı Frans Babingerin fikrincə Sara Xatun əslən arami xristian qız olub Diyarbəkirdə doğulmuşdur. Onun Pir Əli Bayandurun qızı olduğu haqqında fik...
Azərbaycan Respublikası Azərbaycan Respublikası
Paytaxtı: [url=/article/Baki-Seheri.html]Bakı[/url] Böyük şəhərləri: 1)Bakı (2 204 200) 2)Sumqayıt (332 900) 3)Gəncə (328 400) 5)Mingəçevir (101 600) Rəsmi dili: [url=/article/Azerbaycan-dili.html]Azərbaycan dili[/url] Etnik qruplar : Türklər – 91.60 %, Ləz...
Xocalı soyqırmı Xocalı soyqırmı
Tarixi: 26 fevral 1992 Yeri: Xocalı Səbəbi: Xocalı şəhərinin erməni sila qüvvələri tərəfindən ələ keçirilməsi Nəticəsi: 161+, 200+ [1] (HRW ) 485 [2] (Tomas de Vaal ) 613 [3] (AR rəsmi məlumatı) Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənista...

←Geri qayıt


Reklam


Təsadüfi məqalələr

Balqabağın sağlamlıq üçün 7 mühüm faydası.. Balqabağın sağlamlıq üçün 7 mühüm faydası..
24 Okt. 2016, 20:32
Google Play"də kontenti pulsuz paylaşmaq imkanı olacaq Google Play"də kontenti pulsuz paylaşmaq imkanı olacaq
13 İyul 2016, 20:58
Hər gördüyünü istəyən uşaqla necə davranaq? Hər gördüyünü istəyən uşaqla necə davranaq?
1 İyul 2016, 00:36
Zombie defense 2 Episodes Zombie defense 2 Episodes
5 İyun 2016, 18:17
Milli təfəkkür tərzimiz olan xalça Milli təfəkkür tərzimiz olan xalça
17 İyun 2016, 19:17
Zombie Objective Zombie Objective
21 İyun 2016, 16:26
Twitter satılır! Twitter satılır!
7 Sent 2016, 22:23
Whatsapp üçün mənalı və maraqlı statuslar Whatsapp üçün mənalı və maraqlı statuslar
15 İyun 2016, 19:30
İmmuniteti gücləndirməyin 14 sadə və asan yolu İmmuniteti gücləndirməyin 14 sadə və asan yolu
22 Okt. 2016, 17:43
Dəri hüceyrələrini yeniləyən - kokteyllər Dəri hüceyrələrini yeniləyən - kokteyllər
7 İyun 2016, 16:13
Hər gün 10 dəqiqə piyada gəzməyin faydaları Hər gün 10 dəqiqə piyada gəzməyin faydaları
25 Okt. 2016, 17:06
Min bir dərdin dərmanı olan doşab haqqında bilmədiklərimiz Min bir dərdin dərmanı olan doşab haqqında bilmədiklərimiz
11 Okt. 2016, 16:41
Saçları ağaranlara təbii üsul: soğanı iki yerə bölün.. Saçları ağaranlara təbii üsul: soğanı iki yerə bölün..
15 Okt. 2016, 23:21
Dünya üzrə Adsense-dən ən çox qazanan şəxslər Dünya üzrə Adsense-dən ən çox qazanan şəxslər
30 İyun 2016, 11:26
Dünyada ilk dəfə dağlarda keçi kimi yaşamağa çalışdı - FOTO Dünyada ilk dəfə dağlarda keçi kimi yaşamağa çalışdı - FOTO
28 May 2016, 14:07
Günorta yuxusunun 5 əsas faydası Günorta yuxusunun 5 əsas faydası
24 Sent 2016, 23:25
Hər gün toxunduğumuz ən çirkli 5 əşya! Hər gün toxunduğumuz ən çirkli 5 əşya!
29 Okt. 2016, 22:16
Nizami Gəncəvi - lirik qəzəl Nizami Gəncəvi - lirik qəzəl
9 Mart 2017, 19:33
Bu printerlər artıq A3-ü iki tərəfli çap edə biləcək Bu printerlər artıq A3-ü iki tərəfli çap edə biləcək
12 Okt. 2016, 23:34
Google"nin yaranması Google"nin yaranması
9 İyun 2016, 19:17

Kateqoriyalardan

Maraqlı

Sevgiyə aid maraqlı cümlələr (29 Sent 2017, 16:55)
Beyin şəbəkəsində 11 ölçülü quruluşlar kəşf edildi! (11 İyul 2017, 10:27)
Ekstremal vəziyyətlərdə necə davranacağınıza dair 10 həyati taktika (18 Mart 2017, 11:48)
Google CEO-sunun şəxsən cavab verdiyi 7 yaşındakı qızdan Google-a iş müraciəti (19 Fev. 2017, 21:36)
Dünya üzərində insan istehsalı olan obyektlərin ümumi çəkisi nə qədərdir? (10 Dek. 2016, 14:13)
Kolbasaya qatılanlar sizi şok edə bilər: peyin, milçək sürfəsi... (10 Dek. 2016, 00:36)
İŞİD-in saytına daxil olan fransa vətəndaşı problemlə üzləşib (3 Dek. 2016, 14:21)
Faydalı

Şəkildə cazibədar görünməyin 10 qaydası (16 Apr. 2017, 16:57)
Rahat yatmaq istəyirsinizsə, limonu dilimləyin və .. (1 Apr. 2017, 13:36)
Güclü küləyin sağlamlığınıza 7 mənfi təsiri (1 Apr. 2017, 13:31)
Bu əşyaların son istifadə tarixini bilirsiniz? (19 Fev. 2017, 21:45)
Android cihazlar üçün 5 qızıl məsləhət (3 Yan. 2017, 01:27)
Dodağınıza uçuq çıxıb? Pambığı süddə isladın və.. (23 Dek. 2016, 02:02)
Duzlu suyun möcüzəsi! (11 Dek. 2016, 17:42)
Texnologiya

Milyonlarla iPhone istifadəçisinə Apple-dan pis xəbər! (15 Apr. 2017, 11:49)
Nəhayət ki, bu baş verdi! Dubayda uçan sürücüsüz taxilər fəaliyyətə başlayır (tarix deyildi) (19 Mart 2017, 01:25)
"Microsoft"un yeni texnologiyası, proqramçıları işsiz qoya bilər (24 Fev. 2017, 20:22)
Androidə rəqib olacaqdı, amma qrupu dağıtdılar. (4 Fev. 2017, 12:02)
iPhoneda yeni mesajı gizləmə xüsusiyyəti VIDEO (14 Dek. 2016, 21:10)
Artıq telefonunuzu bir toxunuşla şarj edə biləcəksiniz (VİDEO) (13 Dek. 2016, 23:13)
Modemləri zombiyə çevirən zərərli proqram bütün dünyanın internetini kəsəcək gücdədir (12 Dek. 2016, 18:56)
Elm və Təhsil

NASA yüksək radiasiya yayan yeni qalaktika kəşf etdi! (1 Yan. 2017, 11:08)
Sutkada 25 saat nə zaman olacaq? (9 Dek. 2016, 16:14)
Alimlər mal ətinin əvəzləyicisini tapıblar! (21 Noy 2016, 18:13)
Qadınların yaddaşı kişilərdən daha güclüdür (11 Noy 2016, 20:19)
Alkoqolizmin dərmanı kəşf olundu! (9 Noy 2016, 14:33)
Delfinlər haqqında inanılmaz və maraqlı yeni fakt ortaya çıxıb! (4 Noy 2016, 17:46)
Sol və Sağ beyin birlikdə çalışarsa nə olar? (31 Okt. 2016, 09:06)
Mətbəx

Sevgilinizə bu yeməkləri bişirin - RESEPT (13 Fev. 2017, 22:26)
10 dəqiqəyə əlüstü hazır olan BALLI PEÇENYELƏR (13 Noy 2016, 18:12)
Göbələkli blinçik necə hazırlanır? (1 Noy 2016, 01:31)
Şokoladlı gavalı mürəbbəsi (23 Okt. 2016, 14:29)
Ətlə lavaş piroqu (23 Okt. 2016, 14:25)
Zebra naxışlı keks resepti (21 Okt. 2016, 15:50)
Bulqur şorbası resepti (21 Okt. 2016, 15:29)
Oyunlar

GTA V-də kimsəsiz evin yaxınlığında kəşf edilən ürküdücü sirr ortaya çıxarıldı! (1 Noy 2016, 21:04)
Hacker olmaq üçün super oyun: Hackers (23 Sent 2016, 11:42)
Forza Horizon 3 nəhayət tamamlandı! (31 Avq. 2016, 12:08)
2016-cı ilin ən yaxşı oyunları açıqlandı (29 Avq. 2016, 00:39)
WWE Immortals oyunu yüklə (26 Avq. 2016, 17:27)
Cross fire (27 İyun 2016, 18:21)
Zombie Objective (21 İyun 2016, 16:26)
Musiqilər

Mursel - Melek 2016 (5 İyun 2016, 16:49)
Vasif Azimov - Cani Yanar 2015(ft Deniz) (30 May 2016, 20:51)
Yumor

Ronaldonu belə görməmisiniz! - GÜLÜŞ VAXTI (10 İyul 2016, 19:00)
Nisbilik nəzəriyyəsi - QISA VƏ YUMORİSTKİK İZAH (3 İyul 2016, 13:30)
Yalnız qadınlar anlayacaq :) - YUMOR (20 İyun 2016, 00:01)
Məşhurlar və atlar (18 İyun 2016, 00:40)
Qeybətcil arvadların proqnozu)) (5 İyun 2016, 20:42)
Xanım Tapmadığı üçün Məzuniyyət Gecəsinə Pişiklə Gələn Oğlan (28 May 2016, 14:36)
Şeirlər

Profil üçün mənalı və marağlı statuslar (1 Apr. 2017, 23:11)
Maraqlı sevgi statusları (1 Apr. 2017, 18:59)
Cızma-qara.. Parvin Mehtiyev (26 Mart 2017, 17:23)
Sevdim - Pərvin Mehtiyev (24 Mart 2017, 20:24)
Nizami Gəncəvi - lirik qəzəl (9 Mart 2017, 19:33)
Mənə Baxdın (qəzəl) (20 Noy 2016, 12:40)
Sevgi Dəmidir (qəzəl) (20 Noy 2016, 12:21)
Uşaq dünyası

Uşaqların təhsilə münasibətində valideynin rolu (14 Okt. 2016, 23:54)
Körpələrin diş çıxarma əlamətləri (27 Sent 2016, 20:22)
İştahasız uşaqlar üçün faydalı məsləhətlər (26 Sent 2016, 18:29)
Uşağınız qaranlıqdan qorxursa (13 Avq. 2016, 22:55)
Hər gördüyünü istəyən uşaqla necə davranaq? (1 İyul 2016, 00:36)
Uşağa necə "yox" deyək? (28 İyun 2016, 22:45)
Körpə 1 aylığında (22 İyun 2016, 18:09)
Hekayələr

Xoşbəxt pişik (16 Okt. 2016, 11:49)
Nabokovun Sərnişin hekayəsi (26 Sent 2016, 13:58)
Bir işin dəlisi olmaq.. (3 İyul 2016, 14:39)
Eynşteyn və sürücüsü (3 İyul 2016, 13:23)
"Axmaq" şagird - HEKAYƏ (2 İyul 2016, 19:54)
Üç sual-Lev Tolstoy (1 İyul 2016, 00:51)
Kim yaradırsa, oda yaddaşlarda qalır, Nazim Hikmət kimi! (19 İyun 2016, 15:58)
Tariximiz

Azərbaycanlı ANALARIN yaraşığı - Kəlağayı - TARİXİMİZ (19 İyun 2016, 22:03)
Milli təfəkkür tərzimiz olan xalça (17 İyun 2016, 19:17)
Azərbaycan tarı (17 İyun 2016, 18:50)
Tarixdə Şah İsmayıl anasını öldürübmü? (1 İyun 2016, 16:27)
Mübariz İbrahimov (30 May 2016, 00:47)
Azərbaycanın Milli Qəhrəmanları (30 May 2016, 00:39)
Sara Xatun (29 May 2016, 13:55)
Şəkillər

Oxşarlıq sizi şoka salacaq: məşhurların əkizləri. ŞƏKİLLƏR (1 Apr. 2017, 13:26)
Bu fotolar ən yaxşı ordu fotoları seçildi (26 Okt. 2016, 19:08)
Instagramın "Ən qəribə" fotoqrafçısı (24 Okt. 2016, 19:13)
Sosial şəbəkələr futbol klubu olsa idi formaları necə olardı? (22 Okt. 2016, 21:40)
Yaponların hazırladıqları qeyri-adi çətirlərə baxın (16 Okt. 2016, 12:06)
Cizgi film qəhrəmanlarının real həyatda şəkilləri (28 Sent 2016, 19:19)
Qəlb isidən SSRİ həyatının təsvir edən Natürmort rəsmlər (3 Sent 2016, 23:20)
Tibb sahəsi

İtaliyada uşaqlarına peyvənd etdirməyənlərə cərimə edilir (23 May 2017, 14:43)
Hər 10 ölümdən birinin səbəbi "Siqaret" (6 May 2017, 21:17)
Baş ağrısının 7 qeyri-adi səbəbləri (19 Dek. 2016, 18:52)
Bədənimizdə yaşayan bakterilər bizi xərçəngdən qoruyur.. (11 Noy 2016, 12:20)
Xərçəng xəstəliyinin sağalmama səbəbi müəyyən edildi (8 Noy 2016, 23:49)
Bu göbələklər qaraciyər çatışmazlığına səbəb olur XƏBƏRDARLIQ (5 Noy 2016, 13:36)
İnsan xasiyyətinin onun sağlamlığına qoyduğu təsirlər! (24 Okt. 2016, 12:59)
Proqramlar

"Necə və hansı proqramla?" dediyimiz 6 suala cavab (3 Yan. 2017, 01:37)
Adobe Photoshop Fix: Android üçün təqdim olundu! (4 Noy 2016, 23:17)
Artıq Whatsapp-da VİDEOZƏNG-lər belə edə biləcəksiniz! (yüklə) (27 Okt. 2016, 15:53)
Play Store-da tapa bilməyəcəyiniz ən yaxşı APKlar (19 Okt. 2016, 18:34)
Android cihazı ilə edə biləcəyiniz 3 maraqlı şey (16 Okt. 2016, 21:34)
Facebookda hesabı necə silirlər? (15 Okt. 2016, 22:25)
Kompüterlər üçün nəhayət Instagram istifadəyə verildi (14 Okt. 2016, 20:09)
Videolar

Britaniyalı şəxs "Dəmir adam" geyiminin işlək prototipini təqdim etdi. VİDEO (1 Apr. 2017, 18:36)
iPhone 7-nin timsahın dişlərinə qurban verərək dözümlülüyünü yoxladı (VİDEO) (25 Dek. 2016, 13:44)
2016-cı ilin ən maraqlı hadisələrini 2 dəqiqəlik videoda əks etdirdilər (17 Dek. 2016, 23:02)
Nüvə bombasının partlamasının fəsadları (VİDEO) (10 Noy 2016, 16:35)
Qolları olmayan qız hər işi görür, inanılmaz bacarıqlarına baxın VIDEO (3 Noy 2016, 21:08)
Alyaskada yaşayan bu canlı hər kəsin diqqətini cəlb edib (Video) (2 Noy 2016, 15:22)
Adrenalin sevənlərə VİDEO (17 Sent 2016, 23:44)

Bizi Facebookla izlə!

Ana səhifə
Saytda axtar
Haqqımızda
Bizimlə əlaqə
Joshgunpro.com
Reklam ver
Saytın xəritəsi
Meqale.Net — 2016 ©
* Materiallardan istifadə zamanı istinad mütləqdir!