MyPassion
Mirvarinin sirli yaranışı haqqında
17 İyun 2016, 15:25 \ Baxılıb: 1188 dəfə \

Təbiətdə saysız-hesabsız mineral sərvətlər vardır ki, bunların da hərəsi özünəməxsus təsərrüfat, estetik və zərgərlik əhəmiyyətinə, gözəlliyə və yaraşığa malikdir. Şəffaf, balıq gözünə bənzər yüngülvarı mavi-ağ rəngə çalan mirvari də bu minerallardan biridir.
Mirvari ərəblərdə zəncu, farslarda mirvari, türklərdə inci, ruslarda jemçuq, yunanlarda marqarit adı ilə məşhurdur. Mirvari müxtəlif dəniz və şirin su hövzələrində əmələ gəlir. Mirvarinin tərkibi və rəngi sədəf ifraz edən molyuskaların qabıqlarından əmələ gəlir.
Zərgərlik əşyalan içərisində dünya şöhrəti qazanmış mirvari bəzək brilyantı, zümrüd, yaqut, kimi qiymətli daşqaşlar sırasında özünəməxsus yer tutmuşdur.
Onu təmiz suya bənzər süd kimi ağappaq, gümüş kimi parlayan, göy qurşağı kimi 7 rəngə bərq vuran ən qiymətli daş-qaşlar sırasına daxil edirlər.
Mirvarini ən qədimdən sevinc rəmzi, fərəhdən axan göz yaşı kimi qiymətləndirmişlər. Odur ki, xoşbəxt ailə həyatı quran gəlin bəzəyinin ən yüksək rəmzi mirvari sayılır.
Qədimdən bəri belə hesab edilir ki, mirvarini kim gəzdirirsə, onun bənizi ilə bu qiymətli daşın rəngi arasında uzlaşma olmalıdır. Bu əlamətə dünya xalqlarının qadınları indi də riayət edirlər. Ağ dərili Avropa xalqları yüngül mavi kölgəli, ağ rəngə çalan mirvarini çox sevir, sarı dərili Şərq və Cənub ölkələri xalqları sarı və ya narinci mirvariyə üstünlük verirlər.
Qədim Hindistanda, Suriyada, Yunanıstanda əhali mirvarini səma daşı kimi qiymətləndirirdi.
Hətta hind əfsanələrinin birində ən məşhur doqquz minerala qiymət verərkən, mirvarini ay işığına bənzətmişlər. Qədim Rusiyada mirvariyə böyük ehtiramla yanaşmışlar. Bir qayda olaraq mirvari axtarmağa gedənlər, pak olmaq üçün əvvəlcədən hamama gedər, təmiz geyinər və müqəddəs atadan xeyir-dua alarmışlar. Mirvari ovlayanda isə onlar nalayiq sözlər işlətməz, kobud, təhqiramiz hərəkətlərdən uzaq olarmışlar.
Maraqlıdır ki, mirvari dəniz canlılarından, balıqqulaqlarından çıxarılanda yumşaq olur. Bunun son dərəcə zərifliyini, elastikliyini nəzərə alaraq «ovçular» onu dəniz molyuskaları və bahqqulaqlarından əl ilə deyil, dodaqlan ilə sovurub çıxartdıqdan sonra təxminən 2 saat ağızlarında saxlayırlar ki, ağız seliyi onu bərkitsin. Bundan sonra onu yaş əskiyə büküb qarın və ya göbək nahiyəsində bərkiyənə qədər saxlayırlar.
Mirvarinin qiyməti onun rəngi, forması və ölçüsü ilə ifadə edilir.
Rənginə gəldikdə isə, onu demək kifayətdir ki, ən yaxşı mirvarinin özünoməxsus rəngi olmur. Yüksək keyfiyyətli bu mineral günəş altında borq vuran təmiz suyun rəngini xatırladır. Lakin o sudan ki, mirvari əmələ gəlir, buradakı molyuskaların rəngi ağ, mavi, açıq qırmızı, yaşılvari, sarı, qızılı, boz, qırmızımtıl, şabalıdı, qara, qəhvəyi, ən çox sarı, açıq və mavi rənglərə çalır.
Mirvarinin forması da çox müxtəlifdir. O, düz, hamar, uzunsov, yastı, şəffaf su damcısına oxşar, armudvari, qabarıq, uzunsov formalarda olur. Göstərilən formalar mirvarinin hansı şəraitdə əmələ gəlməsindən asılıdır.
Mirvarinin ölçüsü də müxtəlifdir. 1 mm-in onda bir hissəsindən 1-1,5 smə qədər ola bilir. l.akin əyri-üyrü formalı iri mirvariyə də çox rast gəlinir.Ən böyük çəkisi 6,35 kq olan mirvari 1934cü ildə Filippin adalarının sahillərində (Papavan adasında) tapılmışdır.
Hazırda iri həcmli mirvarilər brilyant, zümrüd, yaqutla birlikdə (valyuta) sikkə kimi qiymətləndirilir. Ən qiymətli mirvari qalın sədəf təbəqəli ağ, gümüşü-ağ rənglidir. Bundan başqa, gümüşü rəngli, qara metal panltılı, çəhrayı, sarı çəhrayı, qızılı, açıq şabalıdı rəngli mərcanlar da təbiətdə çox yayılmışdır.Qeyd etmək lazımdır ki, mirvarinin hamar forması daha qiymətlidir. İri (6 mm-dən çox) yastı-yumru mirvari də keyfıyyətli hesab edilir. Armudvari mirvari sırğa kimi istifadə edilir. Onlar özünəməxsus rəngi və parıltısı ilə qiymətini artınr. Misir şahzadəsi Kleopatraya məxsus iki armudvari mirvarinin dəyəri 5,5 milyon manat qiymətləndirilmişdir. İri mirvari ABŞda 500 min dollar dəyərinə malikdir. Təbiətdə mirvari əmələ gətirən 32 növ dəniz vo çay molyuskası məlumdur. Hind okeanı Şri-lanka (Seylon), Kanar adaları sahillərində, Benqal, İran körfəzi, Qırmızı dəniz mirvari əmələ gələn rayonlara daxildir. Sakit Okeanın Avstraliya sahillərində Malay. Zond arxipelaqında, Kaliforniya, Panama körfəzində də mirvari əmələ gəlir.
Mirvari əmələ gətirən şirin su molyuskaları əsasən Şimal yarımkürəsinin mülayim qurşağındakı çaylarda yaşayır. Rusiyada Arxangelsk, Voloqda, Sankt-Peterburq, Kalinin, Yaroslavl, Kirov vilayətlərində axan çaylarda da mirvari əmələ gəlir. Tatanstanda, Sverdlovsk, Kuybışev vilayətlərində, Ukraynada, Şərqi Sibir eaylarında və su hövzələrində mirvari ovlanır.
Mənbə Elm və Həyat juranlındakı məlumatlardan istifadə edilib.

Ağamusa DADAŞOY. Geologiya mineralogiya clmləri nämizədi

Şərhlər (2)
Şərh bildir