Məqalə.Net — Milli Məqalə Portalı
19.08.2017 Saat: 05:48
#Maraqlı #Faydalı #Texnologiya #Elm və Təhsil #Mətbəx #Oyunlar #Musiqilər #Yumor #Şeirlər #Uşaq dünyası #Hekayələr #Tariximiz #Şəkillər #Tibb sahəsi #Proqramlar #Videolar

Hekayələr » Nabokovun Sərnişin hekayəsi



Məqalə.Net Sim-Sim.az-a istinadən Vladimir Nabokovun “Sərnişin” hekayəsini Qismətin tərcüməsində təqdim edir.
 
Yazıçı papirosunun karton ağızlığını portsiqarına vuraraq köks ötürdü: “Bəli, Həyat  bizdən daha istedadlıdır. Həyatın arabir  tapdığı mövzular var ha! Dəhşətdir, qaçmaq olmur. Onun əsərləri tərcüməyə gəlmir, tərifə sığmır.”
 
Üzüyola, uzağı yaxşı görməyən, elə hey tərpənən incə, uzun barmaqları olan tənqidçi gülümsəyərək şərh verdi: “Bütün müəllif hüquqları yazıçıya aiddir.”
 
Yazıçı fikirli-fikirli tənqidçinin boş qədəhinə bir kibrit çöpü tulladı, sonra sözünə davam etdi: “Belə çıxır ki, bizə ancaq fırıldaqçılıq qalır. Çıxış yolumuz budur: Həyatın yaratdıqlarına bir rejissorun məşhur bir romana davrandığı kimi davranmaq. Rejissorun işi-gücü xidmətçi qızların şənbə gecələri darıxmamağını təşkil etməkdir; buna görə romanları tanınmaz hala gətirir, çimdikləyir, astarını üzünə çevirir, yüzlərlə epizodu çıxarıb tullayır, əsərə öz uydurduğu yeni personajlar və hadisələr əlavə edir – bütün bunlar da ona görədir ki, əyləncəli film heç bir maneə ilə rastlaşmadan axıb getsin, əvvəldə yaxşılıq, axırda cinayət cəzalandırılsın. Məqsəd odur ki, öz məntiqi içində xeyli təbii bir film alınsın, hər şeydən önəmlisi isə gözlənilməz, amma hər şeyin çözüldüyü final olsun. Biz yazıçılar da hansısa şərti harmoniyaya, bədii yığcamlığa nail olmaq üçün eyni cür davranırıq, Həyatın mövzularını dəyişdiririk. Dadsız-duzsuz oğurluqlarımıza uydurmalarımızla dad qatırıq. Düşünürük ki, Həyatın  yaratdıqları həddindən artıq ümumi, səliqəsiz və natarazdı, onun dühası xeyli pintidir.  Oxucularımızın xoşuna getmək üçün Həyatın kəsilib-biçilməmiş romanlarından öz səliqəli hekayəciklərimizi oyub çıxardırıq. İcazə verin, söz açılmışkən, sizə başıma gələn bir hadisəni danışım.
 
“Ekspress qatarının yataqlı vaqonunda səyahət edirdim. Kupeyə yerləşmə prosesini – asma yataqdakı soyuq çarşafları, qatar tərpənəndə yavaş-yavaş qara pəncərənin arxasından ötüb keçən stansiyanın sonuncu işıqlarına baxmağı çox sevirəm. Yadıma gəlir ki, yuxarıdakı asma yataqda heç kəs yox idi, çox sevinmişdim. Soyundum, əllərimi başımın arxasında cütləyib beliüstə uzandım, oteldəki pərqu döşəklərin yumuşaqlığı ilə müqayisədə hökümət ədyalının zərifliyi ləzzət verirdi. Bir az fikrə dalandan sonra – o vaxtlar vaqon xadimələrinin həyatından bir hekayə yazmaq istəyirdim – işığı söndürdüm, tezliklə yuxuladım. Bu yerdə icazə verin, mənim başıma gələn əhvalatdakı kimi hekayələrdə tez-tez rast gəldiyimiz bir fənddən istifadə edim. Bu, sizə çox yaxşı tanış olan, köhnə fənddir, bax, belə: “Gecəyarısı qəfildən oyandım.” Dalınca daha diri cümlə gəlir: “Oyandım və bir ayaq gördüm.”
 
Qabağa əyilib şəhadət barmağını qaldıran tənqidçi soruşdu: “Bağışlayın, necə?”
 
Yazıçı təkrarladı: “Bir ayaq gördüm. Bölmə işıqlı idi. Qatar bir stansiyada dayanmışdı. Kifayət qədər iri kişi ayağı idi, baş barmağın göyümtül uzun dırnağının deşdiyi pis qoxulu corabı vardı. Sifətimin yaxınlığındakı pilləkənə möhkəmcə qədəm basıb dayanmışdı və yuxarıdakı yatağı görməyimə mane olan ayağın sahibi öz yerinə çıxmaq üçün sonuncu cəhdini etməkdəydi. İmkan tapıb bu ayağı, bu boz-qara xanalı corabı və dolu baldırlarında, dizdən aşağısında yana əyilmiş çəhrayı dizbağını nəzərdən keçirdim. Yun parçadan olan uzun dizliyinin altından çıxan tüklər çox eybəcər görünürdü. Bu ayaq hər cəhətdən çox iyrənc idi. Mən baxanda ayaq gərildi, inadkar baş barmaq bir-iki dəfə tərpəndi, sonra isə bütünlüklə çəkildi və yüksəlib yoxa çıxdı. Yuxarıdakı yataqdan inilti, fısıltı səsləri gəlirdi – düşünmək olardı ki, adam yatmağa hazırlaşır. İşıqlar söndü və bir neçə dəqiqədən sonra qatar yerindən tərpəndi.
 
“Bilmirəm bunu sizə necə başa salım, o ayaq mənə dəhşət pis təsir etdi. Alabəzək, yumuşaq və murdar bir sürüngən. Narahat idim ki, lənətə gəlmiş ayaqdan başqa bu adam haqqında heç nə bilmirdim, bədənini və sifətini görməmişdim. Onun başımın üstündə alçaq, qaranlıq bir tavan əmələ gətirmiş yatağı, elə bil, indi daha da alçalmışdı, az qala, ağırlığını hiss edirdim. Gecə mənə yoldaş olan adamın sifətini nə qədər təsəvvür etmək istəsəm də, corabının deşiyindən görünən göyümtül dırnağının parıldayan sədəfi gözümün qabağından getmirdi. Ümumən, belə xırda şeylərin məni narahat etməsi qəribə görünə bilər, fəqət yazıçı elə bu cür xırda şeylərə görə narahat olan adam deyilmi? Nəysə, yuxum gəlmirdi. Qulaq verdim, görüm, məchul yol yoldaşım xoruldamır ki? Yox, xoruldamırdı, elə bil, inildəyirdi. Amma bildiyiniz kimi, gecə təkərlərin taqqıltısı səs hallüsinasiyası yaradır. Fəqət mən heç cür yuxarıdan qeyri-adi səslərin gəlməsi təəssüratından xilas ola bilmirdim. Dirsəklənib dikəldim. Səslər daha da aydınlaşdı, üst yataqdakı adam hönkürtüylə ağlayırdı.”
 
Tənqidçi onun sözünü kəsib, “Necə? Hönkürtü ilə ağlayırdı? Başa düşdüm, belə. Bağışlayın, dediyinizi yaxşı eşitməmişdim” – dedi və əllərini dizlərini üstündə cütləyib hekayəçini dinləməyə davam etdi.
 
“Bəli, o hönkürtü ilə ağlayırdı və onun hönkürtüləri dəhşətli idi. Hönkürtüdən boğulurdu, elə bil, bir nəfəsə bir litr su içibmiş kimi dərindən nəfəs alırdı, sonra yenə ağzını bağlayır və toyuq qaqqıltısının dəhşətli parodiyasına bənzəyən hıçqırtıya keçirdi, sonra yenə nəfəsalma və yenidən qırıq-qırıq hönkürtü, nəfəsvermə – çıxardığı səslərdən bunları bilmək olurdu. Və bütün bunlar fırlanan təkərlərin əmələ gətirdiyi titrəyişin fonunda baş verirdi deyə, elə bil, adamın hönkürtüləri hərəkətli pilləkəndən düşüb çıxırdı. Hərəkətsiz uzanıb qulas asırdım – eyni zamanda,  hiss edirdim ki, qaranlıqda sifətim səfeh görkəmə düşüb, çünki yad adamın hönkürtüylə ağlamasını həmişə adamı utandırır. Hə, yeri gəlmişkən, laqeydcəsinə sürətlə gedən eyni qatarı bölüşdüyümüz üçün qeyri-ixtiyari şəkildə özümü ona bağlı hiss edirdim. Sakitləşmək bilmirdi, bu dəhşətli qəliz hönkürtülər yaxamdan əl çəkmirdi: İkimiz də, mən – aşağıda qulaq asan, o – yuxarıda ağlayan, saatda 80 kilometr sürətlə gecənin ucqarına doğru gedirdik və yalnız bir qəza bizim qeyri-iradi bağımızı qopara bilərdi.        
 
Bir ara sanki sakitləşdi, amma mən yuxuya gedənə yaxın təzədən onun hönkürtüləri eşidildi və hətta mənə elə gəldi ki, bu hönkürtülərin içində o, içdən-içə nəsə ağıya oxşayan anlaşılmaz  sözlər də deyir. Yenə sakitləşdi, azca burnunu çəkib fısıldayırdı; mənsə gözlərim yumulu uzanmışdım və xəyalımda onun zolaqlı corabı içindəki iyrənc ayağını canlandırırdım. Nəhayət, yuxuya getdim; saat altının yarısında konduktor qapını bərkdən döyüb məni oyandırdı. Yatağıma oturub – dəqiqəbaşı başımı yuxarıdakı yatağın kənarına vuraraq – tələsik geyinməyə başladım. Çamadanlarımla dəhlizə çıxmamışdan qabaq yuxarı boylandım, amma o, başını örtmüş, kürəyi mənə tərəf uzanmışdı. Dəhliz işıqlı idi, günəş təzəcə doğmuşdu, qatarın təzə, mavi kölgəsi otların, tikanlı kolların üstüylə qaçırdı, ilan kimi qıvrılıb yamacların üstünü yalayıb keçir, arabir görünən ağcaqayınların parıltı ilə titrəşən gövdələrində dalğalanırdı – bir tarlanın ortasındakı nohur gözqamaşdırıcı şəkildə bərq vurur, asta-asta balacalaşır, gümüşü bir yarığa çevrilir, təkərlərin ahəngdar taqqıltısının müşayiətilə bir daxma,  bir şlaqbaumu ötüb keçir, quyruğu ilə yolu qamçılayır və uzaqdan yenə baxanların başını gicəlləndirən üstündə gün işığı ləkələri olan çəpərlər, ağcaqayınlar görünürdü.
 
Dəhlizdə məndən başqa tələsik bəzənmiş iki yuxulu qadın və suet əlcəkli, başına yol kartuzu qoymuş qoca vardı. Erkən oyanmaqdan zəhləm gedir: mənim üçün dan yerinin valehedici şəfəqi belə o şirin səhər yuxusunun yerini verə bilməz; ona görə də qoca kişi – 10-15 dəqiqə içində çatmalı olduğumuz şəhərin adını verərək – mənimdəmi o stansiyada düşəcəyəmi soruşanda, qaşqabaqlı şəkildə eləcə başımı yırğaladım.
 
Qəfildən ağcaqayınlar seyrəkləşdi, az qala, qatarın altına düşəcək yarımdüjün daxma təpədən aşağı axmağa başladı, sonra yekə bir fabrikin bənövşəyi qırmızılıqdakı şüşələri yanıb-sönərək yanımızdan ötdü, on yard uzunluqdakı bir elandan kiminsə şokoladı  bizi salamladı, ardınca parlaq şüşələri və bacaları ilə başqa bir fabrik keçdi, bir sözlə, bir şəhərə yaxınlaşarkən baş verməli nə varsa, hamısı baş verdi. Amma qəfildən heyrətlə fərqinə vardıq ki, qatar təlaşla sürətini azaltdı və səhrafason yarımstansiyada – bu elə yer idi ki, ekspressin burda heç bir işi ola bilməzdi – saxladı. Platformada bir neçə polisin dayanmasına təəccübləndim. Pəncərəni açıb başımı çölə çıxardım. Onlardan biri nəzakətlə dedi: “Pəncərəni örtün.” Dəhlizdəkilər həyəcanlanmışdılar. Konduktor yanımızdan keçəndə, nə baş verdiyini soruşdum. O cavab verdi: “Qatar cinayətkar var”, atüstü əlavə etdi ki, gecə keçdiyimiz şəhərdən cinayət hadisəsi baş verib – xəyanətə uğramış kişi arvadını və onun məşuqunu güllələyib. Qadınlar “ahh” çəkdi, qoca kişi başını yellədi. İki nəfər polis və onların yanında qırmızıyanaq, bəstəboy, bukmerə bənzəyən detektiv dəhlizə girdi. Məndən kupeyə qayıtmağımı xahiş etdilər. Detektiv bir-bir kupeləri gəzməyə başladı, polislər isə dəhlizdə dayanmışdılar. Detektivə pasportumu göstərdim. O, qızarmış qəhvəyi gözləriylə sir-sifətimə baxdı və sənədlərimi geri verdi. Darısqal kupedəydik, yuxarıdakı yatağın qaranlığında başını örtmüş naməlum adam uzanmışdı. Detektiv mənə “siz çıxa bilərsiniz” – dedi və əlini yuxarı yatağa tərəf uzatdı: “Zəhmət olmasa, sənədlərinizi…”
 
Ədyala bürünmüş adam xoruldamağa davam etdi. Dəhlizdə vurnuxarkən o xorultunu hələ də eşidirdim və elə bilirdim ki, bu, gecəki hönkürtülərin vıyıldayan əks-sədasıdır. Detektiv ucadan, “Xahiş edirəm oyanın” – dedi  və peşəkarcasına boz ədyalın kənarını dartıb adamın boğazından çəkdi. Adam tərpəndi, amma xoruldamağa davam etdi. Detektiv onu çiynindən tutub silkələdi. Vəziyyət ürəkaçan deyildi, üzümü çevirib dəhlizdəki pəncərədən baxmağa başladım, amma heç nə görmürdüm, bütün fikrim kupedəydi. Təsəvvür edirsiniz, adi şeylər eşitdim. Yuxarıdakı yataqda yatmış adam yuxulu-yuxulu donquldandı, detektiv açıq-aydın formada sənədləri tələb etdi, sonra eyni tonda adama təşəkkür etdi, kupedən çıxdı və növbəti kupeyə girdi. Vəssalam. Amma bir fikirləşin, yazıçının baxış bucağından elə görünür ki, o bədniyabət ayaqların sahibi, hönkürən sərnişin qatil olsaydı,əla olardı, onda onun gecə tökdüyü göz yaşlarını izah etmək asan olardı və ən əsası, bütün bunlar gecə səyahətimin, qısa hekayəmin çərçivəsinə yaxşıca oturardı. Amma görürsünüz ki, Ulu Yazıçının – Həyatın planı bu nümunədə də o birilərində olduğu kimi  daha əzəmətlidir.
 
Yazıçı çoxdan sönmüş, çeynənməkdən tüpürcəklənmiş siqaretini sümürərək dərin nəfəs aldı və sükuta qərq oldu. Tənqidçi gülümsər gözlərlə ona baxırdı.
 
Yazıçı yenə dilləndi: “Etiraf edin ki, mən polislərdən və gözlənilməz stansiyada dayanmaq barədə danışandan siz əmin idiniz ki, hönkürən sərnişin qatildir, elədir?”
 
Tənqidçi barmaqlarının ucu ilə yazıçının çiyninə toxundu və özünəməxsus bir jestlə tez də əllərini çəkərək dedi: “Mən sizin tərzinizə bələdəm, əgər siz detektiv hekayə yazsaydınız, qatili əvvəldən heç kimin şübhələnmədiyi adam etməzdiniz, əksinə, elə hamının şübhələndiyini adamı seçməklə balaca mücrünün asanlıqla açılmadığına vərdiş etmiş təcrübəli oxucunu çaşdırardınız.  Mən çox yaxşı bilirəm ki, siz gözlənilməzlik effektini ən təbii çözümlə ifadə etməyi sevirsiniz, amma buna çox vərdiş etməyin. Həyatda təsadüfi çox şey var, amma istisnalar da az olmur. Sözə təsadüfilikdən istisna yaratmaq, qeyri-adi olanı təsadüfə çevirməmək kimi bir haqq verilib. İndiki halda belə deyim, öz sərnişininizi caniyə çevirsəydiniz, məlum hadisədən, məlum təsadüflərdən çoxqatlı bir hekayə düzəldə bilərdiniz.
 
Yazıçı yenə köks ötürdü.
 
“Hə, hə, bu haqda düşünmüşəm. Mən bir neçə detal da əlavə edib, qatilin öz arvadını ehtirasla sevdiyinə işarə edərdim. Hər cür şey etmək olar… Məsələ burasındadır ki, biz qaranlıqdayıq – bəlkə Həyatın məqsədi tamam başqaymış, daha incə, daha dərin bir şey imiş, bilmirik. Problem bundadır ki, o sərnişinin niyə hönkürdüyünü öyrənə bilmədim və heç vaxt da öyrənə bilməyəcəm.”
 
Tənqidçi mülayim tərzdə dedi: “Mən Sözün yerinə araya girməliyəm, siz yazıçısız, ən azından, parlaq bir çözüm tapa bilərdiniz: hekayənizdəki qəhrəman bəlkə ona görə ağlayırdı ki, portmanatını itirmişdi. Bir tanışım vardı, bazburutlu bir kişiydi, dişləri ağrıyanda hönkür-hönkür ağlayırdı, ağlamırdı, hayqırırdı elə bil. Yox, təşəkkür edirəm, mənə daha süzməyin, bəsdir, doğrudan bəsimdir.”
Baxılıb: 469 dəfə.
Yazıldığı vaxt: 26 Sent 2016, 13:58

Şərhlər (0)




Həmçinin bax


Xoşbəxt pişik Xoşbəxt pişik
Dünən bir nəfər məşhur rəssam qadının əsərləri sərgisinin təntənəli açılışı idi. O sərgiyə getmək bizə də nəsib olmuşdu. Hamı tanış adamlardı. Küçədə dözülməz isti vardı. Bu, çıxış edənlərin hərarətini daha da artırırdı. İştirak edənlərdən məşhur rəssam bir q...
Bir işin dəlisi olmaq.. Bir işin dəlisi olmaq..
Bir bəstəkar bir əsər üzərində işləməyə başlamışdı. Demək olar ki, bütün vaxtını bu əsərə həsr edirdi. Hara getsə, harada olsa, bu əsər haqqında düşünürdü. Hətta gecə yuxusunda da bu əsəri görürdü. Bir gün yolu keçəndə çox fikir...
Eynşteyn və sürücüsü Eynşteyn və sürücüsü
Eynşteyn və sürücüsü Eynşteyn getdiyi hər yer sürücüsü ilə gedərmiş.Bir gün konfransa getdikləri zaman sürücü Eynşteynə deyir ki,mən sizin bütün konfranslarınizda oturub sizə qulaq asıram,bu səbəbdəndə danışdıqlarınızın hər bir...
"Axmaq" şagird - HEKAYƏ "Axmaq" şagird - HEKAYƏ
Yeni müəllim sinfə gələrək bir şagirdin digərləri tərəfindən lağa qoyulduğunu və axmaq adlandırıldığını görür. Tənəffüs zamanı müəllim şagirdlərdən onu niyə axmaq adlandırdıqlarını soruşur. -Müəllim, o həqiqətən də axmaqdır. Əgər ona dəyəri az, lakin böyük ...
Üç sual-Lev Tolstoy Üç sual-Lev Tolstoy
Günlərin bir günü padşahın ağlına belə bir fikir gəldi ki, əgər o, həmişə hər şeyi başlamaq üçün doğru zamanı, sözünə güvəniləsi və əksinə uzaq dolanılası  insanları,  ən əsası isə  özü üçün  ən vacib məşğu...
Kim yaradırsa, oda yaddaşlarda qalır, Nazim Hikmət kimi! Kim yaradırsa, oda yaddaşlarda qalır, Nazim Hikmət kimi!
Əhvalat məşhur Türk ədibi Nazim Hikmətin başına gəlmiş bir hadisədir və böyük bir ehtimalla Bursa Həbsxanasında yaşanmışdır . O dövrün Ədliyyə Nazirliyindən bir müfəttiş həbsxanaya təftişə gəlir . Bir neçə günlük bir yoxlamadan sonra , həbsxana m&uum...
Əmin olmadığınız bir şeyə əl qoymayın - Sonrakı peşmançılıq fayda verməz! Əmin olmadığınız bir şeyə əl qoymayın - Sonrakı peşmançılıq fayda verməz!
Şeytanın yolu bir kəndə düşmüş , kürəyini bir ağaca söykəmiş və buzovu payaya bağlı olan inəyi sağan gənc bir qadını uzaqdan izləməyə başlamış . Şeytan , qadını neçə saat izlədikdən sonra buzovun ipini bir az boşaltmış. Buzov da anasının sağılmasını aç qarınına izlə...
Birtərəfli deyil, hərtərəfli baxmaq lazımdır! - HEKAYƏ Birtərəfli deyil, hərtərəfli baxmaq lazımdır! - HEKAYƏ
Fizik,riyaziyyatçı,kimyagər,geoloq və antropoloqdan ibarət heyət açıq havada tədqiqat üçün bir araya gəlmişdirlər.Onlar işlərini bitirdikdən sonra dincəlmək üçün yaxınlıqdakı evə yığışdılar.Ev sahibi onlara qulluq etmək üçün evdən ayrı...
Təsirləndirəcək "sevgi" hekayəsi Təsirləndirəcək "sevgi" hekayəsi
Bu hadisə soyuq bir qış günü olmuşdu. Təxminən saat 8:30 radələrində 80 yaşında nurani bir qoca baş barmağındakı tikişi sökdürməyə gəlmişdi. Görünürdü ki, o çox tələsir, o titrək səsi ilə saat 9:00-da vacib işinin olduğunu bildirdi. Mən təəssüf his...
Belə olması daha yaxşıdır! - HEKAYƏ Belə olması daha yaxşıdır! - HEKAYƏ
Qədim zamanlarda bir şah yaşayırdı. Onun yaxın bir dostu var idi. Həmin dostunun bir xasiyyəti var idi, hər nə olursa olsun, hər zaman: “Belə olması yaxşıdır!” deyərdi. Günlərin birində şah ova çıxır və tüfəngləri dostu doldurur. Tüfənglərin birində yaranmış nasazl...
Xoşbəxt övlad və yavan çörək... Xoşbəxt övlad və yavan çörək...
Anası elə bərkdən öskürürdü ki, bu səsi eşitdikcə tükü biz-biz olurdu. Xəstəlik bir yana, aclıq da anasını taqətdən salmışdı. Anasının bu halını gördükcə ağlamağı gəlirdi. Amma ağlamaqla nə etmək olardı ki?.. O, qollarını çırmalayıb bir işə girişməli və...
Günəşi əli ilə örtmək Günəşi əli ilə örtmək
Qədim zamanlarda böyük bir ölkənin böyük bir alimi var idi. Bu ölkədə gənclər bu alimin yanına elm öyrənməyə gəlirdi və : -Artıq bundan sonra sizin yanınıza gələ biləcəyəm,-dedi.Və sonrada bu sözləri əlavə etdi: -Çünki çox kiç...

←Geri qayıt


Reklam


Təsadüfi məqalələr

Oftalmoloqa müraciət etməyin 5 səbəbi Oftalmoloqa müraciət etməyin 5 səbəbi
29 Sent 2016, 21:45
Ərəb və Yəhudilər nə üçün sağdan sola doğru yazırlar? Ərəb və Yəhudilər nə üçün sağdan sola doğru yazırlar?
23 İyun 2016, 01:15
Albalı kompotu Albalı kompotu
9 İyun 2016, 20:36
Bu smartfon satışa çıxarılan kimi 10 saniyəyə satıldı! Bu smartfon satışa çıxarılan kimi 10 saniyəyə satıldı!
5 Noy 2016, 18:44
Dünya"nın yeni peyki kəşf olundu-VİDEO Dünya"nın yeni peyki kəşf olundu-VİDEO
27 İyun 2016, 16:46
NASA-ya görə son 200 ilin ən isti havası olacaq NASA-ya görə son 200 ilin ən isti havası olacaq
8 İyul 2016, 14:05
Yuxunun əsas əhəmiyyəti Yuxunun əsas əhəmiyyəti
8 İyun 2016, 21:29
Limon və şokoladlı ürək formalı peçenye Limon və şokoladlı ürək formalı peçenye
4 Okt. 2016, 12:51
Nə varsa təbiətdə var: Təbiətlə birgə yaşamağın insan bədəni və psixologiyasında faydaları Nə varsa təbiətdə var: Təbiətlə birgə yaşamağın insan bədəni və psixologiyasında faydaları
3 İyun 2016, 18:05
Yeməkdən sonra yatmağın sağlamlıq üçün 4 ZƏRƏRİ Yeməkdən sonra yatmağın sağlamlıq üçün 4 ZƏRƏRİ
7 Noy 2016, 08:14
Çexiya haqqında maraqlı faktlar Çexiya haqqında maraqlı faktlar
18 İyun 2016, 03:53
Dəri məsamələrini daraldan maskalar Dəri məsamələrini daraldan maskalar
22 İyun 2016, 18:14
Evin havasını mikroblardan təmizləməyin 5 təbii üsulu Evin havasını mikroblardan təmizləməyin 5 təbii üsulu
16 Okt. 2016, 19:52
Color Scheme Build - Ən rahat rəng editoru Color Scheme Build - Ən rahat rəng editoru
6 Avq. 2016, 23:17
WhatsApp üçün çətin günlər WhatsApp üçün çətin günlər
20 Avq. 2016, 10:41
Amerikalı bir nəfər iPhone-u ilə evləndi! (VİDEO) Amerikalı bir nəfər iPhone-u ilə evləndi! (VİDEO)
30 İyun 2016, 23:48
Azərbaycanlı ANALARIN yaraşığı - Kəlağayı - TARİXİMİZ Azərbaycanlı ANALARIN yaraşığı - Kəlağayı - TARİXİMİZ
19 İyun 2016, 22:03
Microsoft 10.000 dollar dəyərində təzminat ödədi Microsoft 10.000 dollar dəyərində təzminat ödədi
28 İyun 2016, 22:50
Hamıdan çox bildiyini iddia etmək: Dunning Kruger təsiri Hamıdan çox bildiyini iddia etmək: Dunning Kruger təsiri
11 Sent 2016, 22:21
Uşaqlara hər gün 7 ədəd qoz yedirməyin faydası Uşaqlara hər gün 7 ədəd qoz yedirməyin faydası
3 Okt. 2016, 14:09

Kateqoriyalardan

Maraqlı

Beyin şəbəkəsində 11 ölçülü quruluşlar kəşf edildi! (11 İyul 2017, 10:27)
Ekstremal vəziyyətlərdə necə davranacağınıza dair 10 həyati taktika (18 Mart 2017, 11:48)
Google CEO-sunun şəxsən cavab verdiyi 7 yaşındakı qızdan Google-a iş müraciəti (19 Fev. 2017, 21:36)
Dünya üzərində insan istehsalı olan obyektlərin ümumi çəkisi nə qədərdir? (10 Dek. 2016, 14:13)
Kolbasaya qatılanlar sizi şok edə bilər: peyin, milçək sürfəsi... (10 Dek. 2016, 00:36)
İŞİD-in saytına daxil olan fransa vətəndaşı problemlə üzləşib (3 Dek. 2016, 14:21)
Instagram-ın ən çox bəyənilən şəxsi sizcə kimdir? (2 Dek. 2016, 23:05)
Faydalı

Şəkildə cazibədar görünməyin 10 qaydası (16 Apr. 2017, 16:57)
Rahat yatmaq istəyirsinizsə, limonu dilimləyin və .. (1 Apr. 2017, 13:36)
Güclü küləyin sağlamlığınıza 7 mənfi təsiri (1 Apr. 2017, 13:31)
Bu əşyaların son istifadə tarixini bilirsiniz? (19 Fev. 2017, 21:45)
Android cihazlar üçün 5 qızıl məsləhət (3 Yan. 2017, 01:27)
Dodağınıza uçuq çıxıb? Pambığı süddə isladın və.. (23 Dek. 2016, 02:02)
Duzlu suyun möcüzəsi! (11 Dek. 2016, 17:42)
Texnologiya

Milyonlarla iPhone istifadəçisinə Apple-dan pis xəbər! (15 Apr. 2017, 11:49)
Nəhayət ki, bu baş verdi! Dubayda uçan sürücüsüz taxilər fəaliyyətə başlayır (tarix deyildi) (19 Mart 2017, 01:25)
"Microsoft"un yeni texnologiyası, proqramçıları işsiz qoya bilər (24 Fev. 2017, 20:22)
Androidə rəqib olacaqdı, amma qrupu dağıtdılar. (4 Fev. 2017, 12:02)
iPhoneda yeni mesajı gizləmə xüsusiyyəti VIDEO (14 Dek. 2016, 21:10)
Artıq telefonunuzu bir toxunuşla şarj edə biləcəksiniz (VİDEO) (13 Dek. 2016, 23:13)
Modemləri zombiyə çevirən zərərli proqram bütün dünyanın internetini kəsəcək gücdədir (12 Dek. 2016, 18:56)
Elm və Təhsil

NASA yüksək radiasiya yayan yeni qalaktika kəşf etdi! (1 Yan. 2017, 11:08)
Sutkada 25 saat nə zaman olacaq? (9 Dek. 2016, 16:14)
Alimlər mal ətinin əvəzləyicisini tapıblar! (21 Noy 2016, 18:13)
Qadınların yaddaşı kişilərdən daha güclüdür (11 Noy 2016, 20:19)
Alkoqolizmin dərmanı kəşf olundu! (9 Noy 2016, 14:33)
Delfinlər haqqında inanılmaz və maraqlı yeni fakt ortaya çıxıb! (4 Noy 2016, 17:46)
Sol və Sağ beyin birlikdə çalışarsa nə olar? (31 Okt. 2016, 09:06)
Mətbəx

Sevgilinizə bu yeməkləri bişirin - RESEPT (13 Fev. 2017, 22:26)
10 dəqiqəyə əlüstü hazır olan BALLI PEÇENYELƏR (13 Noy 2016, 18:12)
Göbələkli blinçik necə hazırlanır? (1 Noy 2016, 01:31)
Şokoladlı gavalı mürəbbəsi (23 Okt. 2016, 14:29)
Ətlə lavaş piroqu (23 Okt. 2016, 14:25)
Zebra naxışlı keks resepti (21 Okt. 2016, 15:50)
Bulqur şorbası resepti (21 Okt. 2016, 15:29)
Oyunlar

GTA V-də kimsəsiz evin yaxınlığında kəşf edilən ürküdücü sirr ortaya çıxarıldı! (1 Noy 2016, 21:04)
Hacker olmaq üçün super oyun: Hackers (23 Sent 2016, 11:42)
Forza Horizon 3 nəhayət tamamlandı! (31 Avq. 2016, 12:08)
2016-cı ilin ən yaxşı oyunları açıqlandı (29 Avq. 2016, 00:39)
WWE Immortals oyunu yüklə (26 Avq. 2016, 17:27)
Cross fire (27 İyun 2016, 18:21)
Zombie Objective (21 İyun 2016, 16:26)
Musiqilər

Mursel - Melek 2016 (5 İyun 2016, 16:49)
Vasif Azimov - Cani Yanar 2015(ft Deniz) (30 May 2016, 20:51)
Yumor

Ronaldonu belə görməmisiniz! - GÜLÜŞ VAXTI (10 İyul 2016, 19:00)
Nisbilik nəzəriyyəsi - QISA VƏ YUMORİSTKİK İZAH (3 İyul 2016, 13:30)
Yalnız qadınlar anlayacaq :) - YUMOR (20 İyun 2016, 00:01)
Məşhurlar və atlar (18 İyun 2016, 00:40)
Qeybətcil arvadların proqnozu)) (5 İyun 2016, 20:42)
Xanım Tapmadığı üçün Məzuniyyət Gecəsinə Pişiklə Gələn Oğlan (28 May 2016, 14:36)
Şeirlər

Profil üçün mənalı və marağlı statuslar (1 Apr. 2017, 23:11)
Maraqlı sevgi statusları (1 Apr. 2017, 18:59)
Cızma-qara.. Parvin Mehtiyev (26 Mart 2017, 17:23)
Sevdim - Pərvin Mehtiyev (24 Mart 2017, 20:24)
Nizami Gəncəvi - lirik qəzəl (9 Mart 2017, 19:33)
Mənə Baxdın (qəzəl) (20 Noy 2016, 12:40)
Sevgi Dəmidir (qəzəl) (20 Noy 2016, 12:21)
Uşaq dünyası

Uşaqların təhsilə münasibətində valideynin rolu (14 Okt. 2016, 23:54)
Körpələrin diş çıxarma əlamətləri (27 Sent 2016, 20:22)
İştahasız uşaqlar üçün faydalı məsləhətlər (26 Sent 2016, 18:29)
Uşağınız qaranlıqdan qorxursa (13 Avq. 2016, 22:55)
Hər gördüyünü istəyən uşaqla necə davranaq? (1 İyul 2016, 00:36)
Uşağa necə "yox" deyək? (28 İyun 2016, 22:45)
Körpə 1 aylığında (22 İyun 2016, 18:09)
Hekayələr

Xoşbəxt pişik (16 Okt. 2016, 11:49)
Nabokovun Sərnişin hekayəsi (26 Sent 2016, 13:58)
Bir işin dəlisi olmaq.. (3 İyul 2016, 14:39)
Eynşteyn və sürücüsü (3 İyul 2016, 13:23)
"Axmaq" şagird - HEKAYƏ (2 İyul 2016, 19:54)
Üç sual-Lev Tolstoy (1 İyul 2016, 00:51)
Kim yaradırsa, oda yaddaşlarda qalır, Nazim Hikmət kimi! (19 İyun 2016, 15:58)
Tariximiz

Azərbaycanlı ANALARIN yaraşığı - Kəlağayı - TARİXİMİZ (19 İyun 2016, 22:03)
Milli təfəkkür tərzimiz olan xalça (17 İyun 2016, 19:17)
Azərbaycan tarı (17 İyun 2016, 18:50)
Tarixdə Şah İsmayıl anasını öldürübmü? (1 İyun 2016, 16:27)
Mübariz İbrahimov (30 May 2016, 00:47)
Azərbaycanın Milli Qəhrəmanları (30 May 2016, 00:39)
Sara Xatun (29 May 2016, 13:55)
Şəkillər

Oxşarlıq sizi şoka salacaq: məşhurların əkizləri. ŞƏKİLLƏR (1 Apr. 2017, 13:26)
Bu fotolar ən yaxşı ordu fotoları seçildi (26 Okt. 2016, 19:08)
Instagramın "Ən qəribə" fotoqrafçısı (24 Okt. 2016, 19:13)
Sosial şəbəkələr futbol klubu olsa idi formaları necə olardı? (22 Okt. 2016, 21:40)
Yaponların hazırladıqları qeyri-adi çətirlərə baxın (16 Okt. 2016, 12:06)
Cizgi film qəhrəmanlarının real həyatda şəkilləri (28 Sent 2016, 19:19)
Qəlb isidən SSRİ həyatının təsvir edən Natürmort rəsmlər (3 Sent 2016, 23:20)
Tibb sahəsi

İtaliyada uşaqlarına peyvənd etdirməyənlərə cərimə edilir (23 May 2017, 14:43)
Hər 10 ölümdən birinin səbəbi "Siqaret" (6 May 2017, 21:17)
Baş ağrısının 7 qeyri-adi səbəbləri (19 Dek. 2016, 18:52)
Bədənimizdə yaşayan bakterilər bizi xərçəngdən qoruyur.. (11 Noy 2016, 12:20)
Xərçəng xəstəliyinin sağalmama səbəbi müəyyən edildi (8 Noy 2016, 23:49)
Bu göbələklər qaraciyər çatışmazlığına səbəb olur XƏBƏRDARLIQ (5 Noy 2016, 13:36)
İnsan xasiyyətinin onun sağlamlığına qoyduğu təsirlər! (24 Okt. 2016, 12:59)
Proqramlar

"Necə və hansı proqramla?" dediyimiz 6 suala cavab (3 Yan. 2017, 01:37)
Adobe Photoshop Fix: Android üçün təqdim olundu! (4 Noy 2016, 23:17)
Artıq Whatsapp-da VİDEOZƏNG-lər belə edə biləcəksiniz! (yüklə) (27 Okt. 2016, 15:53)
Play Store-da tapa bilməyəcəyiniz ən yaxşı APKlar (19 Okt. 2016, 18:34)
Android cihazı ilə edə biləcəyiniz 3 maraqlı şey (16 Okt. 2016, 21:34)
Facebookda hesabı necə silirlər? (15 Okt. 2016, 22:25)
Kompüterlər üçün nəhayət Instagram istifadəyə verildi (14 Okt. 2016, 20:09)
Videolar

Britaniyalı şəxs "Dəmir adam" geyiminin işlək prototipini təqdim etdi. VİDEO (1 Apr. 2017, 18:36)
iPhone 7-nin timsahın dişlərinə qurban verərək dözümlülüyünü yoxladı (VİDEO) (25 Dek. 2016, 13:44)
2016-cı ilin ən maraqlı hadisələrini 2 dəqiqəlik videoda əks etdirdilər (17 Dek. 2016, 23:02)
Nüvə bombasının partlamasının fəsadları (VİDEO) (10 Noy 2016, 16:35)
Qolları olmayan qız hər işi görür, inanılmaz bacarıqlarına baxın VIDEO (3 Noy 2016, 21:08)
Alyaskada yaşayan bu canlı hər kəsin diqqətini cəlb edib (Video) (2 Noy 2016, 15:22)
Adrenalin sevənlərə VİDEO (17 Sent 2016, 23:44)

Bizi Facebookla izlə!

Ana səhifə
Saytda axtar
Haqqımızda
Bizimlə əlaqə
Joshgunpro.com
Reklam ver
Saytın xəritəsi
Meqale.Net — 2016 ©
* Materiallardan istifadə zamanı istinad mütləqdir!