MyPassion
Nə üçün? deyə verdiyimiz suallardan dördü
3 İyul 2016, 22:56 \ Baxılıb: 825 dəfə \

Məqalə.Net sizə "Nə üçün?" deyə verdiyiniz dörd sualın cavabını yazır;

SƏSLƏRİMİZ NƏ ÜÇÜN FƏRQLİDİR?
Səslərin ağızdan çıxması üçün o qədər çox amil var ki, onların eyni olması demək olar ki mümkün deyil.
Səsin əmələ gəlməsində - ən böyük rolu şübhəsiz ki, səs telləri oynayır. Səs tellərinin qısalığı və ya uzunluğu səsin qalınlığını, ya da incəliyini ifadə edir. Yəni, səs telləri nə qədər qısa olsa, səsimiz də o qədər incə çıxır. Səslərin əmələ gəlməsində yaxından iştirak edən üzvlər isə dodaqlar, dişlər və dildir. Digər tərəfdən insanın xarakteri, havanın axını və sürəti, həmşinin ağız və dodaqların quruluşu da səslərin necə çıxmasında əsas rol oynayır.

NİYƏ YEMƏKDƏN SONRA SUSUZLUQ HİSS EDİRİK
Acqarına, ya da boş mədəyə su içdikdə bu suyun çox böyük hissəsi qana keçə bilmir. Çox güman ki, suyun mədədə israf olmaması üçün mədə və ya bağırsaqlarımız boş olanda su içməyə ehtiyac hiss etmirik. Hətta ehtiyac hiss etsək belə, çox su içə bilmirik. Əsasən ehtiyacı yeməkdən, ya da yeməklərdən sonra hiss edirik. Çünki, yeməkdən sonra içilən su həm mədə və bağırsaqlarda həzmi asanlaşdırır, həm də qida maddələrinin qana keçməsini sürətləndirir.

YEMƏKLƏRƏ NƏ ÜÇÜN DUZ ATIRIQ
Duz natrium və xlor elementlərindən əmələ gələn birləşmədir. Duzdakı natrium karbohidratların əsasını təşkil edən şəkərlərin, eyni zamanda proteinlərin əsasını təşkil edən amin turşusunun qana keçməsində mühüm rol oynayır.
Əgər yeməklərə duz atılmasa, orqanizm üçün lazım olan karbohidratlar və proteinlər qana keçməz. Beləliklə, orqanizm üçün vacib olmuş bu maddələr israf olmuş olar. Bir sözlə ilk baxışda yeməklərimizə ləzzət verən duz, əslində qidaların qana keçməsini təmin etmək üçündür.

BƏZİ KARANDAŞLAR NİYƏ TÜND YAZIR?
Karandaşların tərkibində qrafit və gil adlanan iki maddə var. Qrafit zavodlarda yüksək temperaturda işləyən texnikalarda sürtkü yağı funksiyasını da yerinə yetirən həm tünd rəngli, həm də yumşaq maddədir. Gil isə qrafitlə müqayisədə həm açıq rəngli, həm də bərk maddə kimi fərqlənir. Buna görə də, tərkibində qrafit miqdarı çox olam karandaşlar yumşaq və tünd rəngdə, gil miqdarı çox olan karandaşlar isə bərk və açıq rəngdə yazır.

Məqalə.Net

Şərhlər (0)
Şərh bildir