MyPassion
Nə varsa təbiətdə var: Təbiətlə birgə yaşamağın insan bədəni və psixologiyasında faydaları
3 İyun 2016, 18:05 \ Baxılıb: 1164 dəfə \

İnsanlardan mümkün olduğu qədər ayrılıb tamamilə təbiətlə bütünləşmək (inteqrasiya) kimi bir şey var? Əsasda ayaqlarınızın altında xışıldayan yarpaqların, küləyin və təbiətdə yaşayan canlıların səsinin olduğu bir yer..

Amma heyf ki, çox az adam sırf təbiətlə yaşamaq imkanına sahibdir. İnkişaf edən şəhərləşmə üzündən yaşıllığın nə olduğunu unutacaq vəziyyətə gəlirik. EliteDaily"dan topladığımız bu məzmunun köməyilə təbiətin bədənimizə və psixologiyamıza olan təsirlərini bilsək, bəlkə ona daha yaxın yaşaya bilmək üçün daha çox səy göstərərik

Elm də təbiətlə iç-içə yaşayanların daha xoşbəxt, daha sağlam və daha yaradıcı olduğunu deyir.

Təbiət insana xoşbəxtlik verir və həyatı mənalandırmanıza kömək olur.



Bu vaxta qədər, təbiətin insan pxisologiyası üzərindəki təsirini anlamaq üçün edilmiş çoxlu araşdırmanın nəticəsi hər dəfə eyni olur: Təbiətə nə qədər yaxın olsaq, bir o qədərdə xoşbəxt olarıq.

Şəhər həyatında müqayisədə, vaxtını təbiətdə keçirənlər daha az stresə məruz qalır


Yaponiya və çevrəsindəki 24 meşədə, 280 iştirakçı ilə edilmiş təcrübədə iştirakçıların yarısı meşələrə, yarısı isə şəhərə göndərildi. Sabahı gün isə meşədəkilər şəhərə, şəhərdəkilər isə meşəyə gedəcək şəklində yer dəyişdirildi. Sonunda isə elm adamları gününü meşədə keçirənlərim daha aşağı qan təzyiqi və kortizol sıxlığına sahib olduqları nəticəsinə gəldilər. Digər deyimlə: sıxlıq şəhər həyatı insanlarda stresə səbəb olarkən, təbiət bu stresi azaltmağa kömək edir.

Təbiət, çox güclü bir anti depresantdır.


Buna görə də, əzgin və cəsarətiniz sınmış kimi hiss etdiyinizdə təbiət qoynunda bir yürüşə çıxın.
Çünki, təbiət kainatın ən böyük müəllimidir. Bütün xaosların ortasında belə davam etməmizin olduğunu bizə göstərir.

Təbiətdə yürüş etmək immunitet sistemimizi və əzələlərimizi güclədirir.

Təbiət, problemi həll etmə bacarığımızın təkmilləşməsinə və diqqət dağınıqlığının düzəldilməsinə təkan verir.

Təbiətlə iç-içə yaşamaq əziyyətlərə qarşı dayanma gücümüzü artırır.

"Anne Frank"ın da dediyi kimi:

"Qorxan, yalnız hiss edən və bədbəxt olan hər bir kəsin dərmanı - evdən çölə çıxmaqdır."

By: Məqalə.Net

Şərhlər (0)
Şərh bildir