MyPassion
"Necə və hansı proqramla?" dediyimiz 6 suala cavab
3 Yan. 2017, 01:37 \ Baxılıb: 2962 dəfə \

Əziz dostlar, necəsiz? Kefiniz? Bilirəm, kefinizin yaxşı və ya pis olmağından asılı olmayaraq gününüzün çox hissəsini internetdə keçirirsiniz. Odur ki, kefinizi yaxşılaşdıracaq bir məqalə yazmaq qərarına gəldim. Bir çoxumuzun internetlə bağlı suallarına cavab tapmağa çalışmışam məqaləmdə. Haydi, o zaman...

1. Şəkillərin üzərinə yazılar yazmaq üçün hansı proqramı tövsiyə edirsiniz?
- Kompüterdə işinizə Paint.Net yarayacaq. Lakin, mobil cihazlarda bu işi ən yaxşı Phonto adlı proqram yerinə yetirir. Proqram marketindən yükləyərək proqramı əldə edə bilərsiniz.

2. Şəkil üzərinə yazı yazarkən ə, ü, ş, ı, ğ kimi hərflər normal fontdan fərqlənir. Onu necə həll etmək olar?
- İstədiyiniz fontun (şriftin) adını bu saytda (http://fontlar.info) axtararaq tapın, yükləyin və quraşdırın. Daha sonra istədiyiniz yazını yaza bilərsiniz. Azərbaycanca şriftləri dəstəkləyən fontlar işinizi həll edəcək.

3. Mahnı yükləmək, onlayn dinləmək üçün proqram lazımdır. Hansını məsləhət görürsünüz?
- Sizə yerli proqram olan "MP3Adam"-ı məsləhət görürəm. Demək olar ki, proqram marketində yeganə proqramdır ki, istədiyiniz mahnını tapa, onlayn dinləyə və cihazınıza yükləyə bilərsiniz.

4. Youtube-dan videoları necə yükləmək olar?
- Mobil cihaz istifadəçisinizsə (android) o zaman, sizin köməyinizə OGYoutube proqramı gələcək. Həmin proqramı yükləməklə (internetdə axtarış edərək tapıb yükləyə bilərsiniz) həm videoları izləyə, həm yükləyə (mp3, mp4, 3gp və s. formatlarda), eyni zamanda arxa fonda çalışdıra bilərsiniz. Kompüterlərdə isə Savefrom proqramı işinizə yarayacaq.

5. İnstagram-da necə izləyici toplamaq olar?
- Çox insan düşünür ki, bu çətin işdir. Lakin, elə deyil. Sizə gizli bir sirr verim. Əgər sürətlə izləyici qazanmaq istəyirsinizsə, o zaman təsadüfi bir insanın izləyicilərini (günə 200-300 nəfər olmaqla) izləyin. Sonra, özünüz artımı görəcəksiniz.

6. Mənim izlədiyim insanlardan məni izləməyənləri necə görə bilərəm?
- Android cihazlarda olan Unfollowers for İnstagram proqramından istifadə edə bilərsiniz.

Məncə, hələlik  sualım cavabı kifayət edir. Suallınız varsa, yazın cavablayaq (cavablamağa calışaq)..
Yazdı: Əli Rzayev
Dərc etdi: Meqale.net

Şərhlər (1)
Şərh bildir