Məqalə.Net — Milli Məqalə Portalı
19.11.2017 Saat: 16:33
#Maraqlı #Faydalı #Texnologiya #Elm və Təhsil #Mətbəx #Oyunlar #Musiqilər #Yumor #Şeirlər #Uşaq dünyası #Hekayələr #Tariximiz #Şəkillər #Tibb sahəsi #Proqramlar #Videolar

Maraqlı » Neftin yaranması



Təbiətin ən böyük sirlərindən biri də neftin və qazın yaranmasıdır. Hər gün milyardlarla insan bu təbii sərvətlərdən istifadə edir. Neft və təbii qaz bizim üçün yalnız işıq, istilik vasitəsi deyil, həm də istifadə etdiyimiz hər bir əşyanın hazırlanmasında onların müəyyən rolu var. Ancaq həyatımız üçün bu qədər əhəmiyyətli olan qaz və neft sərvətlərinin əmələ gəlməsinin tam şəkildə elmi izahı hələ də tam bitməyib. Alimlər əsrlərdən bəri bu istiqamətdə araşdırmalar aparırlar. Onların gəldikləri nəticələr müxtəlifdir. Bu gün onları ümumiləşdirərək neftin yaranması barədə irəli sürülən fikirləri elmi cəhətdən iki əsas hissəyə ayırırlar. Birincisi neftin üzvi yolla - heyvan və bitki qalıqlarından (biogen), ikincisi isə mineral əsasında (abiogen), yəni neftin təbiətdə qeyri-üzvi birləşmələrlə sintezi ilə yaranmasıdır.

Fərqli düşüncələr, müxtəlif rəylər zaman-zaman elmi mübahisələrə səbəb olub. Amma alimlərin əksəriyyəti bu qənaətdədir ki, neftin və təbii qazın yaranması prosesi milyon illər boyu davam edib. Mütəxəssislər neftin yaranmasını müxtəlif mərhələlərə ayırırlar. Qədimlərdən 1760-cı ilədək olan dövrü əhatə edən birinci mərhələdə neftin yaranması ilə bağlı müxtəlif fikirlər meydana çıxıb. Birinci nəzəriyyə 950-ci ildə ərəb alimi İh-van-əs-Səfa tərəfindən irəli sürülüb. O yazırdı: «Su və hava atəş təsiri altında yetişir və alovlu kükürdü və su civəsini yaradır. Bu ikincidərəcəli elementlər müxtəlif torpaq miqdarı ilə qarışır və temperaturdan asılı olaraq yerin içində yerləşən mineralları, o cümlədən neft kimi bituminoz substansiyasını yaradırlar. Buna görə onların yüksək havası var və neft sıxılır, tez alışır» .
Bir başqa alim - italyan alimi P.S.Bekkone XVII əsrdə ingilis alimi V.Çarmetona istinad edərək, kəhrəba və qırın (bitumların) mənşəyinin eyni olduğunu və neftin yerdən gələn vulkanik güclərdən və kükürddən əmələ gəldiyini qeyd edirdi. XVII əsrin axırında fransız alimi Lemerenin elmi işlərinin mühakiməsinə əsasən, neftin kəhrəbanın təbii distilləsi nəticəsində yaranması fikri formalaşdı. Daş kömür bu distillənin qalığıdır. Lemere özü isə neftin yaranmasının bitumun distilləsi nəticəsində baş verdiyini düşünürdü. XVIII əsrin əvvəllərində alman alimi Henkel qeyd edirdi ki, neft heyvan və bitkilərin qalıqlarından yaranır. 1739-cu ildə alman əsilli rus akademiki İ.Veybrext neftlə bağlı fikirləri ümumiləşdirdi. O, neftin - dəniz suyunun qoyduğu islahedilmiş yanar duzlardan ibarət olduğunu diqqətə çatdırdı. «Bitkilərin yağlı hissələrinin xassələrinin neft yağına yaxın olması» tədqiqat zamanı əsaslandırıldı. Buna istinadən belə fikir meydana çıxdı: «Ola bilər bütün bitkilərin alovlu və yağlı hissələri bitkilərin yerin təkindən çəkdikləri neftdən yaranır». Mütəxəssislər bu fikrin daha çox qəbul olunduğunu diqqətə çatdırırlar. 1750-ci ildə alman alimi Şpilman yazırdı ki, neft bitkilərdən, əsasən küknar ağacından yaranır. Fransa Elmlər Akademiyasının üzvü, kimyaçı P.J.Maker 1758-ci ildə bitumların bitki yağlarının və turşuların qarşılıqlı təsiri nəticəsində yarandığını bildirdi.
Mütəxəssislər 1761-1859-cu illəri əhatə edən ikinci mərhələdə neftin üzvi yaranması nəzəriyyəsinin əsasını M.V.Lomonosovun qoyduğunu yazırlar. XVIII yüzilliyin ortalarında rus alimi neftin daş kömürdən üzvi yolla yarandığını bildirdi: «Yerin təkində yaranan daş kömürdən yeraltı hərarətin gücünə boz və qara rəngli yağlar üzə çıxır. …müxtəlif növ yanar mayelərin və bərk quru maddələrin yaranması baş verir (mahiyyətcə bu daş yağ, maye qatran, neftdir). Onlar (tərkibinin) təmizliyi ilə fərqlənir, lakin bir mənbədən törəyirlər». XIX əsrdə neftin mənşəyi haqqında əsasən M.V.Lomonosovun fikirləri qəbul olundu.
Üçüncü mərhələdə, yəni 1860-1931-ci illərdə bir sıra maraqlı fikirlər meydana çıxdı. Alman alimi Karl Enqler Abşeronda çıxan neftin təbiətini və əmələ gəlməsini öyrənmək məqsədilə 1885-ci ildə Bakıya gəldi. Onun 1888-ci ildə dərc etdirdiyi neftin üzvi maddələrdən əmələ gəlməsi nəzəriyyəsi sonrakı analoji nəzəriyyələrin əsası oldu. Bu nəzəriyyə bir növ D.Mendeleyev və digərləri tərəfindən irəli sürülmüş neftin mineral maddələrdən yaranması nəzəriyyəsinə zidd idi.
1867-ci ilədək neftin üzvi yaranmasının tərəfdarı olan D.Mendeleyev 1877-ci ildə onun mineral yaranması fərziyyəsini inkişaf etdirdi. Sonrakı illərdə neftin qeyri-üzvi yaranmasının müxtəlif ehtimalları irəli sürüldü.
D.Mendeleyev Bakıda olarkən alman əsilli rus alimi G.Abixdən neft yataqlarının çox zaman ərazi cəhətdən yer qabığının xüsusi tipli çatlarında – çökmələrində yerləşdiyini öyrənir və bunda fikirlərinin sübutunu görür.
Mütəxəssislərin fikrincə, dördüncü mərhələdə - 1932-1950-ci illərdə əsasən akademik İ.M.Qubkinin «Neft elmi haqqında» adlı kitabı 1932-ci ildə nəşr ediləndən sonra, ardınca gələn mərhələdə böyük miqdarda dəniz hövzələrinin çöküntülərindən yığılmış üzvi maddələrdən neftin yaranmasına dair fərziyyə hökmranlıq edirdi.
Beşinci mərhələni - 1951-ci ildən indiki dövrədək olan mərhələni isə alimlər cəsarətlə neftin üzvi maddələrdən yaranması nəzəriyyəsinin təşəkkül tapması dövrü adlandırırlar. Bu mərhələnin 1950-ci ildən, məhz sovet və amerikalı alimlər tərəfindən müasir çöküntülərdə karbohidrogen tapıldığı ildən başladığını nəzərə çatdırırlar. Amerikalı tədqiqatçılar P.V.Smitin rəhbərliyi altında Meksika körfəzində, Sakit okeanın Kaliforniyaya yaxın hissəsində və bir neçə şirin sulu hövzələrdə yerləşən müasir çöküntülərdə karbohidrogenlər aşkar etdilər. Sonrakı tədqiqatlar nəticəsində məlum oldu ki, müasir çöküntülərdəki karbohidrogenlər neftdən çox fərqlənir. Bu tədqiqatların olduqca əhəmiyyətli olduğunu söyləyən mütəxəssislər səbəbini belə izah edirlər: Əvvəla, onlar karbohidrogenlərin bitki və heyvanların qalıqları olan çöküntülərdən əmələ gəlməsini göstərdilər və bununla neftin əmələ gəlməsi üçün hansı üzvi maddənin ilk sayıla bilər sualı haqqında təxminən 200 il ərzində davam edən müzakirələrə müvəqqəti son qoyuldu. İkincisi, məlum oldu ki, neft və qazın yaranma prosesi demək olar ki, istənilən su hövzəsi çöküntülərində inkişaf edə bilər və bunun üçün hansısa qeyri-adi şərait tələb olunmur.
Dünyanın ən zəngin neft və qaz yataqlarına malik hissələrindən biri də Azərbaycandır. Ona görə də bu ölkəyə ta qədim zamanlardan bu sahənin tədqiqatçıları diqqət göstərib, müxtəlif ölkələrdən olan böyük alimlər yollarını Azərbaycandan salıblar. Bu gün respublikamızın özündə başqa sahələrdə olduğu kimi, neft sahəsində də bacarıqlı alimlər az deyil. Onların araşdırması üçün isə Azərbaycanın böyük neft tarixi var.
Yer kürəsindəki 800 palçıq vulkanının da çoxu Azərbaycanda yerləşir. Onlar mənşəcə neft və təbii qaz yataqları ilə əlaqədardır. Ona görə də neftin və təbii qazın tədqiqatı ilə məşğul olan alimlərin diqqət göstərdiyi sahələrdən biri də palçıq vulkanlarıdır. Azərbaycanda palçıq vulkanlarının yerləşdiyi sahələrdə - Lökbatan, Neft Daşları, Qaradağ, Mişovdağ və digər yerlərdə zəngin neft və qaz-kondensant yataqları aşkar edilib. Onların içində Lökbatan palçıq vulkanı fəallığı və yerləşdiyi yerin neft-qazlılıq strukturları ilə sıx əlaqədə olmasıyla fərqlənir. Mütəxəssislər burada vulkanın mütəmadi olaraq öz fəaliyyətini büruzə verdiyini nəzərə çatdırırlar.
Alimlər onu da qeyd edirlər ki, məhsuldar qatın neftli layları uzun müddət aşınmaya məruz qalmalarına baxmayaraq, öz neftlilik əlamətlərini bu günə kimi saxlayırlar. Məlumdur ki, təbiətin nadir geoloji muzeyi olan Qırməki dərəsində dərinliyi 30-50 metr olan əllə qazılmış iri diametrli, ağzı açıq iki neft quyusu ölkəmizin neft sənayesinin tarixini öyrənmək baxımından maraqlıdır. Min illərdir şölələnən Qırməki dərəsinin yaxınlığında yerləşən Qırməki palçıq vulkanı və Yanardağın alovları təbiətsevənlər üçün əvəzolunmaz geoloji muzey sayılır.
Azərbaycanda, Binəqədi ərazisində olan, dördüncü dövrə aid heyvanat qəbiristanlığı da böyük marağa səbəb olub.
1938-ci ildə Binəqədi qəsəbəsi yaxınlığında qır (bitum) axtaran zaman Azərbaycan Sənaye İnstitutunun tələbəsi, geoloq A.Məstanzadə ibtidai heyvanlara aid sümüklər tapdı. Burada 50 minə yaxın heyvanat aləminə məxsus sümük aşkar edildi. Mütəxəssislərin fikrincə, Binəqədidəki dördüncü dövrə aid heyvanat və bitki aləminin qalıqları o zaman Azərbaycanın bu hissəsinin flora və faunası, eləcə də burada neftin mövcud olması barədə məlumat verir.
Yüksək enerji tutumuna malik, asan nəql edilən neft XX əsrin ortalarından başlayaraq dünyada ən gərəkli enerji mənbəyi hesab olunur. Hazırda hasil olunan neftin həcminin 84%-i yanacaq istehsalına sərf edilir. Qalan 16% plastmas, kimyəvi həlledicilər, gübrələr, dərman vasitələri və digər məhsullar hazırlamaq üçün xammal rolunu oynayır.
Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozlarına əsasən, neft illik hasilat zirvə həcminə 2030-cu ildə çatacaq. Bundan sonra sabitləşəcək, daha sonra isə tədricən azalmağa başlayacaq.
Ancaq mütəxəssislər əmindirlər ki, hətta gələcəkdə neft yanacaq kimi üstünlüyünü itirsə, onun qiyməti azalmayacaq. Çünki bəşəriyyət əvvəlki kimi neftdən hazırlanan əşyalarsız ötüşə bilməyəcək, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı ilə neft daha çox, neft-kimya kompleksinə yönəldiləcək.
Hələ XX əsrin başlanğıcından alimləri bir sual da düşündürür: neft ehtiyatları tükənərsə, onu süni yolla yaratmaq mümkündür? 1908-ci ildə rus ixtiraçısı İ.İ.Orlov neftin karbogen oksid və hidrogendən alınmasının, yəni «sulu qaz»ın alınmasının mümkün olduğunu sübut etdi. İlkin olaraq sintetik nefti ruslar deyil, almanlar, özü də «qonur kömür»dən aldılar. Bu, Birinci Dünya müharibəsi dövründə baş verdi, çünki o dövrdə Almaniyada yanacaqla bağlı problemlər ortaya çıxdı. Almanlar hətta «süni nefti» istehsal edən zavodlar tikdilər. Müharibədən sonra təbii neftlə müqayisədə baha başa gələn sintetik neft rəqabətə davam gətirə bilmədi.
Bu gün də sini üsulla nefti «yanacaq şistləri»ndən alırlar. Mütəxəssislər bu fikirdədirlər ki, sintetik neftin gələcəkdə yanacaq şistlərindən alınması səmərəli ola bilər, çünki geoloqların hesablamalarına görə, onların ehtiyatları neftinkindən 2-3 dəfə çoxdur.
Alimlər bu fikirdədirlər ki, əgər Yerin təkində indiyədək üzvi sintez baş veribsə, demək yeni-yeni neft yataqlarının açılmasına hələ ümid var. Əgər o, sırf üzvi mənşəlidirsə, demək gələcəyi ümidsizdir. Hesab edilir ki, neftin istehlakı bu səviyyədə saxlanılarsa, artıq bizim əsrin ikinci yarısında onun tükənmək ehtimalı vardır. Ancaq texnologiyalar inkişaf etdikcə, nefti əvvəllər çıxarmaq mümkün olmayan yerlərdən, məsələn, təbii bitumlardan əldə etmək imkanı yaranacaq ki, onun ehtiyatları da 600 milyard ton dəyərləndirilir. Bu da indiki sübut olunmuş çıxarıla bilən neft ehtiyatlarından 4 dəfə çoxdur. Bir sözlə, bəşəriyyət artıq xeyli vaxtdır ki, neftsiz öz gələcəyinin necə olacağını düşünür və yollar axtarır…

Müəllif: Zöhrə Fərəcova
Mənbə: Kayzen.az
Baxılıb: 476 dəfə.
Yazıldığı vaxt: 9 İyun 2016, 19:02

Şərhlər (0)




Həmçinin bax


Sevgiyə aid maraqlı cümlələr Sevgiyə aid maraqlı cümlələr
Birlikdəykən "Sevgili" ayrıldıqdan sonra "Hörmətli" ola bilməli insan. Ehtiyacım olan tək şey səni qucaqlayıb, səsim batana qədər ağlamaqdır... Narahat olma, mən sənə baxdığım kimi başqasına baxmaram, baxa bilmərəm. Məni sevməyən birinin arxasıyca ağlamaqdansa, məni...
Beyin şəbəkəsində 11 ölçülü quruluşlar kəşf edildi! Beyin şəbəkəsində 11 ölçülü quruluşlar kəşf edildi!
Çox insan üçün dördüncü ölçünü anlamaq belə, xəyal gücünü zorlasa da yeni edilən elmi bir araşdırma beyindəki ağ strukturlarının 11 ölçüyə qədər çıxa biləcəyini göstərir. Yeni edilən bu inqila...
Ekstremal vəziyyətlərdə necə davranacağınıza dair 10 həyati taktika Ekstremal vəziyyətlərdə necə davranacağınıza dair 10 həyati taktika
1. Əgər paltarınıza saqqız yapışıbsa, onu qoparmaq çox qəlizdir, bilirsiz. Amma, ideal bir çarəsi var: adi burun dəsmalını isladıb saqqız yapışan yerə qoyun və ütüləyin: beləliklə, saqqız paltarınızdan dəsmala keçəcək. 2. Təsəvvür edin ki, kampdasız. Sizə qayna...
Google CEO-sunun şəxsən cavab verdiyi 7 yaşındakı qızdan Google-a iş müraciəti Google CEO-sunun şəxsən cavab verdiyi 7 yaşındakı qızdan Google-a iş müraciəti
7 yaşında olmasına baxmayaraq kifayət qədər ağıllı olan Chloe Bridgewater, atasının da dəstəyi ilə Google-a bir məktub yolladı. Google İdarə Heyəti Rəhbəri Sundar Pichai, məktuba şəxsən cavab verdi. 7 yaşındakı Chloe Bridgewater , atasının fikirlərindəki çox təsirli bir karyera danışığının...
Dünya üzərində insan istehsalı olan obyektlərin ümumi çəkisi nə qədərdir? Dünya üzərində insan istehsalı olan obyektlərin ümumi çəkisi nə qədərdir?
İngilis elm adamları tərəfindən edilən yeni bir araşdırmada dünya üzərindəki insan istehsalı olan obyektlərin ümumi ağırlığının təxminən 30 trilyon ton olduğunu bilindi. Meqale.net AA-na istinadən yazır ki, nəticələri Anthropocene Review jurnalında nümayiş olunan araşdırmada, ...
Kolbasaya qatılanlar sizi şok edə bilər: peyin, milçək sürfəsi... Kolbasaya qatılanlar sizi şok edə bilər: peyin, milçək sürfəsi...
Ən son açıqlanmış gömrük statistikasına əsaslanıb, bu il Azərbaycana kolbasaya qatmaq üçün min tonlarla quş peyinindən əldə edilən "süni ət"in gətirildiyini ehtimal etmək mümkündür. Meqale.net istipress.com-a istinadən xəbər verir ki...
İŞİD-in saytına daxil olan fransa vətəndaşı problemlə üzləşib İŞİD-in saytına daxil olan fransa vətəndaşı problemlə üzləşib
Fransa vətəndaşı İŞİD terror təşkilatının saytına daxil olduğu üçün başı bəlaya girib. Bildiyiniz kimi bəzi terror təşkilatları islam pərdəsi altında müsəlman və dinc sakinlərə qarşı zülm edirlər. Belə tanınan terror təşkilatlarından biri də İŞİD-dir. Bir çox jur...
Instagram-ın ən çox bəyənilən şəxsi sizcə kimdir? Instagram-ın ən çox bəyənilən şəxsi sizcə kimdir?
2016 ili bitərkən şəkil paylaşım platforması Instagranda ən çox bəyənilən 5 paylaşımın da tək bir adama aid olduğu hardasa dəqiqləşdi. Bəs bu məşhur şəxs kimdir? 24 yaşındakı məşhur müğənni Selena Gomez, 103 milyon izləyicisi və bol-bol bəyənmə alan paylaşımları ilə Instagramın ən məş...
iPhone 7 aldı və cihazda naməlum şəxsin fotolarını tapdı iPhone 7 aldı və cihazda naməlum şəxsin fotolarını tapdı
Çində yaşayan bir qadın yeni iPhone 7 smartfonunu alıb. Lakin sonradan baş verən hadisə qadının təəccüblənməsinə səbəb olub. Belə ki, çinli qadın aldığı iPhone 7 cihazında yad adamın fotolarının olduğunu aşkar edib. Məlumata əsasən qadın, smartfonu "Apple ”ın rəsmi s...
Selfi ilə bağlı ölümlər ən çox harda baş verir nə qədər insan həyatını itirir? (STATİSTİKA) Selfi ilə bağlı ölümlər ən çox harda baş verir nə qədər insan həyatını itirir? (STATİSTİKA)
Beynəlxalq alimlər qrupu belə bir nəticəyə gəliblər ki, selfi çəkən zaman baş vermiş ölüm hadisələrin böyük hissəsi Hindistanda baş verir. Bu cür ölümlərin əsas səbəbi isə yüksəklikdən yıxılmadır. Sosial şəbəkələrin və müasir smartfonlarda olan ...
Facebook-da çoxlu baxış sayı yığmaq məqsədilə meşədəki ağacları yandırdı (VİDEO) Facebook-da çoxlu baxış sayı yığmaq məqsədilə meşədəki ağacları yandırdı (VİDEO)
Amerikalı Johnny Mullins bəlkədə ətraf mühit qoruyucularının qəzəbinə tuş gələcək. Belə ki, həvəskar meteoroloq olan Johnny Mullins, Facebook -da çoxlu izlənmə sayı yığmaq üçün Kentukki ştatının meşələrindən birində ağacları yandırıb. O, videonu öz Facebook səhif...
Şok kadrlar: uşağın gözü qarşısında atasını oğurladılar! Şok kadrlar: uşağın gözü qarşısında atasını oğurladılar!
Uşağın qışqırtısına məhəl qoymayan quldurlar maşını sahibi ilə birlikdə qaçırırlar. 5 yaşlı oğlan maşının arxasınca qaçır, sonra ağlaya-ağlaya geri qayıdır. Meqale.net MilliAz və Daily Mail-ə istinadən bildirir ki, olay Braziliyanın Ril de Janeyro şəhərində, Dudu di Kaşias səmtində ...
Maraqlı photoshop nümunələri ilə hamını əyləndirən fotoqraf Maraqlı photoshop nümunələri ilə hamını əyləndirən fotoqraf
Məşhur photoshop ustası James Fridman yenə maraqlı yeniliyə imza atıb. Belə ki, James ondan xahiş edilən şəkillərə maraqlı əlavələr edir. James Fridman photoshop etdiyi maraqlı şəkilləri öz Twitter səhifəsində paylaşır. Belə ki, onun photoshop etdiyi şəkillərin əsas maraqlı tərəfi, şəkilləri...
O, 20 oğlanla sevgili oldu, hərəsinə bir telefon aldırdı, satıb ev aldı.. O, 20 oğlanla sevgili oldu, hərəsinə bir telefon aldırdı, satıb ev aldı..
Çində bir qadın 20 fərqli sevgilisindən hədiyyə aldığı “İPhone 7” mobil telefonlarını sataraq özünə ev alıb. Meqale.net ATV.az-a istinadən bildirir ki, “Şaoli” saxta adından istifadə edən xanım sevgililərindən ona telefon hədiyyə almasını xahiş edib. Kişil...
Məktəbdə hər birimizə səhv öyrədilən 5 məlumat Məktəbdə hər birimizə səhv öyrədilən 5 məlumat
1. Napoleon və boyu http://pahoo.az/upload/media/entries/2016-11/05/10126050-0-3a6c2258f36e394d6e6fd8b8b54a4ba4.jpg Qısaboylu olduğu hər kəs tərəfindən düşünülən Napoleonun boyu əslində 1.68 sm olub. Bizə isə bu rəqəm 1.50-1.58 arasında öyrədilib. Əslində normal boyu olan Nap...
Səssizlik ürəyi və sinirləri müalicə edir Səssizlik ürəyi və sinirləri müalicə edir
Müasir dövrdə insanlar daim səs-küyün içində yaşayır. Maşınların, məişət və ofis texnikasının, televizorların, müxtəlif gəcetlərin səsi bizi daim əhatə edir. Xüsusilə bu şəhər sakinlərinə aiddir. Meqale.net Saglamolun.az-a istinadən yazır ki, müxtəlif &ou...
Fincanın rəngi dadına təsir edir Fincanın rəngi dadına təsir edir
Oksford universitetinin elm adamlarının apardığı araşdırma, qabın, tərkibinin dadı necə dəyişdiyini bir daha nümayiş etdirdi. [ads] Meqale.net deyerler.org -a istinadən bildirir ki, elm adamları 57 könüllüyə ağ, krem, qırmızı və narıncı rəngli fincanlarda isti şokolad verdilər....
Hər gün toxunduğumuz ən çirkli 5 əşya! Hər gün toxunduğumuz ən çirkli 5 əşya!
Amerika alimləri xüsusi avadanlığın köməyi ilə bizi əhatə edən müxtəlif əşyaların üzərində olan mikrobların sıxlığını yoxlayıblar. Bu göstəriciyə görə ən çirkli 5 əşya təyin olunub: 1. Pul. 2. İctimai nəqliyyatda tutacaqlar. 3. Kompüter klaviaturası. 4...
Ağcaqanadlar daha çox hansı insanları seçirlər? Ağcaqanadlar daha çox hansı insanları seçirlər?
Yaponiyada aparılan bir araşdırmaya görə, ağcaqanadların qan qrupu 0(I) olan insanları dişləmə ehtimalı, qan qrupu A(II) olanları dişləmə ehtimalından iki qat daha yüksəkdir. Tədqiqatçılar, ağcaqanadlar üçün 0(I) qrupu qanının daha "ləzzətli" olduğunu bild...
Gül qoxusu yaddaşı gücləndirir.. Gül qoxusu yaddaşı gücləndirir..
Gül qoxusunun öyrənməyi asanlaşdırdığı və yaddaşı gücləndirdiyi ortaya çıxdı. Məlumatın qızıl çağının sürdüyü zamanımızda məlumatın öyrənilməsi və ağılda tutulması məlumatın özündən çox daha əhəmiyyətlidir. Öyrənilən biliklərin n...
Kalkulyator, "siçan" və daha nələr - hamısı evi dinləyə bilir! Kalkulyator, "siçan" və daha nələr - hamısı evi dinləyə bilir!
Adi məişət əşyalarını xatırladan cihazların köməyi ilə evi dinləmək mümkündür. Bunlardan biri də ölçüləri uyğun olan istənilən quruluşdakı kalkulyatorların içinə yerləşdirilə biləcək bir alətdir. GSM dinləmə cihazı kalkulyatorun yanında iki ədəd, 1 mm &...
Onlara "çay süzməyə" dəyər: məşhurların şok edən bəxşişləri! Onlara "çay süzməyə" dəyər: məşhurların şok edən bəxşişləri!
Ulduzların bahalı yaşam tərzi heç kəsə sirr deyil. Onların gecə şənlikləri üçün böyük pullar xərcləməsi də normal qarşılanır. Amma vaxt ödənişə gəlib çatanda ulduzlar özlərini qəribə aparırlar. Bəziləri hesabdan başqa ofisianta da "hörmət ...
Wi-Fi ilə çaynik qaynatdı VIDEO Wi-Fi ilə çaynik qaynatdı VIDEO
Britaniyalı Mark Rittman 11 saat ərzində Wi-Fi ilə çaynikdə su qaynatmağa çalışıb. Meqale.Net-in “The Guardian” nəşrinə istinadən verdiyi məlumatına görə, Rittman cəmi 1 fincan çay içmək istəyib, lakin təsəvvür etməyib ki, suyu qaynatmaq ü&cc...
Futbolçunun bacarıqları haqqında Futbolçunun bacarıqları haqqında
Günümüzdə futbol elə bir yüksək həddə gəlib çatıb ki , indiyə qədər olan bütün zamanların ən yaxşı dövrünü yaşayır desək yanılmarıq məncə. Messi də , Ronaldo da, Neymar da və s. bir çox istedadlı futbolçular da keçmişin ən yaxş...
Yumurta soymağın, nar dənələməyin və s. asan yolları Yumurta soymağın, nar dənələməyin və s. asan yolları
Praktik bilgilər Məqalə.Net-in Aile.lent.az-a istinadən təqdim edəcəyi bu praktik bilgilər mətbəxdə çox işinizə yarayacaq. Fotolara baxandan sonra illərlə doğru bildiyiniz nəsnələrin yanlış olduğunu anlayacaqsınız. Yumurtanı hamımız bu cür soyuruq. Çox vaxt da qabığı ilə bər...
Tək səhifəlik saytdan 4 ayda 1 milyon dollar qazanan adam! Tək səhifəlik saytdan 4 ayda 1 milyon dollar qazanan adam!
Tələbə vaxtlarında 5 qəpik pulu olmayan Alex Tew, tək bir səhifəlik saytdan necə 1 milyon dollar qazandığı barədə danışdı. Alexin viral şəklində yayılan saytı http://milliondollarhomepage.com -u bəlkə də daha əvvəl eşitmisiniz. Tələbə olduğu illərdə cibində 5 qəpik pulu olmadığı bir anda "st...
Saçlar nə üçün ağarır? Saçlar nə üçün ağarır?
Sizdə gündən-günə saçınızdakı ağ tüklərin artdığını hiss edirsiniz? Məqalə.Net bunun səbəblərini yazır: Əslində bir saç teli ortası boş olan və içində melanin deyilən rəng piqmentleri olan bir balondan başqa bir şey deyil. Gənc yaşlarında bu boşluqda saç...
Qapılardan birini seç, xasiyyətini öyrən (TEST) Qapılardan birini seç, xasiyyətini öyrən (TEST)
Yuxarıdakı şəkildə qarşınıza 10 fərqli rəngdə qapı çıxıb. Meqale.Net Aile.lent.az-ın yazdığı testə əsasən seçdiyiniz qapıya görə sizin xarakteriniz analiz edilək. Hər rəngli qapı nömrələnib. Əvvəlcə diqqətlə baxın və seçdiyiniz qapının nömrəsini yadınızda saxlayın...
Çox zaman səhv istifadə etdiyiniz 9 emosiyalar Çox zaman səhv istifadə etdiyiniz 9 emosiyalar
Bir görüntü 1000 sözə bədəl olduğu və bizlər də daha az zamanda daha çox şey deməyi sevdiyimiz üçün internet üzərindəki əlaqələrimizdə tez-tez şəkillərdən istifadə etməyi sevirik. Onlayn mesajlaşmalarımızda hisslərimizi qarşı tərəfə sadəcə söz...
Gözlər və rəngləri Gözlər və rəngləri
Gözlər və baxışlar mənaları ilə insana çox söz deyə bilər. Gözlərin gözəlliyinə və rənglərinə görə əsrlər boyu şairlər ser yazmış, yazıçılar hekayə və romanlar qələmə almışdır. Gözlərin rənginin müxtəlifliyi kimi, gözəlliyi də müxtəlifdir. ...
Azərbaycan - nın xoşbəxt ölkələr siyahısındakı yeri Azərbaycan - nın xoşbəxt ölkələr siyahısındakı yeri
"Xoşbəxt ölkələr"in ("World Happiness Report") reytinq sırasında Azərbaycan 81-ci yerdədir. "Report" xəbər verir ki, bu barədə BMT-nin hesabatında bildirilib. Məlumatda qeyd olunub ki, BMT-yə üzv olan 158 ölkədə bununla bağlı araşdırma aparılıb. Ermənis...
Bu evlər kiçik, amma möhtəşəmdir! Bu evlər kiçik, amma möhtəşəmdir!
Məqalə.Net Teknolojioku-ya istinadən kiçik ev sevənlərə ilham olacaq 25 dizaynı paylaşır. Hər nə qədər saray kimi böyük evlər insanın xəyallarını bəzəsə də, kiçik və şirin evlər bir çox cəhətdən daha üstündür. Böyük evlər həmişə daha yaxşı o...
MilliNet.Biz artıq Məqalə.Net ilə.. MilliNet.Biz artıq Məqalə.Net ilə..
Əziz oxucuların hər vaxtı xeyirli olsun. MilliNet.Biz adını saytımıza daha münasib olan Meqale.Net ilə əvəzlədik. - Biz nə edirik? + Hərkəsin maraq dairəsində olan, hamıya faydalı olan, cansıxıcı olmayan qarışıq məqalələri sizinlə bölüşürük. Sayt yaşından asılı olmayara...
Eşitmədiyiniz fərqli və maraqlı məlumatlar Eşitmədiyiniz fərqli və maraqlı məlumatlar
-Coca Cola hazırlanarkən rəngləndiricidən istifadə edirlər, əsl rəngi yaşıldır. -Almaniyada bir çox qocalar evinin önüdə yaşlı vətəndaşların qaçıb getməsinin qarşısını almaq üçün saxta dayanacaqlar var. -Bütün qütb ayıları solaxay olur. -Saa...
Dünya qəfil dayansa nə olardı? Dünya qəfil dayansa nə olardı?
Yer kürəsi bir gün öz ətrafında dönməni dayandırsa görəsən dünyada nə baş verər? Hansı dəyişikliklər olar? Məqalə.Net Kulis.az-a istinadən bu prosesləri təqdim edir. Yür kürəsi ekvatorda 1650km/s-dən daha sürətlə dönür. Əgər bu sürətlə ...
Rahat həyat ömrü qısaldar.. Rahat həyat ömrü qısaldar..
Hər kəsə bəllidir ki, aktiv həyat tərzi sürən insanların sağlamlıq göstəriciləri oturaq həyat keçirənlərlə müqayisə olunmayacaq qədər fərqlidir. Son illər Azərbaycan da oturaq həyata meylli insanların yaşadığı ölkəyə çevrilmək üzrədir. Günün müəy...
Çində meqaşəhər inşa ediləcək! Çində meqaşəhər inşa ediləcək!
Meqaşəhər Pekini qonşu şəhər və əyalətlərlə birləşdirəcək Çin hökuməti ölkədə əhalisi 130 milyon insanı ötəcək meqaşəhərin yaradılması üzrə planın reallaşdırılmasına başlayıb. Meqaşəhər Çinin böyük şəhərlərinin aqlomerasiyası (şəhərlərin intensiv ist...
Ən yüksək kirayə qiymətlərinə sahib olan şəhərlər Ən yüksək kirayə qiymətlərinə sahib olan şəhərlər
Məqalə.Net Teknolojioku.com-a istinadən yüksək kirayə qiymətlərinə sahib olan şəhərləri sizin üçün yazır. 1) Miami http://cdn.teknolojioku.com/data/news/1/1473949780_10.jpg Orta hesabla icarə: 1868 dollar Əsas ehtiyaclar: 140 dollar Süd (1 qallon): 3.56 dollar Ne...
Hamıdan çox bildiyini iddia etmək: Dunning Kruger təsiri Hamıdan çox bildiyini iddia etmək: Dunning Kruger təsiri
Bir çox insanlar hər zaman digərlərindən daha çox bildiyini iddia edirlər. Elmi dildə bunun adı Dunning Kruger təsiri adlanır. Əslində həyatımızın hər anında belə xarakterli insanlarla qarşılaşırıq. Nə qədər az bilik, bacarığa sahib olsalar da özlərini hər zaman hər şeyi bilən ...
Dünyanın ən pis rəngi Dünyanın ən pis rəngi
Rənglərin psixologiyaya təsiri artıq hamıya məlumdur. Məsələn, mavi rəngin sakitlik verdiyi, qırmızı rəngin təhlükə və adrenalin yüksəlməsinə səbəb olduğu, yaşılın insana rahatlıq verməsi artıq təstiqlənmiş faktdır. Əgər rənglərin insana təsiri bu qədər böyükdürsə, onda ən p...
Süni qızıl hazırlanacaq Süni qızıl hazırlanacaq
İsrailin Texnion universitetinin tədqiqatçılar ilk dəfə olaraq laboratoriya şəraitində süni qızıl yetişdirməyə nail olublar. Məqalə.Net publika.az-a istinadən bildirir ki, bu barədə "Jerusalem Post" xəbər yayıb. Bu kəşf universitetin mühəndislik fakültəsi...
Bürclərin tarixləri dəyişdirildi! Bürclərin tarixləri dəyişdirildi!
NASA, Ulduzların Dünyaya görə istiqamətlərini dəyişdiyini, bu səbəbdən də bürc tarixlərinin dəyişdirildiyini açıqladı. NASA, tarixi minlərlə ilə dayanan bürclər ilə bağlı gözlənilməyən açıqlama etdi. Ulduzların Dünya ilə olan mövqelərinin dəyişdiyi...
Niyə xalq olaraq inkişaf etmirik? Niyə xalq olaraq inkişaf etmirik?
Fərdi inkişafım üçün özümə çox zaman “Niyə?” sualını verirəm. Məsələn; dərsləri yerinə yetirəndə, insanların çox olduğu yerlərdə və s. Gəlin, indi ümumi Azərbaycan modelinə, Azərbaycan cəmiyyətinə “niyə?” sualını verək. Məncə, elə...
Hamımıza maraqlı gələn 10 məlumat Hamımıza maraqlı gələn 10 məlumat
Məqalə.Net hamınıza maraqlı gələcək 10 məlumatı sizlərə yazır: 1. Kəşf olunmuş ən böyük ulduz Canis Majorisdir. Diametri Günəşdən 600 dəfə böyük olsa da, kütləsi sadəcə 30 dəfə böyükdür. Aşağıdakı şəkildə onun başqa ulduzlar və planetlərlə müqayis...
Türklər yeni tank hazırlayırlar! Türklər yeni tank hazırlayırlar!
Türkiyənin Milli Tank İstehsal Proyekti artıq yeni bir modelin istehsalına start verir. Türkiyə Quru Qoşunlarının 1000 ədəd yeni ALTAY tankı istəyilə həyata keçirilən bu proyektdə ilkin mərhələdə 250 ədəd tank istehsal olunacaq. "Daimler-Chrysler"in təmin etdiyi alman m&uu...
Keçmişdə olmuş 6 qorxunc və qəribə xəstəliklər Keçmişdə olmuş 6 qorxunc və qəribə xəstəliklər
İnsanlıq tarixində bir çox qorxunc xəstəlik və epidemiyalar olmuşdur. Məsələn, qara ölüm (taun pandemiyası), çiçək xəstəliyi, vərəm və s. Bu xəstəliklərin hər biri keçmiş nəsillər üçün qorxunc bir yuxu kimi idi. Lakin, həmin xəstəliklərin arasın...
Sosial şəbəkənin yeni trendi: "Təhsilin ilk və son günü" Sosial şəbəkənin yeni trendi: "Təhsilin ilk və son günü"
Sosial medianın yeni trendi: Təhsilin ilk və son günü. Təqvimlər artıq sentyabr ayını göstərir və tezliklə ölkəmizdə də dərs həyəcanı başlayacaq. Yeni trend sadəcə şagirdlərin deyil, həmçinin tələbələrin də diqqətini cəlb edib. Bir çoxları məktəbə və ya bağça...
İstiyə dözümlü şokolad istehsal edildi! İstiyə dözümlü şokolad istehsal edildi!
İsveçrədə şokolad istehsalçısı Barry Callebaut istiyə dayanıqlı şokoladlar inkişaf etdirdiyini açıqladı. Normalda şokolad 34 dərəcədə əriyir. Bu məhsulun Orta Şərq, Afrika və Asiya bazarları üçün çıxarıldığı bildirilir. Şirkətin icraçı direkt...
Ən qədim insanın təxmini ölüm səbəbi məlum oldu Ən qədim insanın təxmini ölüm səbəbi məlum oldu
Elm adamları dünyanın ən qədim insan skeleti üzərində apardıqları araşdırmalardan sonra maraqlı bir nəticəyə gəliblər. Müasir elmə bəlli olan ən qədim insan skeletinin 3,18 milyon yaşı var. Alimlərin şərti olaraq "Luzi" adlandırdıqları skelet Efiopiya ərazisində tapılıb. ...
Sovet dövrünü hələ də yaşadan ölkə Kuba Sovet dövrünü hələ də yaşadan ölkə Kuba
Kuba – turistlərin böyük maraqla görmək istədiyi bir ölkədir. Məhz burada hələ də sovet izlərinə rast gəlmək mümkündür və məhz bu ölkə yalnız öz rom içkisi ilə deyil, yüksək təhlükəsizlik səviyyəsi ilə də məşhurdur. Bəs bu ö...

←Geri qayıt


Reklam


Təsadüfi məqalələr

Hansı daha möhkəmdir? Galaxy S7 Active vs Moto Z Force Hansı daha möhkəmdir? Galaxy S7 Active vs Moto Z Force
7 Avq. 2016, 12:07
Beyini aktivləşdirmək və qocalmaqdan qorumaq üçün hər gün 1 stəkan bunu için... Beyini aktivləşdirmək və qocalmaqdan qorumaq üçün hər gün 1 stəkan bunu için...
2 Dek. 2016, 17:37
Soyuqdəymənin qarşısını alan vitaminlərlə zəngin salat Soyuqdəymənin qarşısını alan vitaminlərlə zəngin salat
14 Okt. 2016, 20:18
Bir telefonun istehsal qiyməti əslində nə qədərdir? Bir telefonun istehsal qiyməti əslində nə qədərdir?
3 İyul 2016, 19:14
Hololens eynəkləri artıq satışda Hololens eynəkləri artıq satışda
7 Avq. 2016, 16:59
Yumurtanı soyuducuya qoymaq düzgündürmü? Yumurtanı soyuducuya qoymaq düzgündürmü?
1 İyul 2016, 17:59
Şəkərsiz, yağsız, unsuz resept Şəkərsiz, yağsız, unsuz resept
30 Sent 2016, 19:55
Instagram-ın ən çox bəyənilən şəxsi sizcə kimdir? Instagram-ın ən çox bəyənilən şəxsi sizcə kimdir?
2 Dek. 2016, 23:05
Bu il iPhone 7 nə səbəbə təqdim olunmayacaq? Bu il iPhone 7 nə səbəbə təqdim olunmayacaq?
1 İyun 2016, 23:40
Eyni anda neçə işə birdən konsentrasiya ola bilərik? Eyni anda neçə işə birdən konsentrasiya ola bilərik?
5 İyul 2016, 19:41
İlham gətirən 10 əla mətbəx dizaynı İlham gətirən 10 əla mətbəx dizaynı
4 İyul 2016, 19:52
Google-da öz smartfonunu istehsal edəcək.. Google-da öz smartfonunu istehsal edəcək..
28 İyun 2016, 22:55
Nə üçün? deyə verdiyimiz suallardan dördü Nə üçün? deyə verdiyimiz suallardan dördü
3 İyul 2016, 22:56
Baş ağrısından dərmansız, təbii yollarla qurtulun Baş ağrısından dərmansız, təbii yollarla qurtulun
17 Sent 2016, 22:58
Çayın ürək sağlamlığına olan 3 faydası Çayın ürək sağlamlığına olan 3 faydası
20 Noy 2016, 17:34
Bumeranq nədir? Nə işə yarayır? Nə zaman yaranmışdır? Bumeranq nədir? Nə işə yarayır? Nə zaman yaranmışdır?
27 İyun 2016, 04:18
Körpə 7-9 aylığında Körpə 7-9 aylığında
28 May 2016, 13:50
Clash of Clans Clash of Clans
30 May 2016, 20:32
Bahalı telefonlar necə hazırlanır? Bahalı telefonlar necə hazırlanır?
9 İyun 2016, 23:24
Eşitmə qüsuru olan insanlar üçün xoş xəbər Eşitmə qüsuru olan insanlar üçün xoş xəbər
4 Okt. 2016, 08:30

Kateqoriyalardan

Maraqlı

Sevgiyə aid maraqlı cümlələr (29 Sent 2017, 16:55)
Beyin şəbəkəsində 11 ölçülü quruluşlar kəşf edildi! (11 İyul 2017, 10:27)
Ekstremal vəziyyətlərdə necə davranacağınıza dair 10 həyati taktika (18 Mart 2017, 11:48)
Google CEO-sunun şəxsən cavab verdiyi 7 yaşındakı qızdan Google-a iş müraciəti (19 Fev. 2017, 21:36)
Dünya üzərində insan istehsalı olan obyektlərin ümumi çəkisi nə qədərdir? (10 Dek. 2016, 14:13)
Kolbasaya qatılanlar sizi şok edə bilər: peyin, milçək sürfəsi... (10 Dek. 2016, 00:36)
İŞİD-in saytına daxil olan fransa vətəndaşı problemlə üzləşib (3 Dek. 2016, 14:21)
Faydalı

Şəkildə cazibədar görünməyin 10 qaydası (16 Apr. 2017, 16:57)
Rahat yatmaq istəyirsinizsə, limonu dilimləyin və .. (1 Apr. 2017, 13:36)
Güclü küləyin sağlamlığınıza 7 mənfi təsiri (1 Apr. 2017, 13:31)
Bu əşyaların son istifadə tarixini bilirsiniz? (19 Fev. 2017, 21:45)
Android cihazlar üçün 5 qızıl məsləhət (3 Yan. 2017, 01:27)
Dodağınıza uçuq çıxıb? Pambığı süddə isladın və.. (23 Dek. 2016, 02:02)
Duzlu suyun möcüzəsi! (11 Dek. 2016, 17:42)
Texnologiya

Milyonlarla iPhone istifadəçisinə Apple-dan pis xəbər! (15 Apr. 2017, 11:49)
Nəhayət ki, bu baş verdi! Dubayda uçan sürücüsüz taxilər fəaliyyətə başlayır (tarix deyildi) (19 Mart 2017, 01:25)
"Microsoft"un yeni texnologiyası, proqramçıları işsiz qoya bilər (24 Fev. 2017, 20:22)
Androidə rəqib olacaqdı, amma qrupu dağıtdılar. (4 Fev. 2017, 12:02)
iPhoneda yeni mesajı gizləmə xüsusiyyəti VIDEO (14 Dek. 2016, 21:10)
Artıq telefonunuzu bir toxunuşla şarj edə biləcəksiniz (VİDEO) (13 Dek. 2016, 23:13)
Modemləri zombiyə çevirən zərərli proqram bütün dünyanın internetini kəsəcək gücdədir (12 Dek. 2016, 18:56)
Elm və Təhsil

NASA yüksək radiasiya yayan yeni qalaktika kəşf etdi! (1 Yan. 2017, 11:08)
Sutkada 25 saat nə zaman olacaq? (9 Dek. 2016, 16:14)
Alimlər mal ətinin əvəzləyicisini tapıblar! (21 Noy 2016, 18:13)
Qadınların yaddaşı kişilərdən daha güclüdür (11 Noy 2016, 20:19)
Alkoqolizmin dərmanı kəşf olundu! (9 Noy 2016, 14:33)
Delfinlər haqqında inanılmaz və maraqlı yeni fakt ortaya çıxıb! (4 Noy 2016, 17:46)
Sol və Sağ beyin birlikdə çalışarsa nə olar? (31 Okt. 2016, 09:06)
Mətbəx

Sevgilinizə bu yeməkləri bişirin - RESEPT (13 Fev. 2017, 22:26)
10 dəqiqəyə əlüstü hazır olan BALLI PEÇENYELƏR (13 Noy 2016, 18:12)
Göbələkli blinçik necə hazırlanır? (1 Noy 2016, 01:31)
Şokoladlı gavalı mürəbbəsi (23 Okt. 2016, 14:29)
Ətlə lavaş piroqu (23 Okt. 2016, 14:25)
Zebra naxışlı keks resepti (21 Okt. 2016, 15:50)
Bulqur şorbası resepti (21 Okt. 2016, 15:29)
Oyunlar

GTA V-də kimsəsiz evin yaxınlığında kəşf edilən ürküdücü sirr ortaya çıxarıldı! (1 Noy 2016, 21:04)
Hacker olmaq üçün super oyun: Hackers (23 Sent 2016, 11:42)
Forza Horizon 3 nəhayət tamamlandı! (31 Avq. 2016, 12:08)
2016-cı ilin ən yaxşı oyunları açıqlandı (29 Avq. 2016, 00:39)
WWE Immortals oyunu yüklə (26 Avq. 2016, 17:27)
Cross fire (27 İyun 2016, 18:21)
Zombie Objective (21 İyun 2016, 16:26)
Musiqilər

Mursel - Melek 2016 (5 İyun 2016, 16:49)
Vasif Azimov - Cani Yanar 2015(ft Deniz) (30 May 2016, 20:51)
Yumor

Ronaldonu belə görməmisiniz! - GÜLÜŞ VAXTI (10 İyul 2016, 19:00)
Nisbilik nəzəriyyəsi - QISA VƏ YUMORİSTKİK İZAH (3 İyul 2016, 13:30)
Yalnız qadınlar anlayacaq :) - YUMOR (20 İyun 2016, 00:01)
Məşhurlar və atlar (18 İyun 2016, 00:40)
Qeybətcil arvadların proqnozu)) (5 İyun 2016, 20:42)
Xanım Tapmadığı üçün Məzuniyyət Gecəsinə Pişiklə Gələn Oğlan (28 May 2016, 14:36)
Şeirlər

Profil üçün mənalı və marağlı statuslar (1 Apr. 2017, 23:11)
Maraqlı sevgi statusları (1 Apr. 2017, 18:59)
Cızma-qara.. Parvin Mehtiyev (26 Mart 2017, 17:23)
Sevdim - Pərvin Mehtiyev (24 Mart 2017, 20:24)
Nizami Gəncəvi - lirik qəzəl (9 Mart 2017, 19:33)
Mənə Baxdın (qəzəl) (20 Noy 2016, 12:40)
Sevgi Dəmidir (qəzəl) (20 Noy 2016, 12:21)
Uşaq dünyası

Uşaqların təhsilə münasibətində valideynin rolu (14 Okt. 2016, 23:54)
Körpələrin diş çıxarma əlamətləri (27 Sent 2016, 20:22)
İştahasız uşaqlar üçün faydalı məsləhətlər (26 Sent 2016, 18:29)
Uşağınız qaranlıqdan qorxursa (13 Avq. 2016, 22:55)
Hər gördüyünü istəyən uşaqla necə davranaq? (1 İyul 2016, 00:36)
Uşağa necə "yox" deyək? (28 İyun 2016, 22:45)
Körpə 1 aylığında (22 İyun 2016, 18:09)
Hekayələr

Xoşbəxt pişik (16 Okt. 2016, 11:49)
Nabokovun Sərnişin hekayəsi (26 Sent 2016, 13:58)
Bir işin dəlisi olmaq.. (3 İyul 2016, 14:39)
Eynşteyn və sürücüsü (3 İyul 2016, 13:23)
"Axmaq" şagird - HEKAYƏ (2 İyul 2016, 19:54)
Üç sual-Lev Tolstoy (1 İyul 2016, 00:51)
Kim yaradırsa, oda yaddaşlarda qalır, Nazim Hikmət kimi! (19 İyun 2016, 15:58)
Tariximiz

Azərbaycanlı ANALARIN yaraşığı - Kəlağayı - TARİXİMİZ (19 İyun 2016, 22:03)
Milli təfəkkür tərzimiz olan xalça (17 İyun 2016, 19:17)
Azərbaycan tarı (17 İyun 2016, 18:50)
Tarixdə Şah İsmayıl anasını öldürübmü? (1 İyun 2016, 16:27)
Mübariz İbrahimov (30 May 2016, 00:47)
Azərbaycanın Milli Qəhrəmanları (30 May 2016, 00:39)
Sara Xatun (29 May 2016, 13:55)
Şəkillər

Oxşarlıq sizi şoka salacaq: məşhurların əkizləri. ŞƏKİLLƏR (1 Apr. 2017, 13:26)
Bu fotolar ən yaxşı ordu fotoları seçildi (26 Okt. 2016, 19:08)
Instagramın "Ən qəribə" fotoqrafçısı (24 Okt. 2016, 19:13)
Sosial şəbəkələr futbol klubu olsa idi formaları necə olardı? (22 Okt. 2016, 21:40)
Yaponların hazırladıqları qeyri-adi çətirlərə baxın (16 Okt. 2016, 12:06)
Cizgi film qəhrəmanlarının real həyatda şəkilləri (28 Sent 2016, 19:19)
Qəlb isidən SSRİ həyatının təsvir edən Natürmort rəsmlər (3 Sent 2016, 23:20)
Tibb sahəsi

İtaliyada uşaqlarına peyvənd etdirməyənlərə cərimə edilir (23 May 2017, 14:43)
Hər 10 ölümdən birinin səbəbi "Siqaret" (6 May 2017, 21:17)
Baş ağrısının 7 qeyri-adi səbəbləri (19 Dek. 2016, 18:52)
Bədənimizdə yaşayan bakterilər bizi xərçəngdən qoruyur.. (11 Noy 2016, 12:20)
Xərçəng xəstəliyinin sağalmama səbəbi müəyyən edildi (8 Noy 2016, 23:49)
Bu göbələklər qaraciyər çatışmazlığına səbəb olur XƏBƏRDARLIQ (5 Noy 2016, 13:36)
İnsan xasiyyətinin onun sağlamlığına qoyduğu təsirlər! (24 Okt. 2016, 12:59)
Proqramlar

"Necə və hansı proqramla?" dediyimiz 6 suala cavab (3 Yan. 2017, 01:37)
Adobe Photoshop Fix: Android üçün təqdim olundu! (4 Noy 2016, 23:17)
Artıq Whatsapp-da VİDEOZƏNG-lər belə edə biləcəksiniz! (yüklə) (27 Okt. 2016, 15:53)
Play Store-da tapa bilməyəcəyiniz ən yaxşı APKlar (19 Okt. 2016, 18:34)
Android cihazı ilə edə biləcəyiniz 3 maraqlı şey (16 Okt. 2016, 21:34)
Facebookda hesabı necə silirlər? (15 Okt. 2016, 22:25)
Kompüterlər üçün nəhayət Instagram istifadəyə verildi (14 Okt. 2016, 20:09)
Videolar

Britaniyalı şəxs "Dəmir adam" geyiminin işlək prototipini təqdim etdi. VİDEO (1 Apr. 2017, 18:36)
iPhone 7-nin timsahın dişlərinə qurban verərək dözümlülüyünü yoxladı (VİDEO) (25 Dek. 2016, 13:44)
2016-cı ilin ən maraqlı hadisələrini 2 dəqiqəlik videoda əks etdirdilər (17 Dek. 2016, 23:02)
Nüvə bombasının partlamasının fəsadları (VİDEO) (10 Noy 2016, 16:35)
Qolları olmayan qız hər işi görür, inanılmaz bacarıqlarına baxın VIDEO (3 Noy 2016, 21:08)
Alyaskada yaşayan bu canlı hər kəsin diqqətini cəlb edib (Video) (2 Noy 2016, 15:22)
Adrenalin sevənlərə VİDEO (17 Sent 2016, 23:44)

Bizi Facebookla izlə!

Ana səhifə
Saytda axtar
Haqqımızda
Bizimlə əlaqə
Joshgunpro.com
Reklam ver
Saytın xəritəsi
Meqale.Net — 2016 ©
* Materiallardan istifadə zamanı istinad mütləqdir!