MyPassion
Nəyə görə itlərlə ünsiyyətdə olarkən danışığımıza fikir verməliyik?
5 Sent 2016, 00:34 \ Baxılıb: 980 dəfə \

İt heç zaman öz sahibini məhkum etməz. Çünki o, sahibinin nə dediyini anlamır. Lakin, bəlkə də hər şey bu qədər sadə deyil.

Doğrudandamı insanlar və itlər nitqin anlaşılması üçün fəaliyyət göstərən eyni sinir bölmələrinə sahibdirlər? İnsanlar nitq və intonasiya anlaşılması barəsində böyük inkişafa sahibdirlər. Müşahidələrə əsasən itlər də həmin prosesi yerinə yetirə bilirlər. Lakin daha kiçik miqyasda. Amerikanın Elmin İnkişafına Yardım Assosiasiyasının (AAAS) sözlərinə görə müşahidəçilər itlərin sahiblərinin səsyazmalardakı səslərinə qulaq asan zaman onların beyinlərini MRT vasitəsilə müşahidə ediblər.
Məqalə.Net-in "Technote.az" və "Ru.pcmag.com" saytlarına istinadən verdiyi məlumata görə itlərin beynindəki neyron aktivliyini araşdırandan sonra alimlər maraqlı bir nəticəyə gəliblər.


Onlar müəyyən ediblər ki, itlər öz sahiblərinin nitq və intonasiyasını anlamaqdan əlavə məlumatları adi insan beyni kimi emal edirdilər. Bundan əlavə aparılmış müşahidələr əsasında məlum olub ki, itlər də insanlar kimi müəyyən sözlərin mənasını başa düşmək üçün beynin sol yarımkürəsindən istifadə edirlər. Yaxşı sözlər ilə xeyirxah intonasiyanın birləşməsi itlərə böyük zövq verirdi. "Bu onu sübut edir ki, itlər sahiblərinin nə dediklərini və necə dediklərini başa düşürlər. Bununla yanaşı onlar bu iki faktoru sahibin nə dediyini anlamaq üçün birləşdirirlər” - deyə müşahidəçilər bildiriblər. Digər sözlə desək, itlər sizin nə dediyinizi anlaya bilirlər. Ona görə də nə dediyinizə fikir verin.

Şərhlər (2)
  • MyPassion

    vuqar
    11 Sent 2018, 20:12 - [cavab]

    zooscool.com
  • MyPassion

    vuqar
    11 Sent 2018, 20:12 - [cavab]

    it saxlayan qadinlarin coxsu iti ozleri ucun saxlayir er evezicoxsu
Şərh bildir