MyPassion
"Opera Mini" brauzerindən super yeniliklər!
1 İyul 2016, 00:22 \ Baxılıb: 1100 dəfə \

Salam Meqale.net oxucuları! Bir çoxlarımız rahat istifadəsinə görə məşhur "Opera" brauzerindən istifadə edirik. "Opera Mini" daha sürətli və daha əlverişli olması, yığcam naviqasiyası ilə ön plana çıxır. Həmçinin şəxsi keşinin olması sayəsində bir öncəki səhifələrə geri qayıdarkən, səhifəni yeniləməyə ehtiyac qalmır. Bunun sayəsində internet trafikinə də qənaət etmiş oluruq. Son gələn versiyada isə "Opera Mini" daha modernləşməyi bacarıb. Artıq qırmızı rəngli interfeysdən bezənlər istədiyi rəngi özləri seçə biləcəklər. Həmçinin bu dəfəki versiya özü ilə çox gərəkli bir funksiyanı da gətirdi - avtomatik reklam bloklayıcı. Yeni Opera ilə veb-sörfinq etmək daha asandır. Sizə proqramdan görüntüləri təqdim edirik..

Yuxarı sahə göy rəngdədir



Reklamlar avtomatik bloklanır və sayı aşağı küncdə göstərilir


Ana səhifə və dəyişilmiş naviqasiya simgələri




Müəllif: Meqale.net

Şərhlər (0)
Şərh bildir