MyPassion
Qara geyimlər bizi daha inamlı və cazibədar edir
6 İyun 2016, 13:43 \ Baxılıb: 756 dəfə \

Qara rəngin cazibədarlıq və özünə inamla bağlı olduğunu heç düşünmüsünüzmü? Bir çox hallarda bədbinliyin rəngi hesab edilən bu rəng haqqında insanlar əslində tamamilə fərqli fikirdədirlər. Bu da məhz onların geyimlərində özünü göstərir.

Bir çoxlarının asan seçim hesab etdiyi bu rəngdə olan geyimlər Azərbaycanda da çox sevilir. Rəngarəng geyimlər əvvəlki illərə nisbətən, indi daha çox geyinilsə də, hələ də cəmiyyətdə qaraya üstünlük verən insanların sayı çoxdur.
The Independent qəzetində dərc olunan bir araşdırmanın nəticələrinə əsasən, qara geyim bizi daha cazibədar, sirli və özünə inamlı göstərir.



Özünə inamı təcəssüm edən rənglər

Araşdırma ərzində 1000-dən artıq insandan müxtəlif rənglərlə bağlı assosiasiyaları soruşulub. Bütün müsbət kateqoriyalaeda qara rəng ya birinci, ya da ikinci olaraq qeyd edilib. Demək olar ki, heç bir halda mənfi elementlərlə əlaqələndirmə baş verməyib. 66 faiz qadın düşünür ki, bu rəng kişiləri çox cəzb edir. Bu güman digər tərəfdən də öz təsdiqini tapıb. Belə ki, kişilərin 46-ı faizi qadınların qara rəng geyinməsinə üstünlük verir.

Kişilərin qadınlarda üstünlük verdiyi rənglər və qadınların Kişilərdə üstünlük verdiyi rənglər
Qırmızı özünə inamla əlaqələndirilən ikinci rəng olaraq görülüb. Bununla birlikdə, bəzi insanlar bu rəngi özündənrazılıqla, 12 faiz insan isə intellekt ilə əlaqələndirib. Ağılla əlaqələndirilməyən rənglər isə sarı, narıncı və əlbəttə ki, çəhrayı rəng olub.

Mənbə: Pahoo.az

Şərhlər (0)
Şərh bildir