MyPassion
"Qitələri keçən" nəhəng dinozavrlar tapıldı!
22 Okt. 2016, 17:13 \ Baxılıb: 1342 dəfə \

Milyon illər əvvəl yalnız Cənubi Amerikada yaşadığı düşünülən iki dinozavrın qalığı Avstraliyada tapıldı.

Tətqiqatçılar bu dinozavrların təxminən 100 milyon il əvvəl Antraktidadan keçib Avstraliyaya getdiyini düşünürlər.
Hər iki qalıq saropod olaraq adlandırılan növə aiddir. Saropodlar böyük, uzun boyunlu və kiçik başlı otobur dinozavrlar olaraq bilinir.

Saropodlar eyni zamanda ən böyük dinozavrlar olan Titanozorlar sinifindəndir. Tapılan fosillər Titanozorların 100 milyon il əvvələ qədər dünya üzərində yaşadıqlarını da göstərir.

Avstraliya dinozavrlar Çağı Muzeyi araşdırmaçılarından Dr Stephen Poropot, qalıqlar sayəsində 100 milyon il əvvəlki iqlim şərtlərinin və qitə mövqelərinin dinozavrlara necə təsir etdiyini aydın ifadə edir. Poropot, həmçinin qalıqların dinozavrların təkamül prosesinə də işıq tuta biləcəyini vurğulayır.


Bəs onların qütbləri keçmələri necə mümkündür?

Qitələrin milyonlarca il içərisində hərəkətləri və qlobal iqlim dəyişiklikləri səbəbiylə nəhəng dinozavrların qütbləri keçməsinin mümkün ola biləcəyi düşünülür. Dinozavrlar, havaların istiləşməsi və buzlaqların əriməsi səbəbilə qitələr arasında yaranan körpülərdən keçib Cənubi Amerikadan Avstraliyaya qədər gəlmişlər.

Meqale.Net

Şərhlər (0)
Şərh bildir