MyPassion
Qurşaq vaxtı anlayışı
18 İyun 2016, 13:33 \ Baxılıb: 2418 dəfə \

Yer kürəsi 24 saatda öz oxu ətrafında fırlandığına və hər saatda 15° yol qət etdiyinə görə (360° : 15° = 24) 24 saat qurşağına bölünür. Yer kürəsinin quru sahəsində saat qurşaqlarının sərhədləri düz xətt üzrə deyil, çox zaman inzibati sərhədlər boyunca çəkilmişdir. Bu qayda ölkə daxilində vaxtın vahidliyinə nail olmaq və insanların həyatında və fəaliyyətində uyğunsuzluğa yol verməmək məqsədi ilə qəbul edilmişdir.

Bəzi ölkələrdə gündüz işığından iş günü ərzində daha səmərəli istifadə ermək, eyni zamanda elektrik enerjisinə qənaət etmək məqsədilə yay və qış vaxtlarına keçmək üçün, saatın əqrəbi qurşaq vaxtından 1 saat irəli, yaxud 1 saat geri çəkilməsi haqqında dövlət təfəfindən sərəncam verilir ki, buna da dekret vaxtı deyilir. Ölkəmizdə martın son bazar günü saatın əqrəbləri bir saat irəli, oktyabrın son bazar günü isə bir saat geri çəkilir.

0 (XXIV) saat qurşağı üçün Qrinviş meridianından 7,5° q.u. ilə 7,5° ş.u. arasındakı sahəni əhatə edir. Şərqə doğru hər 15 meridiandan bir, saat qurşağı artır.

0 (XXIV) 7,5 °q.u. - 7,5 °ş.u.
II 22,5 °ş.u. - 37,5 °ş.u
XI 157,5 °ş.u. - 172,5 °ş.u.
XIII 172,5 °ş.u. - 172,5 °ş.u.
I 7,5 °ş.u. - 22,5 °ş.u.
III 37,5 °ş.u. - 52,5 °ş.u.
XII 172,5 °ş.u - 172,5 °q.u.
XXIII 22,5 °q.u. - 7,5 °q.u.

Author: Məqalə.Net

Şərhlər (5)
Şərh bildir