MyPassion
Rahatlıq 10-du, 9-u faydalı məsləhətlər!
19 İyun 2016, 02:45 \ Baxılıb: 767 dəfə \

Bu məsləhətlərə riayət etsəniz, rahat həyat yaşayacaqsınız.

1. Acı yeməkdən sonra ağzınızda acı tam qalıbsa, su içmək əvəzinə, çörəyin içini və ya şirin bir şey yeyin.

2. Əhvalınız pozulanda açıq havada yürüş ə çıxın. Beyniniz sakitləşəcək.

3. Yata bilmirsiniz? Bədəndəki melatoninin səviyyəsini yüksəltməyə kömək edən gilənar yuxusuzluğun ən gözəl çarəsidir.

4. Yeməzdən əvvəl dişlərinizi fırçalasanız , az yeyə və çəkinizi daha tez azalda bilərsiniz.

5. 3 dəqiqə soyuq duş qəbul etmək 40 kalorini əridir.

6. Dezodorantı gecə vursanız, gün ərzində daha az tərləyərsiniz.

7. Saxsı qablardakı çiçəklər böcəklərə görə quruyursa, siqaretin külünü bitkinin dibinə tökün. Kül böcəkləri zəhərləyəcək .

8. Yumurtanı qaynadarkən qabıqlarının çatlamasını istəmirsinizsə, qaynayan suya yanmış kibrit atın.

9. Hıçqırıq tutanda nəfəsinizi 15 saniyə saxladıqdan sonra 3 dəfə udqunun . Qısa müddətə hıçqırığınız kəsiləcək.

Şərhlər (0)
Şərh bildir