MyPassion
SAHUR zamanu bu qidaların yeyilməsi faydalıdır
18 İyun 2016, 12:57 \ Baxılıb: 940 dəfə \

Ramazan ayında qidalanma düzənində ki dəyişikliklə bağlı olaraq sağlam insanlar da belə qəbzlik, mədə yanması, yuxululuq, unutqanlıq, diqqətsizlik, baş ağrısı, qan şəkərinin düşməsi, çəki artışı kimi şikayətlər meydana gələ bilər. Orqanizmdə baş verən dəyişiklikləri göz önünə alaraq bu şikayətləri minimuma endirəcək bir şəkildə qidalanma planımızın olması zəruridir.
Qarşıda 17 saatlıq aclığı nəzərə alsaq sahurda bizi uzun müddət tox tutacaq qidalar seçmək önəmlidir. J Sizdən gələn sualları cavablandırmaq üçün, gün ərzində tox qalmaq üçün sahurda nələr seçməliyik buna nəzər salaq .



Yumurta – ana südündən sonra ən gözəl protein qaynağı olan yumurta imsakda olmazsa olmazdır. Mükəmməl vitamin, mineral dəyəri ilə bizi tox tutan qidalar siyahısında olan yumurta sahurda əvəzolunmaz seçimdir.



Kefir – ramazan ayında bağırsaq problemləri yaşayanların sayı artır. Bunun üçün imsaqda istifadə edəcəyiniz kefir faydalı olar. Faydalı bakteriyalarınızı qoruyar, həm uzun müddət tox qalmağınızı təmin edər.



Çovdar çörəyi – Uzun müddət tox qalmağınızı təmin edər. Bağırsaqlarınıza faydalı olar, qan şəkərinizi tənzimləyər.



Qoz – Omega-3 yağ turşularından zəngim olan qoz sahurda yağ qrupundan ən gözəl seçimdir. Sizi uzun müddət tox tutar, ürək-damar sisteminizi qoruyar və liflərdən zəngin olduğundan Ramazanda qarşılaşa biləcəyiniz bağırsaq problemlərinizin qarşısını alar.



Şaftalı – az kalorili olub, çox gözəl vitamin ( A, C, E, K, B) deposu olan şaftalı sahurda ən gözəl meyvə seçimidir. Eyni zamanda yarana biləcək qəbzlik probleminin də qarşısını alır.



Yulaf – uzun müddət tox tutar, enerji verər. Orqanizmə faydası saymaqla bitməyən yulaf sahurda gözəl seçimdir.

Şərhlər (0)
Şərh bildir