MyPassion
SEO haqqında bilmədiyiniz 8 xüsusiyyət
24 Avq. 2016, 20:21 \ Baxılıb: 1076 dəfə \

SEO sadə bir şey deyil. Bu axtarış optimizasiyası bir çox komponentlərdən ibarətdir. Buna baxmayaraq onunla olan effektiv iş üsulları yenə də öz aktuallığını itirir.

Heç kimə sirr deyil ki, "Google” mütəmadi olaraq alqoritmlərini yeniləyir. Buna görə də, saytların axtarış sıralaması dəyişilir. Bundan əlavə şirkət alternativ sıralama üçün yeni imkanlar yaradan yeni texnologiyalar təklif edir. Bütün bunlar SEO mütəxəssislərinin işini çətinləşdirir. Belə ki, onlar hər dəfə yenilikləri öyrənərək onlara öyrəşməli olurlar. Baxmayaraq ki, çox adam SEO və orqanik trafik haqqında danışır, indiyənə kimi SEO haqqında çox adamın bilmədiyi 8 xüsusiyyət var. Onlar aşağıdakılardır:

1. Demək olar ki, hər zaman "çoxluq” yaxşı seçim deməkdir.


Bəzi sahələrdə "Google” böyük saytlara önəm verir. Məsələn əgər siz kişi cins geyimləri üzrə internet mağaza istifadəyə versəz çox çətin ki, kişi cins geyimlər üzrə axtarış zamanı ilk top onluğa düşəcəksiniz. Hansı səbəbə görə?

Axtarış nəticələri olaraq ilk səhifədə yalnız məşhur brendlər yer alacaq. Siz onlarla rəqabət apara bilərsiniz? Çox böyük ehtimal ilə xeyr. Bu cür hallarda "Google”məşhur brendlərə gənc startaplardan daha çox önəm verir. Belə ki, şirkət öz istifadəçilərinə daha yaxşı məhsulları təqdim etməyə çalışır. Bəs bu halda yeni kişi cins geyimləri üzrə şirkət yaratmamaq lazımdır? Xeyr bu belə deyil.

- İlk öncə şəxsi brendi irəli çəkmək və optimizasiya etmək lazımdır. Siz müəyyən dərəcədə məşhurluq qazanandan sonra insanlar sizin adınızı axtarış servisində axtarmağa başlayacaqlar.
- İkinci addım kimi ödənişli reklam üsuluna əl atmaq olar. Onun sayəsində siz qısa zaman ərzində ilk top onluqda yer alacaqsınız. Lakin bunun müqabilində müəyyən dərəcədə vəsait xərcləməli olacaqsınız.
- Üçüncü üsul olaraq isə düzgün açar sözlərin köməyi ilə brendi irəli aparmaqdır. Misal olaraq müəyyən dəb və rəng özəlliklli cins geyim üzrə axtarışı gətirmək olar. Adətən bu cür özəlliklər böyük şirkətlərin nəzərindən qaçır.

2. Saytlar seqmentlərə ayrılırlar


Reallıq ondan ibarətdir ki, siz saytın sıralanmasını yaxşılaşdırmaq üçün deyil, saytın ayrı-ayrı səhifələrini optimizasiya etmək üçün çalışırsınız. Əgər sizin saytınız bir səhifədən ibarətdirsə onda saytın və səhifənin optimizasiyası eyni mənanı daşıyacaq. Lakin çox güman ki, sizin saytınız bir neçə seqmentdən ibarətdir. Bura əsas səhifə, bloq, kateqoriyalar , FAQ və s. daxildir. Bu seqmentlərdən bəziləri digərlərindən daha vacibdir. Optimizasiyanı lazımi səhifələrdə tətbiq etmək lazımdır. Məhz o səhifələrə fokuslanmaq lazımdır hansılar ki, sizə axtarış nəticələrindən potensial müştəriləri cəlb edəcək.

3. Bir neçə sorğu əsasında sıralanmaq kifayət edir


İlk baxışdan elə görünə bilər ki, SEO üzrə uğur qazanmaq üçün şəxsi səhifələri 10-larla sorğu əsasında optimizasiya etmək lazımdır. Lakin buna hərdən ehtiyac duyulmur. Əgər siz kiçik sahədə çalışırsınızsa və sizin hədəf kütləniz müəyyən sərhədlərlə əhatələnibsə səhifələri bir və ya iki sorğu əsasında optimizasiya etmək kifayət edəcək. Bəzi saytlar üçün çoxlu açar söz əsasında sıralanma məntiqlidirsə, digərləri üçün ən vacib açar sözlər kifayət edəcək.

4. Məzmun marketinq sahəsindəki böyük rəqabət


Siz yəqin ki, "Məzmun şahdır” cümləsini eşitmisiniz. Təəssüflər olsun ki, indiki vaxtda bir çoxları bu fikrə fokuslanır. Məhz buna görə inbound marketinqdə rəqibdən hər zaman öndə olmaq vacibdir. Ən uyğun açar sözlərin tərtib olunmasına, yaxşı müəlliflərin tapılmasına vəsait və zaman sərf edin. Öz saytınızın bloqunu tez-tez yeniləyin və çalışın ki, həyəcanverici başlıqlar və maraqlı məzmunlar ilə istifadəçilərin diqqətini cəlb edəsiniz. Rəqiblərinizin saytlarını analiz edin və daha yaxşısına nail olun.

5. Yeni texnologiyaların əvvəlcədən inteqrasiyası yaxşı nəticələr verir


"Google” mütəmadi olaraq yeni texnologiyalar təqdim edir. Onlardan bəziləri sizin axtarış nəticələrində olacaq mövqelərinizi yaxşılaşdıra bilər. Məhz buna görə yeni texnologiyaları ilklərdən biri olaraq öyrənmək vacibdir. İlk olaraq Accelerated Mobile Pages
(AMP)
layihəsinə fikir verin. Onun sayəsində mobil platformalarda səhifələr tez bir zamanda yüklənir. Buna görədə böyük ehtimal ilə AMP səhifələr mobil platforma üzrə axtarışda top onluğa düşə bilər. Saytınızın mobil cihazlar üçün optimallaşdırılmasından əmin olun. "Google” üçün bu, sıralama mövzusunda vacib faktordur. HTTPS protokoluna keçənlərdən biri olun. Baxmayaraq ki, 2014-cü ildə "Google”un bildirdiyinə görə bu cür saytlar daha geniş imkanlara malik olurlar, bir çoxları HTTP protokolundan vaz keçmirlər. SEO sahəsində yeni texnologiyaları tez bir zamanda öyrənmək vacib məqamdır. Bunun üçün zaman lazım olacaq. Elə isə indidən başlayın.

6. SEO-dan dünya bazarlarında hədəfləmək kimi də istifadə etmək olar

Siz öz saytınızı müxtəlif ölkələrdə inkişaf etdirə bilərsiniz. Əgər sizin məhsulunuz təkcə yerli bazarda uğurlu deyilsə onda ən yaxşı variant onu beynəlxalq auditoriyaya təqdim etməkdir. İlk öncə sizi maraqlandıran müəyyən ölkə üçün subdomen əlavə etmək və ya ayrıca sayt yaratmaq lazımdır.
Unutmayın ki, bu halda siz öz məzmununuzu inkişaf etdirəcəyiniz ölkənin doğma dilinə çevirməli olacaqsınız. Belə ki, digər ölkələrdən olan insanlar məzmunları öz doğma dillərində oxuya bilməsələr onda uğurlu axtarış optimizasiyasından danışmağa ehtiyac yoxdur. Məsləhətlisi öz biznesinizi sizi maraqlandıran ölkədə qeydiyyatdan keçirdərək yerli hostinqə keçməkdir.

7. "Google”un axtarış nəticələrində görünməyi yaxşılaşdırmağın bir çox üsulları var


Bir çoxları hesab edirlər ki, yalnız saytı optimizasiya edib nüfuzlu xarici linklər əldə edərək axtarış nəticələrinin top siyahısına düşmək olar. Lakin sayta yüksək orqanik trafikin cəlb olunması və göstərilmə sayının artırılması üçün bir çox digər üsullar mövcuddur. Məsələn əgər siz "Google”ın Knowledge Graph və ya
birbaşa cavablar hissəsinə daxil ola bilsəniz onda çox güman ki, axtarış nəticələrinin top siyahısında uzun bir müddət qala biləcəksiniz. Buna nail olmaq çox çətindir. Bunun üçün sizin resursunuz kifayət qədər nüfuzlu olmalıdır. Məhz bu halda "Google” resursun məzmununu istifadəçinin sorğusuna birbaşa cavab kimi təqdim edəcək.

8. Bir çox SEO ixtisaslaşmaları mövcuddur


Axtarış optimizasiyası bir çox bölmələrdən ibarət olan geniş marketinq kanalıdır. Bəzi SEO mütəxəssislər optimizasiya işinin yalnız texniki tərəfi ilə, bəziləri xarici linklər ilə, bəziləri isə lokal marketinq ilə və s. məşqul olurlar. Bu sahələrin hər biri üçün ayrı-ayrılıqda müəyyən keyfiyyətlərə sahib olmaq lazımdır. Buna görədə ilk öncə saytın inkişaf yolunu seçib daha sonra lazımi strategiyanı seçmək lazımdır.


* Technote.az-a istinadən.

Şərhlər (0)
Şərh bildir