MyPassion
Saçlar nə üçün ağarır?
9 Okt. 2016, 20:02 \ Baxılıb: 1240 dəfə \

Sizdə gündən-günə saçınızdakı ağ tüklərin artdığını hiss edirsiniz? Məqalə.Net bunun səbəblərini yazır:

Əslində bir saç teli ortası boş olan və içində melanin deyilən rəng piqmentleri olan bir balondan başqa bir şey deyil. Gənc yaşlarında bu boşluqda saça rəng verən melanini bir yerdə saxlayan bir maye vardır. Yaşlandıqca dərimiz saçlarımızı və bədənimizdəki digər tükləri köhnəsi kimi sağlam olaraq inkişaf etdirmir. Tüklərin ortasındakı maye itir, boya hüceyrələrinin də yapışmağa yeri olmadığından havada qalır. Saçlar rəngsiz vəziyyətə gəlir, ağ rəngə yəni əsl rənginə çevrilər. Bütün saçımızın ağa çevrilmə müddəti 10-20 il arası davam edə bilər.

Əslində hər bir saç telinin rəngi ya qaradır (sarı, qırmızı, qumral vs.) ya da ağ. Yəni, hər bir saç teli yavaş-yavaş bozarıb ağarmır. Ancaq bu müddət ərzində hamısı eyni anda ağarmadığından ağların sayı artdıqca bütün saç getdikcə boz rəngdə görünə bilər. İşin maraqlı tərəfi odur ki, boya hüceyrələri bəzən istehsalı sürətlə edirlər. Getdikcə ağaran saçlar keçici bir müddətdə təkrar bir az tündləşmiş kimi görünə bilir. İnsanlar arasında bir şok və ya həddindən artıq gərginlik keçirən birinin saçlarının bir gecədə ağardığı, bir müddət sonra isə təkrar köhnə rənginə döndüyü deyilir. Hətta bəzi tarixçilər Kraliça Marie Antoinettenin gilyotinə gedəcəyi günün gecəsində saçlarının hamısının dümağ olduğunu yazıblar.

Saçların davamlı olaraq uzandığı, müəyyən bir müddət sonra tökülüb altdan yeni saçın çıxdığı xatırlanaraq, yeni çıxacaq saçın ağ ola biləcəyi və bu səbəbdən saçların bir gecədə ağlaşmasının mümkün olmadığı deyilir. Ancaq elm insanları bu hadisənin bir neçə həftəlik müddətdə belə ola biləcəyini söyləyirlər.

Şəkər kimi xəstəliklərdə, həddindən artıq stress və ya şok kimi vəziyyətlərdə insanın rəngli saçları bu müddətdə tamamilə tökülə bilər və geriyə yalnız daha əvvəldən ağarmış saçlar qala bilər. Digər saçlarla birlikdə ağların yerinə də daha gur və qara saçlar çıxa bilər.

Kimiləri onu müdrikliyin simvolu olaraq görərkən, tarix boyu döyüş qəhrəmanları, yaşlılığın və gücsüzlüyün əlaməti olaraq görmüşlər və bir şəkildə saçlarını rəngləmişlər.

Bu arada bir şeyi daha ifadə edək; saçlarımızın buruq, dalğalı və ya düz olmasını da valideynlərimizdən aldığımız genlər təyin edir.

Şərhlər (0)
Şərh bildir