MyPassion
Samsung Galaxy J2 qiyməti nə qədərdir?
9 İyul 2016, 01:26 \ Baxılıb: 7833 dəfə \

Samsung tərəfindən ötən günlərdə edilən yeni model təqdimatında Samsung Galaxy J2 istifadəçilərə təqdim olundu.

Smart Glow adı verilən texnologiyanın ilk dəfə istifadə edildiyi Samsung Galaxy J2 modeli olduqca fərqli xüsusiyyətlər daşıyır. Yeni bildiriş işığının ilk dəfə istifadə edilməsi telefonu daha fərqli edərkən, Samsung tərəfindən edilən təqdimatlarda, telefonun bir çox yeni xüsusiyyəti üzərində şərhlər edildi. Yeni telefon modeli ilə birlikdə fərqli bir istifadə təqdim etməyə məqsədlənən Samsung bir çox yeni xüsusiyyəti də "smart parıltı üzərindən təqdim edəcəkş

Galaxy J2 (2016) Xüsusiyyətləri nədir?

Dörd nüvəli bir prosessorun olduğu telefon modelində HD dəstəyi təqdim edən bir ekran mövcuddur. Ekran ölçüsünün 5 düym olduğu bildirilir, 1.5 GB RAM və 8 GB daxili yaddaş sahəsi ilə birlikdə telefonun orta bir performans təqdim etməsi onun xüsusiyyətidir. Telefonda istifadə olunam batareya 2600 Mah tutumludur, 8 MP arxa, 5 MP ön kameranın iştirak etdiyi telefon kamerada da orta səviyyəli bir performans sərgiləyir. Android 6.0.1 Marshmallow əməliyyat sisteminin istifadə edildiyi telefonda eyni zamanda fərqli istifadə rejimləri də var.

Telefonun 145 dollar qiymətiylə satışa çıxarılacağı bildirilərkən, hansı ölkələrdə satılacağı və satış tarixi ilə əlaqədar hər hansısa detallar paylaşılmayıb. Növbəti günlərdə etdikləri yeni açıqlamalarda telefonun detalları və rəsmi olaraq satışa çıxarılması haqqında yəqin ki, məlumat verəcəklər.


Yazar: Məqalə.Net

Şərhlər (1)
  • MyPassion

    Senan
    22 Okt. 2018, 21:26 - [cavab]

    Samsung nece telefondur?
Şərh bildir