MyPassion
“Samsung Galaxy Note 7”lər məhv ediləcək..
16 Okt. 2016, 11:37 \ Baxılıb: 912 dəfə \

“Samsung” şirkəti “Galaxy Note 7” smartfonlarını bərpa və ya emal etməyəcək.
 
Meqale.net-in Lent.az və Motherboard portalına istinadən verdiyi məlumata görə, qüsurlu smartfonlar tam məhv ediləcək.
 
“Samsung”dan bildiriblər ki, şirkətin cihazların təhlükəsiz utilizasiyası imkanları var. Lakin ekspertlər bildirirlər ki, “Galaxy Note 7”lərin məhvi ətraf mühitə ziyan vura bilər.
 
Xatırladaq ki, “Samsung”un bu ilin avqustunda satışa çıxardığı “Galaxy Note 7” smartfonlarında tezliklə çox ciddi problem aşkarlanıb. Smartfonlar öz-özünə qızmağa, alışmağa və partlamağa başlayıb. Şirkət sentyabrın 2-də bütün satılmış smartfonların dəyişdirilmək üçün geri çağırıldığını elan edib. Lakin texniki problemi aradan qaldırmaq mümkün olmayıb. Oktyabrın 11-də şirkət “Note 7”lərin istehsalını dayandırdığını açıqlayıb.

Şərhlər (0)
Şərh bildir