MyPassion
Samsung Galaxy Note modelinin axırıdırmı?
12 Okt. 2016, 22:34 \ Baxılıb: 905 dəfə \

Samsungun Galaxy Note 7 modeli partlama səbəbiylə Galaxy Note ardıcıllığı sonamı çatdı? Galaxy Note ardıcıllığı artıq olmayacaq?

Meqale.Net bildirir ki, Samsung, Galaxy Note 7-nin problemi səbəbiylə şirkətin Note markasını da risk altına atmış oldu. Artıq istifadəçilər Note modellərinə şübhə ilə yanaşacaq və alış mövzusunda hər zaman bitərəf qalacaqlar.

Samsung, Galaxy Note ardıcıllığını satın alacaq sadiq müştərilərin olduqca çox olduğunu düşündüyü üçün Note markası altında yeni phablet telefonlar tanıtmağa davam edəcək. Ancaq Galaxy Note 7 faciəsi ümumi vəziyyəti son dərəcə dəyişdirdi.

Samsung Galaxy Note modelinin axırıdırmı?

Şəxsi Koreya-Insight İnstitutunun köməkçi şefi Kim Duk-jin, Samsungun önümüzdəki ilin əvvəllərində tanıdacağı Galaxy S8'in belə istehlakçılar tərəfindən təhlükəli olduğu və Note markasının buraxılması lazım olduğunu düşünür. İnstitut, Galaxy Note 7 ağıllı telefonlar üzərindəki mənfi düşüncənin avqust ayında 34% olduğu halda oktyabr ayında 53% olduğunu söylədi. Nəticə olaraq müsbət düşüncə eyni dövrlərdə 62%-dən 42%-ə düşdü. Samsung Note markasının batıb batmayacağı naməlumdur, ancaq Cənubi Koreyalı istehsalçı Galaxy-in digər modellərini qurtarmaq üçün çalışacaq.

Saenuri Partiyasının millət vəkili Lee Hae-hoon, Galaxy Note 7 istehsalını dayandırmaq üçün Samsungun xərcinin təxminən 2,2 triliyon won (1 milyard 900 milyon $) ola biləcəyini təxmin edir. Ona görə də, "Samsung Galaxy marka etibarını qurtarmaq üçün puldan imtina etmiş kimi görünür."
Samsungun növbəti modeli Galaxy S8-in fərqli xüsusiyyətlər və daha güclü təchizat ilə gəlməsi gözlənilir.
Bəs görəsəm Galaxy "S8" ilə özünü qurtara biləcəkmi?

Şərhlər (0)
Şərh bildir