MyPassion
“Samsung” şirkəti “Galaxy A8 2016” smartfonunu təqdim etdi
3 Okt. 2016, 14:36 \ Baxılıb: 877 dəfə \

Cənubi Koreyada tanınmış “Samsung” şirkətinin yeni “Galaxy A8 2016” smartfonunun təqdimatı olub. 

Meqale.net-in “informing.ru” saytına istinadən məlumatına görə, “Exynos 7420” prosessoru ilə işləyən cihaz metal korpusdan ibarətdir. Cihaz 3 Gb əməliyyat və 32 Gb daxili yaddaşa malikdir.

Cihazın displeyinin diaqonalı 5,6 düym təşkil edir, 16 meqapiksel əsas və 8 meqapiksel frontal kameralarla, həmçinin barmaq izləri skaneri ilə təchiz edilib. 

Bundan başqa, “Android 6.0.1 Marshmallow” əməliyyat sistemi ilə işləyən cihaz 3 500 mA/saat həcmli akkumulyatora malikdir.

Bildirilir ki, artıq Cənubi Koreyada oktyabrın 1-dən etibarən öncədən sifariş etmək mümkün olacaq. Yeni smartfonun qiyməti 580 dollar təşkil edir.

Şərhlər (0)
Şərh bildir