MyPassion
Səhər tezdən oyanmağı asanlaşdıracaq 7 faydalı tövsiyə
25 İyun 2016, 17:36 \ Baxılıb: 1460 dəfə \

Səhərlər çətinliklə oyanırsızsa, bu tövsiyələrə diqqətlə nəzər salın. Bəziləri sadə görünsə də, bir çoxumuzun ağlına belə gəlmir. Halbuki, bu sadə tövsiyələr səhərlər oyanmaq üçün çəkdiyimiz əziyyəti birə-beş azalda bilər.

Zəngli saatı yatağınızdan uzaq məsafəyə qoyun.



Әksәriyyәtimiz axşam yatarkәn zəngli saatı və ya telefonu yatağımızın yanına qoyuruq. Әgәr saatı yatağınızdan uzaq məsafədə qoysanız, sәhәr mәcburi olaraq fiziki hәrәkәt edәcәksiniz vә bu da sizin oyanmağınızı asanlaşdıracaq.

Günün ikinci yarısında kofeinli içkilər içməyin.



Kofeinin insanı gümrah saxladığı danılmaz hәqiqәtdir. Ancaq elә bu özәlliyi bәzәn yuxunuzu poza bilir. Mәcbur olmadıqca günün ikinci yarısında tәrkibindә kofein olan içkilәr içmәyin.

Zəngli saatı yatmaq istədiyiniz vaxta da qurun.



Dәqiq olaraq öncәdәn müәyyәn etdiyiniz vaxtda yatmağınız şәrt deyil. Sadәcә olaraq bu proses sizin yatmaq üçün hazırlaşmağınıza kömәk edәcәk.

Sәhәr yemәyinә maraqlı şeylәr fikirlәşin



Әgәr sәhәr yuxudan oyanan kimi duş qәbul edib, evdәn çıxırsınızsa yataqdan qalxmağa motivasiyanız olmur. Sәhәr sizi ayağa qaldıracaq cәlbedici şeylәr fikirlәşәrәk işinizi asanlaşdırın.

Yatmamışdan əvvəl noutbuk vә telefondan uzaqlaşın.



Twitter, Instagram, amerikan serialları yatacağınız vaxtı gecikdirərək, çәtin oyanmağınıza gәtirib çıxarır. Yatağa girmәmişdәn әvvәl özünüzә vaxt ayıraraq, sәhәr daha rahat oyana bilәrsiniz.

Bir stәkan su için.



Sadә, amma mütlәq etmәli olduğunuz şey. Bir stәkan su içmәmiş, yatmayın.

Lazımından çox yatmayın.



Çox yatmaq sizin növbәti gün daha yuxulu qalmağınıza sәbәb olacaq. Ona görә hәftәsonu da daxil olmaqla çox yatmayın.

Şərhlər (0)
Şərh bildir