MyPassion
Səhər yuxudan gözəl saçlarla oyanın
4 Noy 2016, 17:35 \ Baxılıb: 1920 dəfə \

Yuxudan oyananda güzgüyə baxmağa qorxursunuz? Saçlarınız sizi dəhşətə salır? Elə bilirsiniz gözəl saçlarla oyanmaq ancaq kinolarda olur? Əslində isə bu, sandığınız kimi çətin iş deyil. Meqale.net Aile.lent.az-a istinadən mükəmməl saçlarla oyanmağın qaydalarını təqdim edir.

Yatmadan əvvəl saçlarınızı hörün
Yatarkən saçlar bir-birinə sürtünərək, elektriklənir və dolaşır. Bunun qarşısını almaq üçün edilə biləcək ən praktik yollardan biri saçları hörməkdir. Ancaq saçlarınızı quru ikən hörün və çox bərk sıxmayın.

Bir neçə damcı hindqozu yağı damcıladın
Saç uclarına sürtdüyünüz hindqozu yağı saçların elektriklənməsinin qarşısını almaqla yanaşı parlaq görünməsinə də yardımçı olur. Ancaq hindqozu yağını çox istifadə etməməyə və saç diblərinə sürtməməyə diqqət edin.

İpək yastıq üzü istifadə edin
Sürtünmə saç qırılmalarına və tökülməsinə səbəb olur. İpək və sətin yastıq üzləri sürtünmənin qarşısını alır. Bir başqa üsul isə yatmadan əvvəl saçları ipək şalla bağlamaqdır.

Aloe vera geli
Aloe vera gelini bulaq suyuna qarışdırıb bir spreyin qutusuna doldurun. Yatmadan əvvəl saçlarınıza bir miqdar püskürdün. Aloe vera saçlarınızı nəmləndirəcək, elektriklənmənin qarşısını alacaq.

Metal toqqa
Saçlarınızı nəzarətdə tutmaq istəyirsinizsə, ən yaxşısı plastik saç toqqalardır. Metal toqqalar saç qırılmasına səbəb olur.

Şərhlər (1)
Şərh bildir