MyPassion
Şəkərsiz, yağsız, unsuz resept
30 Sent 2016, 19:55 \ Baxılıb: 1688 dəfə \

Hamımız bilirik ki, pəhriz saxlayarkən ilk növbədə qidalanmaya fikir vermək lazımdır. Unlu, yağlı və şəkərli qidalar isə qadağan olunur. Amma arıqlama müddətində əsas məqam nə yeməli olduğumuzdur. Az kalorili və ləzzətli reseptlər hazırlayaraq menyunuza dəyişiklik edə bilərsiniz. Məqalə.Net Aile.lent.az-a istinadla tərkibində şəkər, un, yağ olmayan resepti sizlərə təqdim edir.

Yulaflı, quru meyvəli kurabiyə

Yulaf əzməsinin tərkibində yüksək lif var. Yüksək lif uzun müddət toxluq hissi yaradır, qan şəkərinin nizamlı
yüksəlməsini və bağırsaqların yaxşı
çalışmasını təmin edir. Tərkibində yağ yoxdur. Ancaq yulaf əzməsi tək yeyildikdə dadsız olur. Ona görə də içinə quru meyvələr qatın. Qan şəkərini normada saxlaması üçün darçın əlavə edin. Daha uzun müddət toxluq hissi yaratmaq üçünsə içinə bir az “light süd”tökün. Bütün ərzaqları qarışdırdıqdan sonra küftə formasına salın və 180 dərəcəlik sobada bişirin.

Şərhlər (0)
Şərh bildir